Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 21. Karantin və məhdudiyyət tədbirləri



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   16   17   18   19   20   21   22   23   ...   34
Maddə 21. Karantin və məhdudiyyət tədbirləri  

21.1. Karantin və məhdudiyyət tədbirləri heyvanların yoluxucu xəstəlikləri, o cümlədən 

heyvan və insanlar üçün ümumi olan xəstəliklər baş verdikdə, qanunvericiliklə müəyyən 

edilmiş qaydada tətbiq edilir. 

21.2. Heyvanların xüsusi təhlükəli xəstəliklərinin yayılması dərəcəsindən asılı olaraq, 

xəstəlik bir rayonun ərazisində və ya ərazi vahidində baş verdikdə, ərazi baş dövlət 

baytarlıq müfəttişinin, bir neçə rayonda, bölgədə və ya respublikanın bütün ərazisində isə 

respublikanın baş dövlət baytarlıq müfəttişinin təqdimatı əsasında 

müvafiq icra 

hakimiyyəti orqanının

 qərarı ilə karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilir. 

Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısı 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 




21.3. Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazilərdə hər bir xəstəlik üzrə 

görülməsi zəruri olan kompleks baytarlıq tədbirləri bu Qanunun, baytarlıq sahəsində 

müvafiq beynəlxalq təşkilatın sənədlərinə uyğun aparılır. 

21.4. Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli 

müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə 

cəlb edən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyəti 

qanunla müəyyən edilmiş qaydada müvəqqəti dayandırıla bilər. 

21.5. Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə 

karantin polis və baytarlıq nəzarəti postları qoyula bilər. Onların sayını və 

yerləşdirilməsini 

müvafiq icra hakimiyyəti orqanı

 müəyyən edir. 

21.6. Baş vermiş xəstəlik üzrə qanunvericiliklə nəzərdə tutulan kompleks baytarlıq 

tədbirləri həyata keçirildikdən sonra bu ərazidə 

müvafiq icra hakimiyyəti orqanının

 qərarı 


ilə karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi dayandırılır. Baytarlıq fəaliyyəti üçün 

qanunvericilikdə nəzərdə tutulan hallarda 

müvafiq icra hakimiyyəti orqanının

 karantinin 

götürülməsi barədə qərarında müəyyən məhdudiyyət tədbirlərinin davam etdirilməsi 

göstərilə bilər. 




Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin