Baza modulu üzrə Təlim Materialı


əlim nəticəsi 4: İş yerində davranış qaydalarını təhlil etməyi bacarır



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə63/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   59   60   61   62   63   64   65   66   ...   84
Peşə etikası

əlim nəticəsi 4: İş yerində davranış qaydalarını təhlil etməyi bacarır 

4.1.1.  Etika v

ə iş etikası anlayışlarının hansı mənanı ifadə etdiyini nümayiş etdirir 



Etika və iş etikası anlayışı haqqında bilmək bizə nə qazandıracaq?

İnsan sosial varlıqdır, həm şəxsi, həm də iş həyatında daima insanlarla münasibətlər 

qurmalı  olur.  Bu  davranışların  tənzimlənməsində  etika  böyük  rol  oynamaqdadır. 

İnsanların münasibətlərinin müəyyən etik  çərçivələrdə  qurulması sosial asayiş üçün 

vacibdir. İş həyatındakı davranışlar isə müəssisə daxilində etik kodekslə tənzimlənir. 

Bu  baxımdan,  həm  etika,  həm  də  iş  etikası  haqqında  məlumatlı  olmaq  hər  bir  fərd  üçün  mühum 

əhəmiyyətə malikdir. Mütəxəssisin müəssisədə uğur qazanmasında təkcə peşə bilikləri kifayət etmir. 

Uzunmüddətli fəaliyyət üçün mütləq şəkildə işin etik qaydalarına riayət edilməlidir.  



Etika nədir?

Etika yunan dilində xarakter mənasını verən ethos, latın dilində davranış və vərdiş mənalarını verən 

morality  sözündən  əmələ  gəlmişdir.  Bu  anlayış  ərəb  dilində  əxlaq  mənasını  verən  xulq  sözü  ilə 

dilimizə  keçmişdir.  Etika  arzu  olunan  həyatın  tətqiq  edilməsi  və  anlaşılmasıdır.  Geniş  mənada; 

fəaliyyət  və  məqsədlərin  uyğun  şəkildə  istifadə  olunması;  yəni  nəyin  edilib,  edilməyəcəyi,  nəyin 

istənilib,  istənilməyəcəyi,  nəyə  ehtiyac  olub,  olmayacağını  bilinməsidir.  Daha  sadə  şəkildə  desək; 

insanların  fərdi  və  sosial  münasibətlərin  əsasını  təşkil  edən  dəyərləri,  qaydaları  əxlaq  baxımından 

tətqiq edən fəlsəfədir.  

Etika  və  əxlaq  mənaca  bir-birinə    yaxın  olan  anlayışlardır.  Bir  sıra  tədqiqatçılar,  bu  iki  anlayışı  bir-

birinin  əvəzinə  istifadə  edirlər.  Lakin  ümumi  yanaşmaya  görə  etika  və  əxlaq  anlayışları 

fərqləndirilməlidir.  Etika  doğru  və  yalnış  davranışların  nəzəriyyəsi,  əxlaq  isə  onun  praktiki 

təzahürüdür.  Yəni  etika  fərdin  mövcud  vəziyyətdə  ifadə  etmək  istədiyi  dəyərlər,  əxlaq  isə  bunu 

həyata keçirmə tərzidir.  




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin