150
ƏLİYEV KAMRAN
HÜSEYN OĞLU
1938-ci il may ayının 20-də Bərdə rayo-
nunun Qayalı kəndində anadan olmuşdur.
1948-ci ildə Qayalı ibtidai kənd orta mək-
təbinə daxil olmuş və 1951-ci ildə həmin
məktəbin dördüncü sinfini bitirdikdən sonra
Yevlax şəhər 2 saylı orta məktəbin 5-ci sinfi-
nə daxil olmuş, 1958-ci ildə həmin məktəbi
əla qiymətlərlə bitirmişdir.
1960-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İns-
titutunun alman dili şöbəsinə qəbul olmuş, 1965-ci ildə həmin şöbəni mü-
vəffəqiyyətlə bitirmişdir. Pedagoji fəaliyyətinə Yevlax şəhərində başlayan
Kamran müəllim sonradan (1968-ci ildən etibarən) Bakı şəhərinə köçmüş,
D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim
vəzifəsində çalışmışdır. O, Azərbaycan Respublika Müəllimləri Təkmil-
ləşdirmə İnstitutunda əvvəlcə metodist, sonra isə ömrünün axırına kimi
inspektor vəzifəsində çalışmışdır.
Lap uşaqlıq illərindən Kamran Əliyevin şeirə, ədəbiyyata çox
böyük həvəsi olmuşdur. Məktəbdə oxuduğu illərdə bir neçə şeiri Yevlax
rayonunun “Təşəbbüs” qəzetində nəşr edilmişdir. Tələbəlik illərində isə
onun şeirləri “Ulduz” jurnalında, “Azərbaycan müəllimi” və başqa qəzet-
lərdə dərc edilmişdir. Azərbaycan Xalq şairləri Rəsul Rza, Bəxtiyar Va-
habzadə onun yaradıcılığına “uğurlu yol” yazmışlar.
1998-ci ildə vəfat edib.
Ölümündən sonra şeir kitabı işıq üzü görmüşdür.
Dostları ilə paylaş: