BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə84/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   80   81   82   83   84   85   86   87   ...   542
163

 

  



 

İBRAHİMOV  ÇƏRKƏZ  

İSMAYIL  OĞLU 

 

İbrahimov Çərkəz İsmayıl oğlu 1922-ci 

ildə  Bərdə rayonu Məşədiibişli kəndində 

anadan olmuşdur. 1930-cu ildə  Məşədi-

ibişli kənd ibtidai məktəbinin 1-ci sinfinə 

daxil olsa da, atasının işi ilə əlaqədar Bər-

də rayonu Nazırlı kəndinə köçmüş və 7 il-

lik məktəbi orada bitirərək, Gəncə şəhərin-

dəki Pedaqoji texnikuma qəbul olmuşdur.  

1942-ci ildə texnikumu bitirdikdən sonra 1943-cü ilə qədər Nazırlı 

kəndində müəllim işləmişdir. 1943-cü ildə Böyük Vətən müharibəsində 

iştirak etmək üçün cəbhəyə getmiş, Ukrayna cəbhəsində yaralanaraq arxa 

cəbhəyə qaytarılmış  və 1946-cı ildə  Bərdə rayonunun Mollalı  kəndinə 

müəllim təyin olunmuşdur.  

1949-cu ildə Bakı şəhərində Pedaqoji İnstitutun Tarix-coğrafiya fa-

kültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir.  

1949-cu ildə Mollalı  kəndində  məktəb direktoru vəzifəsinə  təyin 

olunmuş, ömrünün sonuna qədər bu məktəbdə  işləmişdir.  Şagirdlərinin 

xatirəsində Azərbaycan tarixini gözəl bilməsi və məhdudiyyətlərə baxma-

yaraq dərindən tədris etməsilə qalıb. 

O həmişə şagirdlərinə deyərdi ki, öz vətəninizin tarixini mükəm-

məl bilməsəniz, onun böyüklüyünü anlamaz, layiqincə sevməzsiniz. Həd-

siz səxavətli və geniş dünyagörüşlü Çərkəz müəllim Vətəninə, xalqına 

olan sonsuz sevgisini dərs dediyi yeniyetmələrə ötürməyi çox gözəl baca-

rırdı. Bu sevginin şölələri bu gün də sönməyib və nəsildən-nəsilə ötürülür. 

Çox təəssüf ki, Tanrı bu gözəl insana çox az ömür bəxş etdi.  

1976-cı il mart ayının 13-də gözəl arzularla döyünən qəlbi qəflətən 

dayandı. 




 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin