146
ƏLƏKBƏRZADƏ AFTANDİL
VAQİF OĞLU
Ələkbərzadə Aftandil Vaqif oğlu 1970-ci
il sentyabrın 2-də Bərdə şəhərində anadan
olmuşdur. Ali dərəcəli cərrah, endosko-
pist, koloprontoloq, tibb elmləri doktoru-
dur.
1993-cü ildə Azərbaycan Tibb Universi-
tetinin müalicə-profilaktika fakültəsini “M-
üalicə işi” ixtisası üzrə fərqlənmə diplo-
mu ilə bitirmişdir. Sonra 2 il Azərbaycan
Səhiyyə Nazirliyinin klinik və eksperimental cərrahiyyə elmi-tədqiqat
institutunda “Cərrahiyyə” ixtisası üzrə klinik ordinatorluq kursu keçmiş-
dir. 1996-1999-cu illərdə elə bu ixtisas üzrə Respublika Cərrahiyyə mər-
kəzində aspiranturada öz təhsilini davam etdirərək, namizədlik dissertasi-
yasını müdafiə etmişdir.
2001-ci ildə Moskva Tibb Akademiyası müalicə-profilaktika fa-
kültəsi cərrahiyyə kafedrasının assistenti, 2003-cü ildə isə bu kafedranın
elmi katibi vəzifəsinə təyin olunmuşdur. Bir ildən sonra “Qanaxma ilə nə-
ticələnən mədə yarası xəstəliklərinin müalicə nəticəsində sağalması yol-
ları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun müda-
fiəsi Moskva Tibb Akademiyasının Elmi Şurasında keçirilib. Növbəti il,
müdafiədən sonra elə bu akademiyanın müalicə-profilaktika fakültəsinin
cərrahiyyə kafedrasının dosenti seçilib.
A.V.Ələkbərzadə cərrahi qastroenterologiya, endoskopiya, kolo-
protologiya sahəsində 100-dən çox elmi işin, kəşflərinə görə Rusiya Fede-
rasiyasının 2 patentinin müəllifidir.
2001-ci ildə N.V.Sokolovski adına təcili yardım institutunda “En-
doskopiya” ixtisası üzrə professional hazırlıq keçmişdir. 2004-cü ildə ona
cərrahiyyə üzrə ilk ixtisaslaşdırılmış dərəcə verilmiş, bir neçə ay sonra isə
elə bu ixtisas üzrə Ali ixtisas dərəcəsi şəhadətnaməsi almışdır.
2005-ci ildə Aftandil Ələkbərzadənin tibb elmləri doktoru, pro-
fessor O.P.Kurquzovla birgə yazdıqları “Çənbər bağırsağın xərçəngi” adlı
kitabı işıq üzü görmüşdür.