Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Səhmdarlar (iştirakçılar) razılaşması



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə74/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   70   71   72   73   74   75   76   77   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Səhmdarlar (iştirakçılar) razılaşması 
Ölkədə biznes mühiti inkişaf etdikcə bir çox hüquqi konsepsiyaların
281
və 
institutların yerli korporativ məkanda tətbiqi genişlənir. Qanunvericilik 
baxımından Azərbaycan korporativ hüququ bu yeniliklərə hazır olmamasına 
baxmayaraq, bazarın və biznesin müasir tələblərinin təsiri altında yerli biznes 
iştirakçıları xarici hüquqlardan gəlmiş mexanizmləri öz münasibətlərində tətbiq 
etməyə çalışır. Bununla yanaşı, həmin mexanizmlərin (institutların) ölkə 
hüququnun çərçivəsində hüquqi qüvvəsi və etibarlılıq sualı gündəmdədir. Bu 
risklərdən özlərini qorumaq məqsədi ilə biznes iştirakçıları müxtəlif üsullarla öz 
281
Əvvəllər Azərbaycan hüququna tanış olmayan beynəlxalq və xarici ölkələrin təcrübəsində istifadə olunan. 


188 
müqavilə münasibətlərini daha liberal hüquqa malik olan yurisdiksiyalarla 
tənzimləyirlər. Nəticədə, Azərbaycan ərazisində qurulan və fəaliyyət göstərən 
biznes iştirakçıları öz münasibətlərini xarici hüquqla tənzimləyirlər. Bu, bir daha 
göstərir ki, yerli kommersiya hüququ ölkədə iqtisadiyyatın və biznesin inkişaf 
tempi ilə uyğunlaşa bilmir. 
Xarici hüquqdan yerli biznes iştirakçılarının təcrübəsinə daxil olan alətlərdən biri 
də - səhmdarlar razılaşmasıdır
282
(shareholders agreement). Bu, beynəlxalq biznes 
proseslərində geniş və aktiv istifadə olunan müqavilə mexanizmlərindən biridir. 
Daha çox liberal kommersiya hüququna (əsasən, ABŞ və İngiltərə) malik olan 
ölkələrdə formalaşan bu alət digər ölkələrin təcrübəsinə də tez bir zamanda daxil 
oldu və bir çox ölkələr qanunvericiliklərində müvafiq yeniliklər edərək bu alətin 
uğurlu tətbiqinə imkan yaratdılar. Həmin razılaşma bir tərəfdən səhmdarların 
(iştirakçıların) qanunla nəzərdə tutulmuş hüquq və öhdəliklərini daha dolğun və 
birmənalı şəkildə təsbit etmək, digər tərəfdən isə şirkətin fəaliyyəti ilə bağlı 
mövcud səhmdarlar, investorlar arasında yaranan spesifik əlaqələri tənzimləmək 
məqsədini daşıyır.
283
Səhmdarlar razılaşması şirkətin standart təsis 
sənədlərindən fərqli olaraq, konfidensialdır və yalnız həmin razılaşmanın 
tərəfləri üçün hüquqi öhdəliklər yaradır. 
Təsis sənədləri vasitəsilə iştirakçıların münasibətlərini tam tənzimləmək 
mümkün olmadığından, səhmdarlar arasındakı münasibətləri (hüquq və 
öhdəlikləri) daha dəqiq şərtləndirmək üçün müqavilə mexanizmlərindən istifadə 
zərurəti yaranır. Bildiyiniz kimi, nizamnamə şirkət üçün vahid qaydaları 
müəyyən edir və bu qaydalar ilk növbədə, şirkətin idarəetmə üsulunu əks 
etdirir, iştirakçılar və şirkət arasındakı münasibətləri tənzimləyir, səhmdarlar 
müqaviləsi isə istənilən müqavilə kimi, tərəflərin iradəsi və maraqlarının nəticəsi 
282
Mətndə əsasən “səhmdarlar” termininin istifadə olunmasına rəğmən, bu institut MMC iştirakçıları tərəfindən də 
uğurla istifadə oluna bilər. 
283
Səhmdarlar razılaşması institutunun Azərbaycanda tətbiqi məsələləri, A. Əlizadə, İFC – Korporativ İdarəetmə İcmalı, 
11-ci buraxılış, may-avqust 2008


189 
kimi çıxış edir. Bu müqavilənin korporativ münasibətlərdə istifadəsi tərəflərin 
iqtisadi maraqlarının hüquqi tənzimlənməsinə imkan verir. Aydındır ki, hətta 
mükəmməl korporativ qanunvericilik belə, məqsədləri və münasibətləri fərqli 
olan tərəflər üçün müqavilə ilə tənzimlənən münasibətləri əvəz edə bilməz. 
Məhz bu keyfiyyətlərdən istifadə imkanları səhmdarlar müqaviləsinin geniş 
inkişafına səbəb olub
284
. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda 
səhmdarlar razılaşmalarına münasibət birmənalı deyil. Belə bir mövqe var ki, 
səhmdarın (iştirakçının) öhdəliklərinin qanunla təsbit olunması halı səhmdarlar 
(iştirakçılar) arasında razılaşma ilə müəyyən edilmiş digər korporativ xarakterli 
öhdəliklərin hüquqi qüvvəsini aradan qaldırır. Lakin hesab edirik ki, 
səhmdarlara qanunvericilik tərəfindən müəyyən edilmiş hüquqların öz 
korporativ maraqlarına və subyektiv iradələrinə uyğun razılaşdırılmasına, 
gərəkli hallarda özləri tərəfindən məhdudlaşdırılmasına imkan verilməlidir. 
Azad sahibkarlıq nöqteyi-nəzərindən irəli gələrək hesab edirik ki, korporativ 
münasibətlər çərçivəsində müəyyən hüquqdan imtina öhdəliyini razılaşdırılması 
mümkündür. Səhmdarın (iştirakçının) qanunla müəyyən edilmiş korporativ 
hüquqlarının məhdudlaşdırılmasına razı olması səhmdarın (iştirakçının) özünün 
məqsədyönlü iradəsi kimi qiymətləndirilməlidir. Şəxsin öz müəyyən 
hüququndan istifadəsindən imtinası barədə razılaşma hüquqi qüvvəyə malik 
olmalıdır, təbii ki, şəxsin ali hüquqları istisna olmaqla. Öz subyektiv korporativ 
hüququnun məhdudlaşdırmasının qanuniliyinin əsas şərtləri könüllülük və 
hüququ məhdudlaşdırılan şəxsin maraqlarının nəzərə alınmasıdır.
Hesab edirik ki, korporativ xarakterli münasibətlərdə maraqların ümumiliyinin
mövcud olması səbəbindən, bu kimi münasibətlər çərçivəsində subyektiv 
hüquqların özünü məhdudlaşdırması konsepsiyasının tətbiqi mümkündür. 
284
А. Куделин. Акционерное соглашение по российскому праву. Журнал «Корпоративный Юрист» N10, 2009 


190 
Məsələn, MMC-nin hər bir iştirakçısı nizamnamə kapitalındakı ona məxsus olan 
payı sərbəst (müəyyən şərtlərdən sonra) sata bilər, ancaq iştirakçılar bu hüququn 
məhdudlaşdırılmasına razılaşaraq müəyyən müddət ərzində öz paylarını 
satmamaq öhdəliyini götürə bilərlər. Bu bütün iştirakçıların ümumi korporativ 
maraqlarına xidmət edə bilər. 
MM-in 15.2-ci maddəsində deyilir ki, qanunvericilikdə nəzərdə tutulan hallardan 
başqa, fiziki və hüquqi şəxslərin onlara məxsus olan mülki hüquqlarından 
istifadə etməmələri bu hüquqların xitamına səbəb olmur. Yəni qanunla təqdim 
edilən hüquqdan razılaşmaya əsasən imtina edilməsinə baxmayaraq, hüququn 
subyekti bu hüquqdan istifadə etmək hüququna malikdir.
Lakin bu məsələyə bir tərəfli yanaşma kommersiya münasibətlərinin stabilliyinə 
və iştirakçıların maraqlarına mənfi təsir göstərə bilər. Müəyyən hüququndan 
istifadə etməməsi və ya əksinə, müəyyən formada istifadə etməsi barədə 
səhmdarların öz aralarında razılaşmasının hüquqa zidd olmadığını qeyd etmək 
olar, sonda bu müqavilə azadlığı prinsipi əsasında qurulan müqavilə 
konstruksiyasıdır. Bununla yanaşı, səhmdarlar razılaşmasına (məs. korporativ 
hüquqların razılaşdırılmış formada icrası) zidd olaraq, şəxs öz subyektiv 
korporativ hüququnu (razılaşmaya uyğun olmayan formada) icra etdiyi (və ya 
etmədiyi) halda, qanunvericilik və məhkəmə təcrübəsi tərəfindən həmin şəxsə 
qarşı müqavilə öhdəliklərini pozduğuna görə müvafiq mülki sanksiyaların tətbiq 
olunması dəstəklənməlidir.
Müxtəlif hüquqşünaslar tərəfindən hüququn məhdudlaşdırılmasına yönəlmiş 
razılaşmaların Azərbaycan mülki münasibətlərində mümkünsüzlüyü məhz MM-
in 15.2-ci maddəsi ilə əsaslandırılır. Hesab edirik ki, bu norma ilə şəxslərə 
məxsus olan hüquqların stabilliyinin qarantiyası müəyyən edilib, yəni mülki 
münasibətlər çərçivəsində öz iradəsi ilə özünə məxsus müəyyən hüquqların 
məhdudlaşdırlmasına rəğmən, o, həmin hüquqdan məhrum olmur. Bu mövqe 


191 
müəyyən mülki münasibətlər çərçivəsində şəxs tərəfindən öz hüququndan 
imtinanın (məhdudlaşdırma) və öz istəyinə əsasən gələcəkdə istifadəsinin 
mümkünlüyünü göstərir.
Səhmdarlar müqaviləsinin predmeti onun tərəflərinin müqavilə ilə müəyyən 
edilmiş qaydada hüquqları icra etmək və ya etməmək öhdəliyidir. Bu müqavilə 
çərçivəsində tərəflər aşağıdakı öhdəlikləri təsbit edə bilərlər: 
-
müəyyən edilmiş qaydada səs vermək (ümumi yığıncaqda); 
-
digər səhmdarlarla birgə səsverməni razılaşdırmaq; 
-
əvvəl 
müəyyən 
edilmiş 
qiymətlə 
səhmlərin 
alınması 
və 
özgəninkiləşdirilməsi; 
-
müəyyən edilmiş hallarda (hallar baş verdikdə) səhmlərin alğı-satqı şərtləri; 
-
müəyyən 
halların 
baş 
verməsindən 
əvvəl 
səhmlərin 
özgəninkiləşdirilməsindən çəkinmək; 
-
şirkətin idarəetməsi, fəaliyyəti və yenidən təşkili ilə bağlı digər hərəkətləri 
etmək. 
Şirkətin idarəetmə orqanının göstərişi ilə səsvermədə iştirak etmək səhmdarlar 
razılaşmasının predmeti ola bilməz. Çünki müqavilənin məqsədi tərəflərin öz 
maraqlarının razılaşdırmasından ibarətdir, bu maraqları idarəetmənin 
maraqlarına uyğunlaşdırmaq deyil
285

Səhmdar razılaşması yalnız onun tərəfləri üçün öhdəlik yaradır. Lakin 
tərəflərdən birinin razılaşmanın şərtlərini pozması şirkətə müəyyən formada 
təsir edə bilər. 
285
E. 
Scully, 
LK 
Shield, 
solicitors, 
Shareholders’ 
agreements 
– 

practical 
analysis. 
30.01.2003. 
http://www.accountingnet.ie/artman2/uploads/pub071_1_.pdf 


192 
Səhmdarlar razılaşması üzrə öhdəliklərin icrası üçün təminatlar müəyyən oluna 
bilər, müqavilədə öhdəliklərin icra edilmədiyi halda, mülki-hüquqi məsuliyyət 
də əks oluna bilər. Tərəflərin öz hüquqlarının müdafiəsi üçün aşağıdakı 
vasitələri qeyd etmək olar: 
-
müqavilənin pozulması ilə yaranmış zərərin ödənilməsi; 
-
cərimə (dəbbə pulu); 
-
müqavilədə qeyd olunan qaydada hesablanmış kompensasiyanın ödənilməsi 
və digər. 
Bu razılaşma vasitəsilə səhmdarlar öz maraqlarını əks etdirən effektiv mexanizm 
yaradaraq şirkətin optimal idarəetməsini təmin edə bilərlər. Səhmdarlar 
razılaşmasına aşağıdakı şərtləri daxil etmək mümkündür:
286
-
direktorlar şurasında yerlərin bölünməsi və təsir güclərinin (imkanlarının) 
balanslaşdırılması (direktorlar şurasının üzvlərinin sayı, namizədliyin irəli 
sürülməsi və seçilmə qaydaları, müəyyən səhmdarların maraqlarını təmsil 
edən direktorların seçilmə şərtləri, müstəqil üzvlərin seçilməsi və s.); 
-
Şirkətin səhmlərinin (paylarının) alğı-satqısı üçün müxtəlif məhdudiyyətlər 
(müəyyən müddətədək satmamaq şərti, digər səhmdarların razılığı ilə 
satmaq); müəyyən səhmdarın səhmlərin alınmasında üstünlük hüququ; 
səhmdara məxsus olan səhmlərin faiz nisbətini artırmaq məqsədilə digər 
iştirakçıların səhmləri almasına qadağa qoyulması; 
-
ümumi yığıncaq və direktorlar şurası qərarlarının qəbul edilməsi üçün 
xüsusi tələblərin müəyyən edilməsi (qərarların qəbul edilməsi üçün yüksək 
kvorumların müəyyən edilməsi);
-
idarəetmə orqanlarının üzvləri arasında yaranmış mübahisələrin və 
səsvermə proseslərində “çıxılmaz halların” (deadlock) halların həlli qaydaları; 
286
Səhmdarlar razılaşması institutunun Azərbaycanda tətbiqi məsələləri, A. Əlizadə, İFC – Korporativ İdarəetmə İcmalı, 
11-ci buraxılış, may-avqust 2008 


193 
-
ümumi yığıncaqlarda səsvermələrin razılaşdırılması (müəyyən edilmiş 
qaydada səsvermədə iştirak öhdəliyi və ya səsvermə şərtlərinin qabaqcadan 
razılaşdırılması öhdəliyi). 
Səhmdarlar müqaviləsi minoritar səhmdarlar üçün də maraqlı ələtdir. Bu 
razılaşmalar ilk növbədə şirkətin idarəetməsinə minoritar səhmdarların 
təsirinin artırılması üçün istifadə olunur. Həmçinin bu növ razılaşma ilə 
minoritarlar özlərini şirkətin idarəetmə orqanları və majoritarlar tərəfindən 
edilən sui-istifadələrdən qoruya bilərlər. Minoritar səhmdarlar birləşərək 
razılaşmada bir sıra şərtlər müəyyən edə bilərlər və bununla hüquqlarının 
icrası ilə bağlı razılaşmaların həyata keçirilməsinə əmin ola bilərlər. Məsələn; 
-
ümumi yığıncaqda müəyyən və ya bütün məsələlərdə razılaşma ilə 
müəyyən edilmiş qaydada səs vermək; 
-
səhmdar razılaşmasının digər iştirakçıları ilə öz səsvermə variantını 
razılaşdırmaq; 
-
tərəflərlə digər səhmdar hüquqlarının icrasını razılaşdırmaq; 
-
şirkətin orqanlarına irəli sürülən namizədləri razılaşdırmaq və s. 
Hazırkı qanunvericilikdə səhmdarlar razılaşmasının bağlanması nəzərdə 
tutulmayıb, ancaq qadağa da yoxdur. Bu institutun tənzimlənməməsi 
səbəbindən, bu müqaviləni bağlamaq istəyən şəxslər bir çox problemlərlə 
üzləşməli olurlar.
Səhmdarlar 
müqaviləsi 
bir 
çox 
hallarda 
səhmlərin 
alğı-satqısının 
məhdudaşdırılması və ya səhmlərin xüsusi qaydada geri alınması məsələlərini 
tənzimləyir. Bu müqavilə vasitəsilə “zəif” səhmdarın hüquqları müdafiə oluna 
bilər, məsələn, “güclü” səhmdar öz səhmləri satıldıqda, “zəif” səhmdar 
razılaşmanın şərtlərinə uyğun “güclü” səhmdarın satışına qoşularaq və öz 
səhmlərin də satılması haqqında şərti səhmdarlar razılaşmasına əlavə edə 


194 
bilərlər.
287
Beynəlxalq təcrübədə bu şərtlər “özünə çəkmək və qoşulmaq” 
hüquqları adlandırılır, ingiliscə “tag-along, drag-along rights”.
288
Müəyyən edilmiş qaydada səsvermə haqqında şərt səhmdarlar razılaşmasında 
geniş istifadə olunur. Bu şərtin mahiyyəti ondan ibarətdir ki, bir necə səhmdar 
ümumi yığıncaqda (müəyyən edilmiş) razılaşdırılmış qaydada səsvermə 
öhdəliyini üzərilərinə götürürlər. Lakin bu razılaşmanın pozulmasının nəticələri 
sual doğurur. Belə ki, qanunda razılaşmanın pozulması səbəbindən ümumi 
yığıncağın qərarının ləğv edilməsi nəzərdə tutulmayıb. Zərərin əvəzinin 
ödənilməsi üzrə iddia da problemi lazımi qaydada həll etmir. Dəymiş zərərlərin 
yaranmasının səbəblərini və ölçülərini, həmçinin müqavilənin şərtlərinə riayət 
edilməməsini və nəticədə yaranmış zərərlər arasındakı səbəbiyyət əlaqəsini 
sübut etmək çətin olacaq. Razılaşmada yüksək cərimənin müəyyən edilməsi 
problemi həll etmir, çünki Mülki Məcəllənin 467-ci maddəsi məhkəmələrə dəbbə 
pulunun (cərimənin) azaldılma hüququnu verir.
289
Fərz edilir ki, mübahisə yarandığı halda, məhkəmə səhmdarlar razılaşmasının 
qanunvericiliyə zidd olan şərtlərini etibarsız hesab edə bilər. Lakin hesab edirik 
ki, ilk növbədə şirkətin iştirakçısı kimi səhmdarın hüquqlarını (səhmdar-şirkət 
əlaqəli münasibətlər) və səhmlərin mülkiyyətçisi kimi (əmlak hüququ, öhdəlik 
hüququ münasibətləri) səlahiyyətlərini fərqləndirmək lazımdır. Belə ki, hüquqi 
şəxsin orqanlarının fəaliyyəti onun hüquqi vəziyyətinin (statusunun) 
elementidir, ancaq şirkətin iştirakçılarına məxsus olan səhmlər üzərində 
287
Д-р Ханс-Йоахим Шрамм. Правовой обзор соглашений акционеров. Университет г. Бремен. 2007 
288
Azərbaycanda bağlanan səhmdarlar müqaviləsi ilə əlaqəli yaranan problemlərdən qaçmaq məqsədi ilə bu 
müqavilələrdə xarici ölkələrin hüququ tətbiq edilən hüquq kimi müəyyən olunur. Adətən tərəflər bu müqavilələri 
İngiltərə, ABŞ, İsveçrə və oxşar hüquq sisteminə malik olan ofşor ölkələrin hüquqlarına uyğun bağlayırlar. 
289
Bu səbəbləri nəzərə alaraq, daha uğurlu alternativ bank zəmanəti yaradıla bilər. Bu halda ödəniş səbəbləri kimi 
razılaşmada müəyyən edilmiş öhdəliklərin pozulması haqqında sənədlərin təqdim edilməsi mümkündür. Bank 
zəmanətinin istifadə mümkünlüyü və stabilliyi onun müstəqilliyidir, yəni bank zəmanəti əsas öhdəliyin taleyindən asılı 
deyil.


195 
sərəncam hüququnu şirkətin (hüquqi şəxsin) statusu ilə əlaqələndirmək düzgün 
olmaz. Bu məsələyə müqavilə azadlığı prinsipi prizmasından yanaşmaq 
lazımdır.
Azərbaycan hüququnda səhmdar müqaviləsinin bağlanmasına heç bir qadağa 
yoxdur və şirkətlərdə səhmdarlar arasındakı bir çox münasibətlərin müxtəlif 
razılaşmalarla tənzimləndiyini nəzərə alsaq, belə bir qadağanın olması məntiqli 
sayılmaz. MM və şirkətin nizamnaməsinin səhmdarların hüquq və vəzifələrini 
nizamlayan alətlər olmasına baxmayaraq, onlar səhmdarların hüquq və 
vəzifələrini qanunla nizamlayan yeganə vasitə olmalı deyil. İstənilən şəxs ona 
məxsus olan mülki hüquqları öz iradəsinə və maraqlarına uyğun istifadə etmək 
imkanına malikdir. Subyektiv hüquqları razılaşma ilə müəyyən edilmiş formada 
istifadə etmək öhdəlikləri hüquqdan öz iradəsinə və maraqlarına uyğun istifadə 
etmənin nümunəsidir. 
Əlbəttə, qanunla müəyyən edilmiş hüquqlar səhmdar razılaşması ilə ləğv 
edilmir, tərəflər yalnız müqavilə azadlığı prinsipi və tərəflərin bərabərlik 
prinsipindən irəli gələrək öz hüquqlarını müəyyən şərtlərlə məhdudlaşdırırlar, 
hərəkətlərini razılaşdırırlar. Razılaşmanın pozulması nəticəsində şərtləri pozan 
şəxsə qarşı yalnız müqavilə hüquqi məsuliyyəti tətbiq edilə bilər.  
Məlumdur ki, səhmdarlar arasında münasibətlər və üçüncü şəxslərlə 
münasibətlər şirkətin nizamnaməsi ilə tənzimlənir. Lakin biznesin inkişafı 
nəticəsində münasibətlərin əlavə mexanizmlərlə tənzimlənməsinə ehtiyac 
yaranır və səhmdarlar müqaviləsi institutu bu tələblərə cavab verə bilən alət 
kimi çıxış edir. 
Beləliklə, səhmdar razılaşmalarına şirkətin sahibliyi və idarəetməsi ilə bağlı təsis 
sənədlərinə əlavə kimi də baxmaq olar. Səhmdar razılaşması korporativ 


196 
mübahisələrin həlli üçün çox münasib bir alətdir və beynəlxalq təcrübədə ondan 
geniş istifadə olunması onun uğurlu institut olduğunu təsdiqləyir.
290
Lakin artıq qeyd olunduğu kimi, Azərbaycanda nə qanunvericilikdə, nə də 
məhkəmə təcrübəsində bu müqavilələrin tətbiq edilməsi ilə bağlı məsələlər həll 
olunmadığından (hüquqi müəyyənlik olmadığından), bu institutdan istifadə 
zəifdir. Biznes və iqtisadiyyat inkişaf etdikcə iştirakçıların maraqlarına uyğun 
müxtəlif institutlardan istifadə artacaq, lakin yerli korporativ qanunvericilik bu 
tempə uyğunlaşmır və zəruri çevik reaksiya vermir.
Dinamik və inkişafa istiqamətlənmiş mühitdə mülki qanunvericilik (xüsusi ilə 
kommersiya qanunvericiliyi) hər şeyi təfsilatlı tənzimləyə bilməz. Müəyyən 
məsələləri mülki münasibətlərin 
iştirakçıları özləri həll etməlidirlər, 
razılaşdırmalıdırlar və şirkətlərini neçə idarə etməyi müəyyənləşdirməlidirlər. 
Belə olan halda qanunvericiliyin və məhkəmələrin rolu bu səhmdarlar 
razılaşmanın hüquqi əsaslarını möhkəmləndirməkdən, aşkar ziddiyyətləri həll 
etməkdən və yaranan qeyri-müəyyənlikləri aydınlaşdırmaqdan ibarət olmalıdır. 
Korporativ münasibətlərin tənzimlənməsində təklif olunan dəyişikliklər 
iştirakçıların korporativ hüquq sahəsində öz şəxsi hüquqi münasibətlərini 
tənzimləmələri üçün geniş hüquqi imkanlar yaradır. Əsasən, imperativ normalar 
əsasında qurulan yerli korporativ hüquq müqavilə azadlığı prinsipinin (daha 
dəqiq desək, "korporativ" müqavilə azadlığının) mərkəz nöqtəsi ola bilər. Başqa 
sözlə, korporativ münasibətləri tənzimləyən normalar yenidən baxılaraq, 
imperativ sahədən çıxarılaraq dispozitiv sahənin üstünlük təşkil etdiyi sahəyə 
aid edilməlidir. Qanun norması yalnız istiqamət verməlidir və əgər zəif tərəfin 
290
Shareholders’ Agreements. Muth & FitzGerald. 5th ed. Sweet & Maxwell 


197 
müdafiəsi üçün heç bir ciddi siyasi-hüquqi mülahizələr yoxdursa, istənilən 
norma "digər qaydalara" yol verməlidir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin