3.Münaqişə tərəflərinin siyasi liderləri ilə ya-xınlıq əlaqələri qurmaq;
4. Fürsət olduqda münaqişənin həlli ilə bağli öz ideyalarını gerçəkləşdirmək;
5. Münaqişəyə münasibətdə öz ideyalarının da-ha önəmli olduğunu təsdiqləmək və statusunu möhkəmlətmək.
Prinsip etibarilə hər bir münaqişə tərəflərin öz səyi ilə həll ola bilər.Ola bilər ki, hansısa bir problem ətrafında ortaq razılıq olmasın və danışıqlar prosesi uzunmüddətli hadisəyə çevrilsin.Ancaq bu kimi xir-dalıqlar vasitəçi dəvət olunmasına zəmin ola bilməz.
Vasitəçilik əsas etibarilə aşağıdakı hallarda zə-ruri addım sayıla bilər:
1 . Əgər tərəflər arasında münaqişə uzun müddət davam edirsə;
2. Tərəflər bir-birini tanımırsa;
3. Əgər tərəflər arasında yerinə yetirilməsi çətın olan çoxsaylı tələblər ortaya qoyulursa və güzəştə getmək istəyi yoxdursa;
4. Müxtəlif mədəniyyətlərə, dinə və ideologiyaya
mənsub olan tərəflər arasında danışıqların apa-
rılmasında cətinliklər yarandıqda.
Qərar verilməsi üçün münaqışə tərəfləri iradə nümayiş etdirməzsə, sadalanan zərurətlər də əhəmiy-yətsiz ola bılər.Yuxarıda vasitəçinin bitərəfliyi məsə-ləsinə ötəri münasibət bildirilmişdi.
Birmənalı qeyd olunmalıdır ki, hər hansı döv-lət(dövlətlər) o halda vasitəçiliyə səy edir ki, münaqişə onün özünün maraqlarını təmin etmir və yaxud əksinə.
Hər halda bu addımın atılması bir heçə istəkdən qaynaqlanır;
1 . Münaqışənin genişlənmə təhlükəsi ehtimalını
dayandırmaq;
2. Münaqişə tərəflərinin və vasitəçinin özünün
də daxil olduğu birliyin parçalanmasına yol
verməmək;
3.Öz siyasi təsir gücünü artırmaq və eyni dərəcə-
də münaqişə tərəflərindən hər hansının di gərinə
təsirinin artmasına imkan verməmək;
4. Münaqişə tərəfləri ilə, yaxud tərəflərdən biri
ilə, münasibətlərini yaxşılaşdırmaq ;
5. Öz siyasi çəkisini artırmaq;
6. Öz daxili siyasi problemlərini yoluna qoymaq,
daxildəki etnik qrupların maraqlarını təmin et-
etmək .lobbilərin təsiri altındakı davranış və s.
Vasitəçinin funksiyaları
Vasitəçinin funksiyaları haqqında ilkin qənaət məhz elə terminin özündə ehtiva olunur. Ancaq bu yetərli qənaət sayıla bılməz. Ən azı ona görə ki, mü-naqişənin dinc yolla nizamlanması məqsədi ilə vasi-təçi çoxsaylı funksiyalara yerinə yetirməli olur. Bəzən tədqiqatçilar (Corc Uoll) bu funksiyaların sayının əlliyə qədər olduğunu iddia edirlər. Belə hesab edək ki, bu fikirlər yersiz deyildir.Ancaq vasitəçinın beş əsas funksiyasının geniş şərh olunmasına ehtiyac var.
1.Münaqişə tərəflərini problemin birgə həllinə səmtləmək. Bunun üçün ilkin mərhələdə onların li-derləri ilə dil tapmaq tələb olunur. Bu nəticə qa-zanılarsa, ən azı tərəfləri birtərəfli addımlardan ya-yındırmaq olar.(misal üçün: atəşkəs razılığı). Nəticə uğurlu alinarsa, deməli böhrandan çıxmağa az da olsa ümid yarana bılır. Təbiidir ki, liderlərin bir-mənalı addım atması da cətindir. Çünki dövlətin öz daxilində siyasi elita arasında da problemin dinc yolla həllinə rəğbətlə yanaşan qüvvələrlə yanaşı müxalif düşüncəli insanlar var.Bəzən çoxluq və azlıq nisbəti gözlənılən dərəcədə inamlı addım atılmasında əsl sınaq olur. Vasitəcinin belə hallarda tələsməyə haqqı yoxdur.
2Münaqişə tərəfləri arasında problemə dair qarşılıqlı baxışların öyrənılməsinə imkan yaradan etibarlı informasiya mübadiləsini təmin etmək və mümkün kommunikasiya kanallarından istifadə et-mək. Təbii ki, ilkin mərhələdə vasitəçinin özü ötürücü missiyasını öz üzərinə götürür.Bir müddət sonra isə tərəflərın fikir böluşməsi, məqsədlərini bir-biri ilə uzlaşdırması, ən yaxşı halda isə informasiyanın təhrif olunmasının qabaqlanması baxımından bu addımın faydası böyükdür.Yalnız belə olduqda qarşılıqlı etimad formalaşa bilər. Hər şeyin nəzərdə tutulan ardıcılıqla davam etdiyi halda, hətta tərəflərin özlərini vasitəçisiz də görüşüb müzakirələr aparması reallığa qovuşa bilər. Təcrubədə az təsadüf olunan bir hal kimi baxılan bu hadisə vasitəçinin danışıqlardan kə-narlaşdırılması kimi yozulmamalıdır.
3.Məqamın düzgün diaqnostikası və kompromis seçimin mümkün olub-olmadığına qərar vermək. Əgər belə bir gediş olunması realdırsa, gələcək sazişin hazırlanması üzərində işə başlamaq olar. Unutmaq olmaz ki, vasitəçi münaqişəni həll etmək səlahiyyət-lərinə malik deyildir. Onun funksiyası tərəflərı doğru seçim etməyə hazırlamaqdır.
4.Vasitəçi öz fəaliyyətini elə incəliklə qurmalıdır ki, münaqişə tərəfləri eyni dərəcədə öz simasını qoruya bilsin. Bir tərəfə qalib, digərinin isə məğlüb , yaxud zəif tərəf kimi baxmaq olmaz. Belə şəraitdə danişıqlar bir tərəf üçün “psixoloji zədə” effekti yara-da bilər.
5.Sonuncu şərt vasitəçinin nəzarət və idarəetmə mexanizmlərinin, tərəflərin qarşılıqlı ünsiyyət qayda-larının, əldə olunan razılaşmaların yerinə yetirilməsi ilə bağlıdır.
Müşahidələr göstərir ki, vasitəçilikdə heç də sa-dalananların hamısını tam şəkildə yerinə yetirmək qeyri mümkündür. Odur ki, vasitəçinin diqqəti bəzən bir və ya bir necə əsas məsələyə yönəlir Daha çox hal-da isə üstünlük kommunikasiya mübadiləsinə verilir. Vasitəçi eyni zamanda münaqişə predmeti ilə bağlı lığı olmayan digər problemlərə də qatılmalı olur. Güman olunmalıdır ki, bu vasitəçinin özünə pozitiv imic qasanması istəyindən qaynaqlanır.
Elmi ədəbiyyatda vasitəçiliyin üç modelinə önəm verilir.Mövcud bölgudə əsas yer üçüncü tərəfin danı-şıqlarda iştirakının səviyyəsinə verilir. Biz də bu baxiş bucağında vasitəçiliyin aşağıda göstərilən üç modelinə aydinliq gətirilməsini məqsədəuyğun bilirik.
Dostları ilə paylaş: |