Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Tədqiqatın informasiya bazası və işlənməsi metodları



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   2   3   4   5   6   7   8   9   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiya işinin 
hazırlanması kəşf xarakteri daşıdığından burada model və ya hipotez qurulmamışdır. 
Əsasən anket üsuluna üstünlük verilmişdir, həmçinin müqayisəli təhlil, müşahidə, 
proqnozlaşdırma, ümumiləşdirmə, sistemli yanaşma, qruplaşdırma metodlarından 
istifadə edilmişdir. Digər bir tərəfdən burada Swot və korrelyasiya analizləri 
edilmişdir. 
Tədqiqatın elmi yeniliyi, tədqiqat işində İçərişəhərin tarixi - mədəni potensialının 
turizmin inkişafına və brendləşməsinə təsiri hərtərəfli araşdırılmış, inkişaf potensialı 
təhlil edilmiş, anket sorğusu keçirilmiş və analizlər aparılmışdır. 
Dissertasiya işinin strukturu. Disertasiya işi üç hissədən ibarətdir. Giriş, 3 fəsil, 
nəticə və təkliflər və s ibarətdir. Dissertasiya işinin girişində mövzunun aktuallığı, 
predmet, obyekt, məqsəd və vəzifələr, metodlari qeyd edilmişdir. 
Birinci bölmədə, turizm marketinqinin anlayışı və onun xüsusiyyətləri , ünsürləri 
nəzərdən keçirilmiş, turizm məhsulu anlayışı və turist destinasiyası araşdırılmışdır. 
İkinci bölmədə markanın mahiyyəti, əhəmiyyəti araşdırılmış destinasiya markası, 
istehlakçıların destinasiya seçimində imicin rolu, destinasiya marketinq anlayışı, 
destinasiya imicinin formalaşmasında təsirli olan faktorlar və destinasiya imicinin 
idarə edilməsi ilə əlaqəli məlumat və dəyərləndirmələr edilmişdir. 
Üçüncü bölmədə, İçərişəhərin turizm baxımından önəmi, İçərişəhər turizm 
destinasiyasının brend kimi formalaşması, Swot analizi edilərək obyektin zəif və güclü 



tərəfləri önə çıxarılmış və mövzunun araşdırılması həyata keçirilmişdir. Bundan başqa 
mövzunun araşdırılması baxımından anket sorğusu hazırlanaraq yerli və əksəriyyəti 
xarici turist olmaqla sorğu keçirilmişdir. Burada tədqiqatın məqsədi, mahiyyəti izah 
edilmiş və tədqiqatın verilənlər bazasının toplanılması həyata keçirilmişdir. Verilənlər 
bazası da SPSS proqramı vasitəsilə analiz edilmiş və korrelyasiya təhlili edərək turist 
axınında müsbət nəticə əldə edilmişdir. Tədqiqat zamanı İçərişəhərin turizm imkanları 
turistlərin düşüncələri əsasında dəyərləndirilmiş və turizm brendi kimi formalaşmasına 
çalışılmışdır. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin