BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə83/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   79   80   81   82   83   84   85   86   ...   542
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

162

 

 

 

 

İBRAHİMOV  ELÇİN  

CÜMŞÜD  OĞLU 

 

İbrahimov Elçin Cümşüd oğlu 25 oktyabr 

1960-cı ildə Bakı  şəhərində  məşhur neftçi 

ailəsində anadan olmuşdur. 

Onun atası Respublikanın Əməkdar neftçisi 

Cümşüd Qulu oğlu  İbrahimov uzun illər 

neft sənayesində çalışmış, ömrünün axırına 

kimi neft və qaz yataqlarının mənimsənil- 

məsində böyük xidmətlər göstərmiş, gənc 

neftçi kadrların yetişdirilməsində əvəzedilməz rolu olmuşdur. 

İbrahimov Elçin Cümşüd oğlu 1981-ci ildə Ç.İldırım adına Azər-

baycan Politexnik institutunun “Avtomobillər və avtomobil təsərrüfatı” 

fakültəsinə  qəbul olmuş  və 1986-cı ildə institutu bitirdikdən sonra gənc 

mütəxəssis kimi təyinatla Xəzərdənizneftqaz İstehsalat Birliyinin 1 saylı 

Texnoloji nəqliyyat idarəsinə göndərilmişdir, o orada böyük dispetçer, qa-

raj rəisi, baş mühəndis vəzifələrində çalışmışdır. İşdə göstərdiyi xidmət-

lərə görə 1993-cü ildə ona etibar edilərək, Azərbaycan Respublikası Döv-

lət Neft Şirkətinin Avtonəqliyyat və Xüsusi Texnika Baş İdarəsinin rəisi 

vəzifəsinə təyin edilmişdir. ARDNŞ-də struktur dəyişiklikləri edildikdən 

sonra adı çəkilən Baş idarə Avtomobil, dəniz nəqliyyatı və xüsusi texnika 

şöbəsinə çevrilmiş  və 1994-cü ildən həmin  şöbəyə  rəhbərlik etmişdir. 

E.C.İbrahimov ARDNŞ-in balansında olan 7 mindən çox müxtəlif təyinatlı 

avtonəqliyyata, dəniz nəqliyyatı  və xüsusi texnika vasitələrinin struktur 

bölməsində nəqliyyat xidmətinin təşkilinə, təmir işlərinin aparılmasına və 

yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə rəhbərlik edir. Onun rəh-

bərliyi nəticəsində son illərdə  nəqliyyat və  sənayenin digər sahələrində 

texnikanın istismarında səmərəlilik artırılmış, yanacaq – sürtkü material-

larından istifadə edilməsinə  nəzarət gücləndirilmiş  və bunun nəticəsində 

ARDNŞ üzrə yanacağın sərfi azaldılmışdır. 

E.C.İbrahimov ARDNŞ-də yol hərəkəti təhlükəsizliyinin təmin 

edilməsi üzrə komissiyanın sədri kimi vacib sahəyə  də  rəhbərlik edir. 

Onun tələbkarlığı nəticəsində son illərdə ARDNŞ üzrə yol nəqliyyat ha-

disələrinin sayı xeyli azalmışdır. 

E.C.İbrahimov Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  Şura-

sının 94 nömrəli 01.01.1999-cu il tarixli qərarı ilə Neft və Qaz sənayesinin 

inkişafında xüsusi xidmətlərinə görə  fəxri fərmanla və Azərbaycan Res-

publikası Prezidentinin 3049 nömrəli 18.09.2008-ci il tarixli Sərəncamı ilə 

Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib. 




 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin