Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   14   15   16   17   18   19   20   21   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

Sxem 2.1 
Beynəlxalq aləmdə brendi yaradan amillər:
Turizm İxracat 
Beynəlxalq brend
İnsan İdarətmə Mədəni miras
İnvestisiya 


38 
Nəticə olaraq turizmdə və turizm markalaşmasında müvəffəqiyyətli olmaq üçün 
aşağıdakılar gərəkməkdədir: 

Bazarları yaxşı tanımaq 

Müştəriləri izləmək 

Bütün sektorla işbirliyi etmək [29, səh 43]. 
2.4. Destinasiya brendi 
Destinasiya brendləşməsi həm rəqabət şərtlərinə görə, həm də dəyişən istehlakçı 
istəkləri səbəbi ilə önəmli bir anlayış halına gəlmişdir. Məhsul və xidmət kimi 
destinasiyalar da dəvam etdirilə bilən rəqabət üstünlüyü yaratmalı və rəqabətçi rolunda 
oynamalıdır [33, səh 42]. 
Destinasiya brendləşməsinə görə Ritchie (2005) tərəfindən edilən destinasiya 
brendləşməsi; 

Bir destinasiya mərkəzini asandlıqla tanıdan və fərqləndirən bir ad, simvol, loqo, 
söz və ya qrafikin yaradılmasıdır 

Konkret destinasiya mərkəzi ilə əlaqələndirilən, unudulmaz səyahət təcrübəsi 
yaradır 

Turist ilə destinasiya arasında duyğusal əlaqəni gücləndirir 

İstehlakçı üçün araşdırma və riski azaldan marketinq bütünüdür [33, səh 44]. 
2.4.1. Destinasiya brend imici
Müasir dövrdə ölkələr və bölgələr böyük səylər göstərərək və böyük miqdarda 
vəsait sərf edərək turistlərin baş çəkəcəkləri destinasiya mərkəzi olmaq üçün çalışırlar. 
Ancaq bu destinasiyalar eyni səviyyəli deyildirlər bəzisi bir çox üstünlüyə sahibkən 
digərləri isə üstün olmayan xüsusiyyətlərə malikdirlər. Burada önəmli olan bir 


39 
destinasiyanın nə qədər resursa sahib olması və onlardan istifadə etmək 
qabiliyyətlərinin olmasıdır [31, səh 42]. 
Marketinqdə tez – tez istifadə edilən brend imici müəssisənin cəmiyyətə qəbul 
etdirməyə çalışdığı vasitədir [34, səh 44]. 
Turistlərin bir destinasiyanı qəbul etmələrində destinasiya marka imici böyük rol 
oynamaqdadır. Dolayısı ilə ölkələr və bölgələr güclü bir destinasiya imic yaratmağa 
çalışırlar çünki güclü imic destinasiya seçimində önəmli rol oynayır. Güclü bir brend 
imici olan destinasiya aşağıdakı xüsusiyyətlərə malikdir; Bazara çıxarılan normal 
məhsullardan daha baha qiymətə və mənfəətə sahib olacaqdır: 
1. Özünü rəqiblərdən rahatca fərqləndirə biləcəkdir 
2. Potansial müştəriləri hərəkətə keçirən güvənilən referans olacaqdır 
3. Təkrar ziyarət sayını artırma və bağımlılıq fürsətləri dəyərləndirilə bilər 
4. Bir turist məhsulu olmaqdan daha çox turizm bölgəsi olmaq şansına malik 
olmaqdır [16, səh 26]. 
Bu səbəblə destinasiya marketinq rəhbərləri, özlərinə xas imic və mesaj 
seçməlidirlər. Yaradılacaq imic və mesajın destinasiya şərtlərinə uyğun ancaq 
bazardakı rəqiblərdən fərqləndirilməlidir. Çünki, bir destinasiyanı ziyarət edən zaman 
və ya məhsulu satın alanda imic və mesaj amilləri ortaya girər [19, səh 42]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin