Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Kumulyativ səsvermə. Proporsional təmsilçilik



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə66/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   62   63   64   65   66   67   68   69   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Kumulyativ səsvermə. Proporsional təmsilçilik 
Korporativ idarəetmənin və nəzarətin əsas mərhələlərdən biri , şirkətin 
orqanlarının tərkibinin formalaşdırılmasıdır. Əgər şirkətin orqanlarının tərkibi 
yalnız majoritar səhmdarların təklif etdiyi namizədlərdən ibarət olursa, o zaman 
həmin səhmdar şirkət üzərində tam nəzarəti ələ keçirmiş olurlar. Bu halda həmin 
səhmdar şirkətin maliyyə sistemi üzərində və şirkətdaxili qərarlar üzərində 
nəzarət əldə edir. Belə durumda, əlbəttə ki, şirkətin orqanları, xüsusən də 
direktorlar şurası majoritar səhmdarların təsiri altında formalaşdırılır. 
Direktorlar şurası kimi əhəmiyyətli orqanın effektiv fəaliyyəti üçün və bütün 
səhmdarların (həmçinin şirkətin) maraqlarını təmin etmək üçün o, müəyyən 
səviyyədə müstəqilliyə malik olmalıdır.
Beləliklə, korporativ nəzarətin müəyyən şəxslərin əllərində toplanması şirkətin 
nəzarət etmək imkanına malik olmayan səhmdarları üçün mənfi nəticələrə səbəb 
olur.
Minoritar səhmdarların da şirkətin nəzarət orqanlarında təmsil olunması 
məqsədi ilə kumulyativ səsvermə kimi korporativ mexanizm meydana gəlib. 
Bildiyiniz kimi, Azərbaycan korporativ hüququnda səsvermə "bir səhm – bir səs" 
sistemi üzərində qurulub.
257
MMC-də səsvermə sistemi payın miqdarı (ölçüsü) 
üzərində qurulub. Beləliklə, səsli səhmlərin sadə çoxluğuna (51%) sahib olan şəxs 
şirkətin direktorlar şurasının tərkibini yalnız özünün namizədlərindən təşkil 
etmək imkanına malik olur. Bu halda 49% faiz səsə malik olan səhmdarlar 
(iştirakçılar) belə direktorlar şurasına üzv seçmək imkanından məhrum olurlar. 
257
MM-nin 107-3.5-ci maddəsi 


168 
Buna görə kumulyativ səsvermə sisteminin qanunvericilik səviyyəsində 
təcrübəyə daxil edilməsi zəruridir.
SC-nin direktorlar şurasının seçilməsində kumulyativ səsvermə sistemi məhz 
minoritar səhmdarlar üçün DŞ-ya öz (nümayəndələrini) namizədini seçmək 
imkanının verilməsi məqsədini daşıyır. Kumulyativ səsvermədə iştirak edən hər 
bir səhmdarın səhmlərinin sayı direktorlar şurasının üzvlərinin sayına
258
vurulur. 
Əldə olunan nəticə kumulyativ səsvermədə həmin səhmdarın səslərinin ümumi 
sayını təşkil edir. Səhmdar öz iradəsinə uyğun səslərini namizədlər arasında 
istədiyi şəkildə bölüşdürə və ya bütün səslərini bir namizədə verə bilər. Səslərin 
daha çox hissəsini toplayan namizəd direktorlar şurasına seçilir.
259
Daha aydın 
təsəvvür üçün aşağıda kumulyativ və sadə səsvermələrin müqayisəsi göstərilib. 
Sadə səsvermədə səhmdar hər bir namizəd üçün eyni səhm paketi ilə səs verir. 
Məsələn "A" səhmdara 240 səhm və "B" səhmdara 600 səhm məxsusdursa, o 
zaman 5 nəfərlik direktorlar şurasının seçimində “A” səhmdar 240 səhmi ilə öz 
namizədə və “B” səhmdar 600 səhmi ilə öz namizədlərinə səs verəcək. Nəticədə 
bütün beş yerə “B” səhmdarın namizədləri seçilmiş olacaq, çünki onun səhm 
paketi daha böyükdür və bununla o, daha çox səsə malikdir.
Kumulyativ səsvermədə isə “A” səhmdara məxsus olan səhmlər direktorlar 
şurasının üzvlərinin sayına
260
vurulur (bizim misalda 5 nəfər). Əldə olunan 1200 
258
DŞ-nın üzvlərinin sayı SC-nin nizamnaməsi ilə müəyyən edilir. MM-nin 107-7.2-ci maddəsi
259
Bax: QKDK tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər edilməsi barədə" 
Qanunun layihəsi 
260
Burada məhz nizamnamə ilə müəyyən edilən d.ş.-nın say tərkibindən söhbət gedir. Bəzi hüquqşünaslar səslərin idarə 
etmə orqanına seçiləcək namizədlərin sayına vurulduğunu düşünürlər, lakin bu, yanlış mövqedir. Kumulyativ 
səsvermədə səslər yer sayı (orqanın ibarət olduğu üzvlərin sayı) əsasında hesablanmalıdır. 


169 
(240*5) səs istənilən nisbətdə 5 üzv arasında bölünə bilər.
261
Beləliklə, “A” 
səhmdar 1200 səsi bir namizədə verərək həmin şəxsin direktorlar şurasına 
seçilməsini təmin edə bilər. “B” səhmdara isə DŞ-ya yalnız öz namizədlərinin 
seçmək üçün 6000 səs (600*5) kifayət etməyəcək, çünki ona hər namizəd üçün 
1200 səsdən çox səs gərək olacaq.
Hər iki səsvermə metodunun nəticələri aşağıdakı cədvəldə göstərilir. 
D.ş.-nın tərkibi - 5 nəfər (üzv); 
Namizədlərin sayı - 6 nəfər; 
A səhmdar - 1 namizəd təqdim edir; 
B səhmdar - 5 namizəd təqdim edir. 
Sadə səsvermə cədvəli 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin