3. Beynəlxalq danışıqlar anlayışı.
4. Beynəlxalq danışıqların aparılması məqsədi.
XX əsrin sonuna doğru dünya düzənində baş verən qlobal dəyişikliklər, “soyuq müharibə”nin sona çatması, danışıqların yeni tendensiyalarını üzə çıxardı. Ancaq tarix boyu olduğu kimi, yeni şəraitdə də hərbi qarşıdurmaları cilovlamaq danışıqların ali məqsədi kimi qalmaqdadır. Hərçənd ki, yaşadığımız yer planetinin ən müxtəlif nöqtələrində əsl müharibə ocaqları alov-lanmaqda davam edir və bunların boy artımı insanları əsl sınağa çəkir. Hərbi, ekoloji, so-sial-siyasi ziddiyyətlər və əməkdaşlıq zəminində danı-şıqların da intensivliyi artır. Bəsit anlamda, münaqişə tərəflər arasında mövcud ziddiyyətlərin kəskinləşməsi ilə müşayət olunan davranış məqamıdır.
Hesablamalara görə, ”soyuq müharibə” başa çat-dıqdan üzü bu yana 300-dən artıq aktor münaqişə-lərin iştirakçısına çevrilib. Təəsüflə qeyd olunmalıdır ki, bu sırada 80 dövlətin də adı çəkilir. Xatırladaq ki, bu gün 200-ə yaxın dövlət mövcuddur və onlardan 193 BMT-nin üzvüdür. Rəqəmlərin dili ilə desək, az qala dünya dövlətlərinin yarısı münaqişə içindədir. Buna səbəb yalnız maraqların çarpazlaşmasıdır demək hələ azdır. Çünki müasir beynəlxalq müna-qişələr olduqca qəliz struktura malikdir.
Məhz bu səbəbdən öncə münaqişələrin (kon-fliktlərin) mənzərəsinə nəzər tuşlamaq lazım gəlir. Bu zərurət birbaşa onunla bağlıdır ki, elmdə müvazi işlənən “beynəlxalq münaqişə” və “beynəlxalq müba-hisə“ anlayışlarının sərhədləri axıra qədər dəqiqləş-məyib. Beynəlxalq hüquq mütəxəssislərini aciz qoyan bu problem eyni dərəcədə “münaqişənin həll olun-ması” və” “münaqişənin nizamlanması” prosesinə ay-dınlıq gətirilməsini də əngəlləyir. Beynəlxalq danışıq-ların acı aqibəti bu dolanbaclardan kənar təsəvvür oluna bilməz.
Konfliktlərin öyrənilməsindəki çətinliklər bir sıra obyektiv və subyektiv faktorlarla izahlana bilər. Hər bir konflikt çoxölçülü hadisə olduğundan hər hansı bir universal nizamlama nəzəriyyəsi də yoxdur. Təsnifat problemləri də bu sırada dayanır. Konflikt-lərin yalnız bir neçə oxşarlıq əlaməti (ərazi, siyasi, etnik və s.) ola bilər.Bu da yalnız onların təsnifatı üçün istinad elementi ola bilər. Yəni, konfliktlərin eynitipli həlli modelininin tətbiqi üçün az rola malik-dir. Beynəlxalq danışidların əsas mahiyyəti ondadır ki, birmənalı şəkildə dövlətin beynəlxalq hüquq sub-yektliyini təsbit edir. Qeyd olunmalıdır ki, konfliktlər müxtəlif elmlərin (politologiya, sosiologiya, diploma-tiya, psixologiya) tədqiqatlarında özünə yer alsa da, bu sahənin öyrənilməsi ilə nisbətən cavan elm sayılan konfliktoloğiya11 məşğul olur.
Konfliktləri müxtəlif tərəflərdən öyrənməyə çalı-şan mütəxəssislərin son dayanacağı hər dəfə dölət-lərarası münaqışələr olur. Amerikalı tədqiqatçı K.Rayt “beynələlxalq münaqişə” və “dövlətlərarası münaqişə” anlayışları arasında əslində fərq olmadığını iddia edir. Bu sualı cavablandırmağın çətinliyini bildiyindən müəl-lif geniş mənada beynəlxalq münaqşəni “...dövlətlər arasında bütün səviyyələrdə və bütun formalarda baş verə biləcək ziddiyyətlərdən ibarət” oldüğuna işarə edir.
Məqsəd konfliktlərin nizamlanması cəhdlərinin səmərəliliyini artırmaqdan ibarətdir. Konfliktlərin ni-zamlanması istiqamətində maraqlı nəticələr Amerika məktəbinin «Conflict Resolution» ənənələrinə, Avropa yanaşmalarının özəliklərində «Peace Research» söy-kənsə də, əsas şərt kimi üstünlük beynəlxalq danışıqlara verilir. Nizamlanma qarşıdurmadan əməkdaşlığa keçid mexanizmidir. ”Münaqişə” insan həyatının bütün sahə-lərində mövcud olan əbədi və universal fenomendir. Biz hamımız münaqişənin içindəyik.Hamımızın da qalib ol-maq arzusu var. Eyni fikirdə qərarlaşan alman kon-fliktoloji məktəbinin tanınmış nümayəndəsi R.Daren-dorf12 da konfliklərı ictimai inkişafın təbii və zəruri faktoru kimi təsvir edir.
Beynəlxalq münaqişələr öz növbəsində bey-nəlxalq münasibətlərdən, beynəlxalq münasibətlər isə insanlıq tarixindən kənar deyildir.Bu o demək deyil ki, konflklərin aradan götürülməsi, məxsusən beynəlxalq münasibətlər sistemində, heç vaxt mümkün olmayacaq. Gerçək olan odur ki, indi daha böyük narahatlıq məhz konfliktlərin idarə olunması ilə bağlıdır. Ehtimal olunur kı, konfliktlərin idarə olunması nızamlanmanın və həll olunmanın təməlində dayanır.
Beynəlxalq hüquq lüğətində beynəlxalq danı-şıqların açıqlaması: -”Müxtəlif dövlətlərin təmsilçiləri arasında fikir mübadiləsi aparılmaq, qarşılıqlı maraq doğuran məsələləri həll etmək, ziddiyyətləri aradan qaldırmaq, sazişlər bağlamaq məqsədi ilə qurduğu təmasın əsas formalarından biridir.” şəklındə veril-mişdir.Xırdalıqlara dədər diqqət yetirdikdə bu açıq-lamanın özündə də bitkinlik yoxdur. Son dövrlər bey-nəlxalq danışıqlara daha dolğun yanaşma tərzi özünü biruzə verir və mütəxəssislərin bu cəhdi əsasən mövcud boşluqları doldurmaqdan qaynaqlanır.Belə ki, “Bey-nəlxalq danışıqlar beynəlxalq hüquq subyektləri (döv-lətlər, hökumətlər) arasında özlərinin milli təhlükə-sizliyinə təhdid yarattmayan, siyasi, iqtisadi, hərbi və digər sahələrdə milli maraqlarına cavab verən, gələ-cəkdə mümkün həddə gözlənilən nəticələr əldə olun-masına yönələn bağlaşmaların beynəlxalq-hüquqi müstəvidə könüllü razılaşdrıılması yolunda apardıqları dinc (intellektual) qarşıdurmadır”13 şəklində təsvir olunur.
Bu ardıcıllığa diqqət yetirsək beynəlxalq müna-sibətlərin aktorları (dövlətlər) arasındakı hər növ bağ-lantıların danışıqlarla gerçəkləşəcəyinə əmin oluruq. Harold Nikolson özünün məşhur “Diplomat” kitabında bu məqamı daha lakonik- “Diplomatiya beynəlxalq münasibətlərin danışıqlarla qurulmasıdır “ şəklində ifadə etmişdir. Yenə həmin mənbədə göstərilir kı, su-veren dövlətlərin bütun əlaqələri danışıqlarla qurulur və inkişaf etdirilir.
Müasir dərsliklərdə də beynəlxalq danışıqların məqsəd və məramını açıqlamaq cəhdində olan diğər müəlliflər isə aşağıda göstərdiyimiz məqamları şada-lamaqla kifayətlənirlər.
Dostları ilə paylaş: |