1.4.1.5. İmic ünsürü
İmic ünsürü həmçinin, bölgələrin və turizm müəssisələrinin turizm məhsulu olaraq
müəyyən olunmuşdur. Məsələn, dünya miqyasında bir çox turizm bölgələrini nümunə
göstərmək olar, ABŞ – da Las Vegas qumar mərkəzi, Türkiyədə Bodrum istirahət
əyləncə mərkəzi, New York biznes turizmi üzrə, İstanbul, Roma mədəniyyət turizmi,
Antalya dəniz –qum – günəş turizmi, habelə Azərbaycanda Naftalan müalicə turizmi,
Bakı tarixi – mədəni, biznes, idman turizmi kimi turizm mərkəzləri turizm bölgəsi üçün
imic yaradirlar. McDonald’s, Pizza Hut kimi restoran şəbəkələri də qida sahəsində imic
yaradan şəbəkələrdir.
Turizm müəssisləri baxımından imic önəmli amildir. Məsələn Hilton, Sheraton,
Holiday İnn kimi otel şəbəkələri öz müştəriləri üçün imic yaradırlar [7,səh.130].
18
1.5. Turizm Destinasiyası (turizm bölgəsi, yer)
Turizmin nisbətən əhəmiyyətli bir sahəsi və turizmin iqtisadi, sosial və fiziki
təsirlərinin ortaya çıxdığı coğrafi ərazidir. Turizmin əsas iqtisadi fəaliyyət növləri
arasında yer aldığı ölkələr, regionlar, şəhərlər turizm destinasiyasıdır.
Destinasiya, turistlərin ehtiyyaclarını qarşılamaq məqsədilə hazırlanmış xidmət
və imkanların bazasını meydana gətirən coğrafi ərazidir. Dissertasiya işi yazılan zaman
turizmdə destinasiya anlayışının araşdırılmasına və daha çox məlumat toplanılmasına
diqqət verilib çünki mövzunun əsasını daşıyır. Destinasiya fransız sözü olub, “çatılacaq
məkan” deməkdir və turizm fəaliyyətinin əsas ehtiyatlarını daxilində ehtiva edən, bu
fəaliyyətlərin reallaşdığı, turistik mal və xidmətlər ilə istehlakçı təcrübələrinin bütöv
bir
əqdimatı
təmin
edildiyi
əsas
zəmindir.
Destinasiya turistlərin istirahət, gəzmək, zaman keçirmək istəyəcəkləri,
destinasiyada iştirak edən turistik cazibədarlıqları, təbii gözəllikləri, tarixi elementləri,
festivalları, fəaliyyətləri, gələn ziyarətçilərə təqdim etdiyi yemə - içmə imkanları,
bölgəyə aid infrastruktur xüsusiyyətləri kimi ünsürlərdən ibarət olan turistik
məhsulların gələn ziyarətçilərə təqdim edildiyi bir ölkə, bölgə, şəhər və ya bir yer
olaraq təyin oluna bilər [20,səh.13].
Həmçinin, bir destinasiya, müxtəlif mədəni dəyərlərə və xüsusiyyətlərə sahib və
ya turistin səyahəti müddətində ehtiyac duya biləcəyi turizm məhsulların hamısını və
ya bir qismini təqdim edə bilən coğrafi bir məkan olaraq təyin oluna bilər.
Destinasiya bölgələrini yaradan ünsürlər aşağıdakılardır:
1. Münasib yerləşdirmə;
2. Münasib qiymət amilləri ;
3. Uyğun nəqliyyat növləri;
4. Təbii mənzərə;
19
5. Restoran və kafelər yerləşdirmə məkanları;
6. Əlverişli hava;
7. Uyğun dəniz – qum – sahil;
8. Gəzməli ərazilər;
9. Alış – veriş;
10. Məcəra üçün məkanlar;
11. Əyləncə imkanları;
12. Digər turizm bölgələrinə yaxın olması;
13. Tarixi – mədəni imkanları üçün yerlər [20,səh.15].
Dostları ilə paylaş: |