1.4. Turist məhsulu anlayışı
Turizm məhsulu, istehlakçıların daimi yaşadıqları yerdən çıxdıqlarından evlərinə
dönmələrinə qədər keçən müddətdə satın aldıqları və ya istifadə etdikləri mal və
xidmətlərin yaratdıqları bir paket və ya əldə etdikləri təcrübədən ibarətdir
[16,səh.10].
Turizm məhsulu, maddi olmayan bir ünsürdür. Bir restoranın əhatəsi, mənzərəsi,
stolların düzülüşü, böyüklüyü, havası, ətri, masa süfələrinin təmizliyi, əməyin qısa
zamanda servisi ya birbaşa turizm məhsulunu yaradır, ya da məhsula birinci dərəcədə
təsir edən ünsürlər olaraq tanınmaqdadır. Bir yerləşdirmə müəssisəsinin otağı, otaqda
təqdim edilən xidmətlər, otağın səssizliyi, mənzərəsi, yatmaq üçün əlverişi olması kimi
ünsürlər eyni zamanda otelde olan animasyon xidmətləri, yemək-içmək, əyləncə
imkanları turizmdə maddi olmayan məhsul kimi qiymətləndirilir.
Digər bir yandan turoperatorların yaratdığı və satdığı paket turlar həmçinin,
turizm məhsuludur. Nəqliyyat, yerləşdirmə, qidalanma, əyləncə, shoppinq xidməti
15
kimi məhsullar ayrı –ayrılıqda məhsul ola bildikləri kimi paket halındada məhsul
anlayışı yaradırlar [16,səh.10].
Bir turizm bölgəsində istehlakçılara təqdim edilən hər bir məhsul ayrı-ayrılıqda
məhsul ola bildiyi kimi turizm bölgəsi də turizm məhsulunu yaradır. Məsələn, Şahdağ
turizm bölgəsində fəaliyyət göstərən turizm müəssisələri bütünlükdə turizm məhsulunu
yaradırlar. Şahdağ turizm bölgəsi özü makro səviyyədə turizm məhsulunu yaradan bir
bölgə olaraq tanınmaqdadır [16,səh.15].
1.4.1. Turist məhsulunu yaradan faktorlar
Turizm məhsulunun yaradan faktorlar və ya ünsürlər: cəlbedicilik, daşınma, turizm
müəssisələri, fəaliyyətlər və imic [29,səh.85].
1.4.1.1. Cəlbedicilik
Cəlbedicilik, turizm məhsulunun ən önəmli ünsürlərindən biridir. Turistin
gedəcəyi yerin seçilməsində cəlbedicilik ünsürü böyük rol oynayır. Turizm
məhsulunun cəlbediciliyi öz növbəsində dörd qrupa bölünür: təbii ünsürlər, sosial -
mədəni ünsürlər, iqtisadi ünsürlər və psixoloji ünsürlər.
Təbii ünsürlər: onlara coğrafı vəziyyət, iqlim, təbii gözəlliklər, təmiz hava, dəniz
suyu istiliyi, dəniz suyundakı duz miqdarı, ortalama günəşli günlərin sayı, qış
turizimində qarın qalınlığı və qar mövsümünün müddəti, təmiz dəniz, flora və
fauna növləri, müalicəvi və mineral sular təbii ünsürləri yaradan alt qruplar
içərisində yer almaqdadır.
Sosial - mədəni ünsürlər: buraya aiddir, adət - ənənə (doğum, evlənmə, ölüm və
s), mədəni oyektlər ( muzeylər, abidələr, ibadət yerləri, tarixi mərkəzlər və s),
siyası vəziyyət, təhsil və şəhərləşmə.
16
İqtisadi ünsürlər, turizm məhsulunun qiyməti, ümumi iqtisadi vəziyyət,
valyutanın dəyəri və turizm bazarının iqtisadi vəziyyəti aid edilə bilər.
Psixoloji ünsürlər, turizm məhsulunu cəlbedici edən tarixi, mədəni, dini, adət-
ənənə, davranış qaydaları, moda və s kimi aiddir [27,səh.56].
Dostları ilə paylaş: |