Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 24. Karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar dəyən



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
Maddə 24. Karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar dəyən 

ziyanın ödənilməsi  

24.1. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş 

heyvanlar, onlardan alınan məhsullar və xammal təhlükəlilik dərəcəsindən asılı olaraq, 

qanunla müəyyən olunmuş qaydada götürülməli, məhv edilməli və ya qanunla təsdiq 

etdiyi qaydaya uyğun olaraq götürülmədən məcburi zərərsizləşdirilməli, emal və ya 

təkrar emal edilməlidir. 

24.2. Heyvanların və əhalininn sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli 

xəstəliklərin siyahısı 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

24.3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan 

mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarını, yem və yem əlavələrinin 

götürülmədən zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə nəticələnən heyvan 

xəstəliklərinin siyahısı 

müvafıq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

24.4. Heyvanlarının və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli xəstəliklərə yoluxmuş 

heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhvi nəticəsində 

dəymiş ziyanın əvəzini hüquqi və fiziki şəxslər 

müvafiq icra hakimiyyəti orqanının

 

müəyyən etdiyi qaydada və şərtlərlə almaq hüququna malikdirlər. 



24.5. Karantin rejiminin tətbiqi və ya heyvanların karantin xəstəliklərinin ləğvi, 

profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə 

dəymiş maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş 

qaydada ödənilir. 

24.6. Karantin xəstəliklərinin ləğvində, profilaktikasında və yayılmasının qarşısını 

alarkən, əmlakından və ehtiyatlarından istifadə olunmuş hüquqi və fiziki şəxslər 

müvafiq 

icra hakimiyyəti orqanının

 müəyyən etdiyi qaydada və məbləğdə onlara dəymiş maddi 

ziyanın əvəzini almaq hüququna malikdirlər. 

24.7. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq 

nəzarətində olan yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi 

müvafiq icra 

hakimiyyəti orqanları

 ilə razılaşdırılaraq, 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən 

xüsusi ayrılmış yerlərdə həyata keçirilir. 




Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin