Şəkil 26. İrsiyyətdə qametlərin növbələşməsi (M. Babayev, 2006) 5.3. Cinsiyyətli çoxalma zamanı əlamətlərin nəslə ötürülməsinin qanunauyğunluqları Həmin qanunauyğunluqlar ilk dəfə olaraq Çexiyanın Bryunna (indiki Brno)
şəhərindəki avqust kilsəsinin rahibi İohann Qreqor Mendel tərəfindən müəyyən
edilmişdir. O, 1856-cı ildən başlayaraq 8 il müddətində müxtəlif noxud sortlarını
çarpazlaşdıraraq əlamətlərin nəslə verilməsi qanunu kəşf etmişdir. Akademik
N.İ.Vavilov alimin bu kəşfini çox yüksək qiymətləndirmişdir: «Bu təcrübə bizim üçün həyatın vacib hadisəsi olan irsiyyətin öyrənilməsinin ən dəyərli