Fərdlərin etik qaydalara uyğun davranışlar etməməsinin səbəblərini üç əsas başlıqda ifadə etmək
48
Eqoistlik;
Əskik dəyərləndirmək;
Fərqində olmamaq (qeyri-həssas yanaşma) – İşçilər müəssisə daxilində qeyri-etik davranışlarını
rasionallaşdırmaq üçün bir sıra müdafiə mexanizmlərindən istifadə edirlər. Xüsusilə, etdikləri
davranışın qeyri-etik olduğunu düşünmədiklərini, ya da qeyri-etik olduğunu bilmədiklərini
deyirlər. Yəni qeyri-etik davranışlarını məntiqli səbəblərlə açıqlayaraq, adi bir hal kimi təqdim
edirlər.
Eqoistlik – Bir çox vəziyyətdə müəssisədə fərdi istəklər və mənfəətlər əsas alınır. Eqoistliyi üç əsas
başlıq altında analiz edə bilərik:
Özünü həddən artıq sevmək – Qeyri-etik davranışlarda ən çox yayılmış səbəb kimi özünü
sevmək davranışını göstərmək olar. Bəzi insanlar özünü həddən artıq sevmə davranışını
adi hal kimi görürlər. Şəxsi mənfəətləri üçün müəssisə daxilində yalan danışmağın,
sözlərini yerinə yetirməməyin, qaydalara əməl etməməyin mümkünlüyünü, bağlılıq və
yardımsevərlik kimi davranışların yersiz olduğunu düşünürlər. Bəzən də həssas sözlərlə
eqoistliklərini gizlətməyə çalışırlar. Misal üçün: “Ailəm üçün edirəm.”, “bunu bütün
cəmiyyətin xeyiri üçün edirəm.” və s.
Özünümüdafiə – Özünü qoruma instinki əsasən yalan, aldatmaq kimi davranışlarda özünü
göstərir. Bu cür davranışlar etdiyi hər hansı davranışı qəbul etmədikdə, verilən öhdəliyi
istəmədikdə və ya haqsızlığa uğramaqdan qorxduğu vəziyyətlərdə meydana çıxır.
Özünü haqlı görmək – Eqoistliyin problem yaradan növü özünü haqlı görməkdən
qaynaqlanan təkəbbürdür. Bu vəziyyətdə fərd özünü hərkəsdən haqlı görür. Açıq formada
müəssisənin qaydalarına qarşı çıxmasa da, öz bildiyini etməkdən əl çəkmir.
Əskik dəyərləndirmək – Bəzən insanlar həqiqi araşdırma etmədən qeyri-etik davranışlar göstərə
bilərlər. Bu vəziyyətdə fərd etik davranışlara əməl etmənin daha çətin və xərcli olduğunu
düşünərək, bundan qaçır. Nəticəyə tez çatmaq bəhanəsi ilə hər istədiyini edə biləcəyini düşünür.
Bu da eqoistliklə əlaqədardır. Çünki nəticədə fərdlərin şəxsi qazancları varsa, bilərəkdən əskik
dəyərləndirmə edə bilər.
Dostları ilə paylaş: