2.5. İstehlakçıların destinasiya seçimində imicin rolu
Bir destinasiyanı ziyarət etmədən əvvəl turistlərə ziyarət edəcəkləri yerlə bağlı
verilən informasiya, fikir, düşüncələr imicdir. Turistlərin əyləncə və səyahət edəcəkləri
yeri seçmə müddəti destinasiya nüfuzuna bağlıdır (Chen və Kerstetter, 1999).
Destinasiya imici ilə yanaşı turist qərarına təsir edən bir çox faktorlar vardır.
Bunlara aiddir: nəqliyyat imkanları, coğrafi məsafə, destinasiyada istifadə olunan
qiymət amili [22,səh 35].
Baloğlu və Brinberq’ə (1997) əsasən imic, istehlakçıların seçim edərkən
qərarlaşdırma prosesində mühüm rol oynayır. İmic anlayışı, ümumi olaraq insanların
bir bölgə və yerlə əlaqədar inanclar, düşüncələr, fikirlər toplamıdır. Tədqiqatçılar imici
həm elmi, həm də duyğusal olaraq iki yerə ayrırırlar [22,səh 36].
Destinasiyanın duğusal imici dedikdə, bir yeri xoşlayıb, xoşlamama, o yer ilə
əlaqədar olaraq insanların sahib olduğu məlumatların, düşüncələrin və duyğuların
dəyərləndirilməsi başa düşülür. Bilinen imic isə bir yerin fiziki xüsusiyyətlərini, o
yerdə yaşayan insanları və yaşanan hadisələri dəyərləndirilməsi nəticəsində meydana
gəlir. Dolayı yolla bir destinasiya elmi və duyğusal olaraq dəyərləndirildikdə
destinasiyanın imici formalaşar [31,səh 124].
46
2.6. Destinasiyada marketinq anlayışı
Müasir dövrdə turizm sektoru həm iqtisadi və sosial – mədəni faydalarla yanaşı,
həm də ölkələrin rifah səviyyəsinin artırılmasınada mühüm rol oynayır. Turizm
sektorunun bu xüsusiyyəti destinasiyaların bu sahədə yüksək bazar payı əldə etmək
üçün bir sıra bazar strategiyaları həyata keçirmişdir.
Beləliklə, destinasiya marketinqi və destinasiyaların marka halına gəlməsi,
destinasiyalar baxımından böyük önəm daşımağa başlamışdır [29,səh 120].
Destinasiya mərkəzlərinə fərqli şəhərlərdən, bölgələrdən, ölkələrdən turist
cəlbedəbilmək üçün marketinq strategiyalarına ehtiyac duyular. Destinasiyanın marka
kimliyini və onu digər destinasiylardan ayıran xüsusiyyətlərini müəyyən etmək və
marketinq fəaliyyətlərində qeyd olunan ünsürləri vurğulamaq, bir destinasiyanı
beynəlxalq turizm bazarında rəqabətçi bir mövqeyə çatdırmaq marketinqin təməl
ünsürləridir [27,səh 121].
Destinasiyada marketinq orada yaşayan insanlara böyük məsuliyyətlər yükləyər.
Çünki bir destinasiyada yaşayan insanlar o destinasiyanın ən önəmli marketinq
ünsürləridir. Buna görə də destinasiyaların qarşılarına qoyduqları hədəflərinə nail
olmaq üçün lazımi işlər görmək lazımdır [5].
Turizm sektorunda destinasiyaların qarşılarına qoyduqları hədəflərə çatmaq üçün
destiasiyaların özlərini gözdən keçirməlidirlər. Ona görə də destinasiya mərkəzlərini
əhəmiyyətli edən tarixi və mədəni yerlər yenidən kəşv edilib yeni bir ad ilə beynəlxalq
turizm bazarına çıxarılmalıdırlar [5].
47
Sxem 2.2
Hədəflərin müəyyən olunması və planlanması
Coğrafi marketinq mix - müəyyənləşdirilməsi
Nəticəni analiz etmək və qiymətləndirmək
Dostları ilə paylaş: |