Maddə 13. Dövlət baytarlıq müfəttişlərinin aktları
13.1. Dövlət nəzarəti nəticəsində dövlət baytarlıq müfəttişləri öz səlahiyyətləri daxilində
aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər:
13.1.1. baytarlıq sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan
qaldırılması;
13.1.2
. dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya)
ekspertizası və diaqnostika müayinələrinin qanunvericiliklə müəyyən edilmiş
qaydada aparılması;
13.1.3
. heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan
xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri
ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə,
heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə
dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin qanunvericiliklə müəyyən
edilmiş qaydada aparılması;
13.1.4. heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, xüsusi
təhlükəsi və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi
müəyyən edildikdə, hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya
qadağan edilməsi və bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırılması (iddia
qaldırıldığı halda fəaliyyətin dayandırılması və ya qadağan edilməsi məhkəmə
qərarı qəbul edilənə kimi qüvvədə qalır);
13.1.5. əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza
nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan
mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə
dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv
edilməsi;
13.1.6. hüquqi və fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb
edilməsi üçün qanuna müvafiq olaraq tədbirlərin görülməsi;
13.1.7. dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit
daşınmasında baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının
baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə
müəyyən edilmiş qaydada yüklərin saxlanması və dövlət baytarlıq nəzarətinin
həyata keçirilməsi;
13.1.8. qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən,
normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum
olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin
qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi.
13.2. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların
tərtib edilməsi və verilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən
edilir.
13.3. Dövlət baytarlıq müfəttişlərinin qərarları hüquqi və fiziki şəxslər tərəfindən icra
edilməsi məcburidir.
13.4. Dövlət baytarlıq müfəttişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq fəaliyyət göstərir və qəbul etdikləri qərarlara görə qanuna müvafiq olaraq şəxsən
məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: |