Elmi inkişaf - İslam quruluşunun həmişəyaşarlığının və qüdrətinin isbatı
Əgər bu quruluşu ilk illərdə dəfn edə bilsəydilər, İslamın zərərinə bitərdi, deyərdilər baxın, İslam bacarmır. Bir inqilab etdi, bir quruluşu hakimiyyətə gətirdi, amma iki ildən, beş ildən artıq yaşada bilmədi. İslam quruluşu qalıb inkişaf etməsəydi, İslamın zərərinə olardı, deyərdilər ki, İslam quruluşu xalqı tarixdən qabaqkı dövrə aparmışdır; nə elm var, nə inkişaf, nə texnologiya. Lakin İslam inqilabı həm davam etdi, həm kök saldı, həm heyrətamiz elmi inkişafa nail oldu, həm alim və ziyalı gənc nəsil təhvil verdi. Siz eşidirsiniz ki, İranın kök hüceyrələr sahəsində dünyanın səkkizinci ölkəsi olduğunu deyirlər; bu çox böyük sözdür. Bu, bütün inkişaf imkanlarından məhrum edilən iranlıdır.
İslam quruluşu ölkəni təhvil alanda infrastrukturlar əsla belə elmi inkişaflara uyğun deyildi. İslam Respublikasının kosmosa peyk göndərən - bu, İslam Respublikasının rəqiblərinin və düşmənlərinin heyrətinə səbəb oldu – onuncu, yaxud doqquzuncu ölkə olduğunu deyirlərsə, bu çox böyük sözdür. İran? Bunu kim etdi? İslam quruluşu. Kim elmi bu şəkildə inkişaf etdirdi? Ölkədə elm hərəkatını kim yaratdı? İranlının fitri istedadını yeniliyin və yaradıcılığın xidmətində kim işlətdi? İslam quruluşu. Deməli, İslam quruluşu həm davam etdiyini göstərdi, həm də bir xalqı inkişaf etdirmək üçün öz bacarığını.590
Dostları ilə paylaş: |