BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə104/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   100   101   102   103   104   105   106   107   ...   542
185

 

 

 

LƏNBƏRANSKİ  ƏLİŞ 

CƏMİL  OĞLU 

 

 

  Lənbəranski  Əliş  Cəmil oğlu 1914-cü 

ildə Bərdə rayonunun Lənbəran kəndində 

anadan olmuşdur. 

  Bakı  məktəblərində oxumuş, ali təhsil 

almışdır. Bakıdakı Azərbaycan Sənaye 

İnstitutunu neftayırma ixtisası üzrə 1936-cı 

ildə bitirmişdir.  Əmək fəaliyyətinə Nef-

tayırma zavodunda fəhlə kimi başlamışdır 

1936-ci ildə neft emalı zavodunda fəhlə, 1937-ci ildə sex rəisinin kömək-

çisi, 1937-38-ci illərdə sex rəisinin müavini, müxtəlif texnoloji sexlərin 

rəisi, 1939-cu ildə zavodun boyük mühəndisi, 1939-40 cı illərdə Ukrayna 

SSR-də hərbi xidmət keçmiş, 497-ci atıcı polkunun kiçik leytenantı olmuş-

dur. Qərbi Ukrayna uğrunda döyüşlərdə, Bessarabiyanın və Şimali Buko-

vinanın azad olunmasında iştirak etmişdir. 1940-41-ci illərdə mütəxəssis 

kimi ordudan tərxis olunmuş, zavodda mühəndis və sonra baş mühəndis 

kimi çalışmışdır. 1941-ci ildə yenidən ordu sıralarına çağırılmışdır. Pol-

kun mühəndis xidmətləri rəisi kimi, Böyük Vətən müharibəsi iştirakçısı 

olmuşdur. 1942-43-cü illərdə Rostovda döyüş zamanı dörd güllə yarası 

almışdır. Yaralı halda Don çayını üzərək keçmiş və səhra tibb məntəqəsi-

nə aparılmışdır. 

1943-cü ildə Böyük Vətən müharibəsi əlili

1943-44-cü illər Caparidze adına zavodun baş mühəndisi,  

1944-45-ci illər bu zavodun direktoru

1945-47-ci illər Bakı Neft Zavodları Trestinin rəhbəri;  

1947-50-ci illər Qarayev adına zavodun direktoru; 

1950-54-cü illər Azərbaycan Neftayırma Zavodları Birliyinin rəisi; 

1954-59-cu illər Azərbaycan SSR Neft Sənaye nazirinin müavini; 

1959-66-cı illər Bakı Şəhər İcraiyyə Komitəsinin sədri; 

1966-70-ci illər SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sə-

nayesi Baş İdarəsi rəisinin birinci müavini

1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini 

olmuşdur.  

Mükafatları: 2 “Lenin”, 3 “Qırmızı Əmək bayrağı”, “I və II dərə-

cəli Vətən müharibəsi”, “Xalqlar dostluğu”, “Oktyabr inqilabı” ordenləri 

və medalları ilə təltif edilmişdir. Dövlət mükafatı laureatıdır. Azərbaycan 

SSR-nin Əməkdar mühəndisidir. Azərbaycan SSR-nin Ali Sovetinin Fəx-

ri Fərmanlarına layiq görülmüşdür. 

Bakı şəhərində vəfat edib. 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin