17
Dördüncü, turoperator və turargentlər turizm paketi hazırlayaraq turistlərə təqdim
edirlər.
Digər turizm müəssisələrinə aiddir, rekreasiya mərkəzləri, hədiyyəlik əşya satan
mağazalar, sərgi və konfrans xidməti təqdim edən yerlər və s yerlər aiddir
[7,səh.129].
1.4.1.4. Fəaliyyətlər
Fəaliyyətlər, bu ünsürə festival, sərgi, konqres, karnaval, idman proqramları, bayram
və şənliklər aiddir. Dünya miqyasında önəmli olan sərgi, konqress, beynəlxalq
festivallar böyük miqdarda turizm tələbi yaradan fəaliyyət ünsürü arasında yer
almaqdadır. Bu anlayışa əsasən dünya kuboku, qış və yaz olimpiya oyunları və digər
yerli, beynəlxalq idman müsabiqələri diqqət mərkəzində olan turizm fəaliyyətləri
növlərinə aiddir. Fəaliyyətlər yerli, regional, ölkə üzrə və beynəlxalq növləri üzrə
siniflərə bölünürlər [7,səh.129].
Dostları ilə paylaş: