Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə71/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   67   68   69   70   71   72   73   74   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

bəraət qazandıra bilərmi?”.
Beləliklə, şirkətin adından çıxış etmək səlahiyyəti şirkətə və şirkətin 
nümayəndələrinə - “agentlərinə” (idarəetmə orqanlarına) məxsus olduğundan, 
Foss və digərləri bu işdə iddiaçı ola bilməmişlər. 
Əlbəttə, belə halda şirkətin menecmenti və majoritar səhmdarlar tərəfindən sui-
istifadələr və şirkətin maraqlarına zidd olan hərəkətlər ortaya çıxır. Minoritar 
səhmdarlar isə çıxılmaz vəziyyətdə qalırlar, çünki bir tərəfdən səhmdarlar və 
şirkət ayrı-ayrı hüquq subyektidirlər, digər tərəfdən isə şirkətin ümumi 
yığıncağının səlahiyyətlərinə aid məsələlər (məsələn, idarəetmə orqanının 
vəzifəsinin dayandırılması, zərərin əvəzinin ödənilməsi tələbi) "səs çoxluğu" 
prinsipi əsasında formalaşır. 
Təbii ki, pozuntuya və sui-istifadəyə yol vermiş şirkət rəhbərinin şirkətin 
adından özünə qarşı iddia qaldırmağını gözləmək sadəlövhlük olar.
Bu mövqe ilə razılaşmayan mütəxəssislər MM-in 49.3-cü maddəsinin son 
cümləsinə istinadən səhmdarların dəymiş zərərin əvəzinin ödənilməsini şirkətin 
rəhbərlərindən tələb etmək imkanına malik olduqlarını hesab edirlər. Lakin gəlin 
bir daha həmin cümləyə diqqət yetirək: MM-in 49.3-cü maddəsinin sonunda 
qeyd edilir: "Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, (yəni şirkətin rəhbəri)
270
 
vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin 
əvəzini ödəməlidir". Bu cümlədən irəli gələrək hesab edirik ki, səhmdarlar 
şirkətin rəhbərindən zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Lakin bu 
tələb məktub, şifahi müraciət, şirkət qarşısında piket və ya telekanallarda 
göstərilən şoular vasitəsilə irəli sürülə bilər, təəssüf ki, məhkəmə iddiası 
vasitəsilə deyil. 
270
mötərizə içindəki qeyd müəllifindir. 


181 
Əlbəttə, bu, öz həllini tapmalı idi və bir çox ölkələr tərəfindən tətbiq edilən 
derivativ iddia institutu vasitəsilə bu boşluq aradan qaldırılmışdır. Hüquqi 
şəxsin iradəsi onun orqanları vasitəsi ilə ifadə edilir. Şirkətin yanlış (qüsurlu) 
iradəsinin formalaşmasının səbəbi şirkətin vəzifəli şəxsinin düzgün olmayan 
(ziddiyyətli) hərəkətləri olarsa, şirkətin ali idarəetmə orqanı şirkətin vəzifəli 
şəxsinin səlahiyyətlərinə xitam verə və ya suçlu şəxsə qarşı iddia qaldırmağı 
şirkətin icra orqanından tələb edə bilər. 
ABŞ-ın İllinoys ştatının yüksək məhkəməsi Brown v. Tenney
271
işində qeyd 
etmişdir ki, majoritar və nəzarət imkanına malik olan səhmdarlar adətən şirkətin 
öz adından vəzifəli şəxsə qarşı iddia qaldırmağa razı sala bilərlər.
272
Bunun baş 
verməməsi şirkətin ali orqanının iradəsinin formalaşmasında qüsurun olması 
anlamına gəlir. Məsələn, səhmdar şirkətin vəzifəli şəxsi kimi zərər vurduqda və 
ya vəzifəli şəxs tərəfindən şirkətə vurulan zərər majoritar səhmdar üçün 
əlverişlidirsə və ona hər hansı xeyir verirsə. 
Belə hallarda şirkətin prosessual nümayəndəlik səlahiyyətləri ilə minoritar 
səhmdarları səlahiyyətləndirmək vacib və məqsədəuyğundur. 
Bu zaman minoritar səhmdarlar majoritar səhmdarların müqavimətinə qarşı 
müvafiq iddia ilə müraciət edə bilərlər. Səhmdara şirkətin adından çıxış etmək 
imkanını verən iddia "derivativ iddia", "səhmdarların derivativ iddiası" kimi 
adlanmağa başladı.
Əvvəl derivativ iddia ingilis-amerika presedent hüququ ilə qəbul olunmuş, 
sonradan isə qanunvericiliyə əlavə edilmişdir. Beləliklə, derivativ iddia 
səhmdarlara dolayı (törəmə) yolla
273
şirkət adından iddia qaldırmaq imkanını 
vermiş olur.
274
Derivativ iddia səhmdara məhkəməyə çıxaraq korporasiyaya 
271
125 Ill.2d 348, 532 N.E.2d 230, 233 (1988)
272
Chander A. Minorities, Shareholders and Otherwise, Yale L. J. Vol 113, October 2003 
273
Derivative sözü - törəmə, dolayı kimi anlamları verir 
274
Swanson C. Juggling shareholder Riglits Strike Suit in Derivative Litigation: The ALI Drops the Ball MINN.L.Rev 1993 


182 
qarşı törədilən pozuntulara görə korporasiyanın adından məhkəməyə çıxmaq 
hüququnu verir.
275
Qeyd etdiyimiz kimi, səhmdarlar derivativ iddiada şirkətin 
adından şirkətin (direktorlarına) rəhbərlərini məhkəməyə verir.
276
ABŞ Ali Məhkəməsinin Koster v. Lumbermens Mut. Cos.Co işində qeyd edildiyi 
kimi, səhmdar tərəfindən qaldırılan derivativ iddia onun öz iddiası deyil, 
korporasiyanın iddiasıdır. Məhz korporasiya işin həqiqi tərəfi hesab edilir, 
səhmdara isə onun maraqlarını qorumaq məqsədi ilə hərəkət etmək imkanı 
verilib.
277
Derivativ iddia təmin olunduqda birbaşa fayda qazanan yalnız şirkət özü olur. 
Səhmdarın faydasını bu halda törəmə hesab etmək olar, çünki səhmdarın özü 
birbaşa heç nə əldə etmir. Hesab edirik ki, derivativ iddia təmin olunduqda 
səhmdar yalnız məhkəmə xərclərinin ödənilməsi ilə təmin edilə bilər. 
Səhmdarlar öz maraqlarını müdafiə etdikləri halda isə, onların iddiaları 
derivativ hesab edilmir, məsələn, dividendin ödənilməsi, şəxsən səhmdara 
dəymiş zərərin ödənilməsi və s. 
Derivativ iddia institutu kontinental hüquq sistemli bir çox ölkələrin 
qanunvericiliyinə daxil edilib. Avropada bu institut kontinental hüququn aparıcı 
ölkələri olan Almaniya və Fransa qanunvericiliyinə əlavə olunub. Şərqdə 
Yaponiya, Çin, Cənub Koreyanın qanunvericiliyinə əlavə edilib. MDB-də bu 
institut Rusiya qanunvericiliyində əks olunub, Ukrayna və Qazaxıstanda tətbiq 
edilməsi istiqamətində işlər görülür. Müxtəlif fərqli hüquq sistemlərinə aid 
olmalarına baxmayaraq, ayrı-ayrı ölkələrdə derivativ iddia institutu qəbul edilib. 
275
Frank A. Can Shareholders Sue for Harm to their Company? After 160 years, Foss v Horbottle Still Rules 
276
Syker J. Gregorel Shareholder Action in England Wales: New Rules But Little Action 
277
Koster v. Lumbermens Mut. Cos. Co., 330 4.S.518 (1947)


183 
Azərbaycanın hazırkı qanunvericiliyində derivativ iddia institutu nəzərdə 
tutulmayıb. Lakin hesab edirik ki, biznes mühitinin inkişafı və ölkənin 
investisiya cazibəliliyini artırmaq üçün korporativ qanunvericiliyin islahatı 
çərçivəsində bu institutun daxil edilməsinə ehtiyac var. 
Derivativ iddialar institutunun işlək olması, eyni zamanda vicdansız səhmdarlar 
tərəfindən sui-istifadə alətinə çevrilməməsi üçün aşağıdakıları nəzərə almaq 
lazımdır: 
1.
Derivativ iddianın predmetini müəyyən etmək lazımdır. Hesab edirik ki, 
derivativ iddianın tələbləri (a) şirkətin vəzifəli şəxsi tərəfindən şirkətə 
vurulmuş zərərin əvəzinin şirkətə ödənilməsi, (b) fidusiar öhdəliklərin 
pozulması, (c) aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydalarına zidd 
olaraq imzalanmış əqdlərin etibarsızlığı kimi məsələlər ola bilər. 
Səhmdarların (iştirakçıların) bu tələblərlə şirkət adından məhkəməyə 
müraciət etmək hüququnu qanunvericiliyə əlavə edilməsi məqsədəuyğun 
olar. 
2.
Derivativ iddialardan sui-istifadənin qarşısını almaq üçün bu hüququ 
səhmlərin (payın) müəyyən faizinə sahib olan şəxslərə təqdim etmək olar. 
Yəni şəxs şirkətin səhmlərinin müəyyən (minimum) faizinə malikdirsə, o, 
derivativ iddia qaldıra bilər. Müxtəlif ölkələrdə bu minimum fərqlidir. 
Məsələn, ABŞ, İngiltərə, Yaponiya və Fransada derivativ iddia üçün heç bir 
minimum tələb edilmir. Almaniyada isə minimum 1%-dir.
278
Gördüyünüz kimi, əksər inkişaf etmiş ölkələrdə derivativ iddia qaldırmaq 
üçün səhmdarın çox böyük səhm faizinə sahib olması tələb olunmur. Bu, ilk 
növbədə, həmin yurisdiksiyalarda minoritar səhmdarların müdafiəsi üçün 
zəruri şəraitin mövcudluğunun göstəricisidir. Bununla yanaşı, derivativ 
278
Celber. Why do shareholders derivative suit remain rare in Continetal Europe. Brooklyn J.Int.L. vol. 37, 2012
 
 


184 
iddianın qaldırılması həmin iddianın və tələblərin sübut edilməsi vəzifəsini 
özündə ehtiva edir. Sübut edə bilməyən səhmdar isə hüquqi xidmət və 
məhkəmə xərclərini özü daşımalı olacaq. 
Azərbaycanda səhmlərin və payların bazarda sürətli dövriyyəsinin 
olmadığını nəzərə alsaq, derivativ iddialar üçün hər hansı bir səhm faizinə 
sahib olmaq tələbini hazırkı mühitdə və yaxın müddət ərzində 
məqsədəuyğun hesab etmirik. 
3.
Hesab edirik ki, derivativ iddialar üzrə mübahisələr daxil olmaqla, əksər 
korporativ 
mübahisələr 
iqtisadi-inzibati 
məhkəmələrin 
aidiyyətinə 
verilməlidir. 
4.
Bir səhmdar tərəfindən derivativ iddia qaldırıldığı halda, digər səhmdarların 
bu haqda məlumatlandırılması qaydalarını müəyyən etmək zəruridir. 
Həmçinin digər səhmdarların da maraqlı şəxs və şirkətin prosessual 
nümayəndəsi kimi məhkəmə işində iştirakını təmin etmək zəruridir. Əks 
halda, vicdansız menecer (bir səhmdarla əlbir olaraq) məhkəmədən iddiaya 
xitam cavab almaq üçün süni derivativ iddia qaldıra bilər. Sonra maraqlı 
səhmdarlar tərəfindən eyni (məsələyə) mübahisəyə və predmetə aid iddia 
qaldırmaq imkanı minimuma enəcək. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin