HACIYEV QASIM
ƏHƏD OĞLU
Hacıyev Qasım Əhəd oğlu 1950-ci ildə
Bərdə rayonunun Hacıalılı kəndində ana-
dan olub.
1970-1974-cü illərdə Azərbaycan Döv-
lət Pedaqoji İnstitutunun (indiki APU)
Tarix fakültəsini (əyani) bitirib. 1984-
1987-ci illərdə Azərbaycan Elmlər Aka-
demiyası Tarix İnstitututunun aspiranturasını (əyani) bitirib.
1990-cı ildə Kemerova Dövlət Universitetinin İxtisaslaşdırılmış
Müdafiə Şurasında «Şabran şəhərinin şüşə məmulatı (IX – XVII əsrlər)»
mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri
namizədi alimlik dərəcəsi alıb.
1990-1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoq-
rafiya sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində
çalışıb. 1997-ci ildən Tarix İnstitutunun aparıcı elmi işçisi, şöbə müdirinin
müavini vəzifəsində işləyib.
2000-ci ildə «Bərdə şəhərinin tarixi (e.ə.III-b.e.XVIII əsri)» adlı
monoqrafiyasını nəşr etdirib.
2003-cü ildə Azərbaycan MEA Tarix İnstitutunda yaranmış
«Qarabağ tarixi» şöbəsinin müdiri vəzifəsinə seçilib. Hazırda həmin vəzi-
fədə çalışır və Qarabağın tarixinə dair tədqiqat aparır. 2006-cı ildə Azər-
baycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitu-
tunun Birləşdirilmiş Elmi Şurasında «Bərdə şəhərinin tarixi (e.ə.III əsr-
b.e.XVIII əsri)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, tarix
elmləri doktoru alimlik dərəcəsi almışdır.
Qasım Hacıyev 2000-ci ildə çap olunmuş «Bərdə şəhərinin
tarixi (e.ə.III əsr-b.e.XVIII əsri)» və 2006-cı ildə çap olunmuş «Bər-
də şəhərinin tarixi (e.ə.IV əsr-b.e.XIX əsri) adlı 2 monoqrafiyanın,
50-dən artıq elmi məqalənin müəllifidir.
1992-ci ildən Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində
Azərbaycan tarixi, Arxeologiya, Türk xalqlarının tarixi fənləri üzrə müha-
zirələr oxuyur.
|