Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Fəsil VII. Şirkətlərdə məsuliyyətin hüquqi tənzimlənməsi



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə79/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   75   76   77   78   79   80   81   82   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Fəsil VII. Şirkətlərdə məsuliyyətin hüquqi tənzimlənməsi 
Korporativ hüquqi-münasibətlər məsuliyyət problemi ilə sıx əlaqəlidir. Bu 
şirkətlərin ayrılmaz əlamətləri – səhmdarların (iştirakçıların) məhdud 
məsuliyyəti ilə şərtləndirilib. Məhdud məsuliyyət prinsipi korporativ hüququn 
ən vacib elementlərindən biri hesab olunur. Məhz səhmdarların (iştirakçıların) 
şirkətin borclarına görə məsuliyyət daşımaması ölkələrin iqtisadiyyatına önəmli 
təkan verdi, kapitalların birləşməsi böyük vəsaitlərin bir yerə yığılmasına imkan 
verdi. Lakin uğurlu təsirlə yanaşı, bu, şirkətlərdə irimiqyaslı sui-istifadə 
hallarına yol açmış oldu.
Əsasən, sıravi səhmdarların vəsaitlərinin itirilməsi ilə müşahidə olunan çoxsaylı 
iflaslardan sonra ABŞ və Avropa ölkələrində hüquqi şəxslərin yaradılması 
qaydaları mürəkkəbləşdirildi və şirkətlərin səhmdarlarının məsuliyyəti 
məsələsini əhatə edən müxtəlif hüquqi konsepsiyalar yarandı.
XX əsrdə səhmdarların şirkətin cari fəaliyyətindən kənarlaşdırılması 
tendensiyası ön plana keçdi. Şirkətlərə onun səhmlərinə (payına) sahib olmayan 
peşəkar menecerlər rəhbərlik etməyə başladılar. Sözsüz, belə olan halda, 
korporativ münasibətlərin iştirakçıları arasında konfliktlər və fikir ayrılığı, 
həmçinin şirkətin muzdlu menecerləri tərəfindən sui-istifadə halları ortaya çıxdı. 
Belə hallar məsuliyyət institutunun inkişafına təkan verdi, ancaq əvvəlki 
dövrlərdən fərqli olaraq, diqqət şirkətin idarəetmə orqanının tərkibinə daxil olan 
və onun mülkiyyətinə sərəncam vermək səlahiyyəti olan şəxslərin məsuliyyətinə 
306
MPM, 157 və 158-ci maddələrdə nəzərdə tutulmuş şərtlər olduğu halda


207 
yönəldi. ABŞ-ın hüquq sistemi şirkətin rəhbər orqanlarının fəaliyyətinin 
tənzimlənməsində ən irəlidə gedənlərdən oldu.
Korporativ hüquq münasibətlərinin inkişafında məsuliyyət institutunun 
əhəmiyyətli rola malik olmasını nəzərə alaraq, həmin institutun əsas 
xüsusiyyətlərini də yadda saxlamaq vacibdir. İlk xüsusiyyət ondan ibarətdir ki, 
şirkətlərdə məsuliyyətə korporativ hüquqi münasibətlərin iştirakçıları cəlb 
olunurlar. Məsuliyyət korporativ hüquqi münasibətlərlə sıx əlaqəlidir və 
şirkətdəki korporativ hüquqi münasibətlərin iştirakçılarının vəzifələrinin yerinə 
yetirilməsini təmin edir. Digər xüsusiyyət odur ki, şirkətlərdə məsuliyyət 
hüququn müxtəlif sahələrinin normaları ilə müəyyən olunur.
Korporativ hüquq münasibətlərinin mürəkkəbliyi səbəbindən iştirakçıların 
fəaliyyətinin hüququn müxtəlif sahələrinin normaları ilə tənzimlənməsi zərurəti 
yaranmışdır. Beləliklə, korporativ münasibətlərin iştirakçılarının məsuliyyətini 
yalnız hüququn müəyyən sahəsinin normaları ilə müəyyən etmək mümkün 
deyil. Xüsusən aşağıdakı sahələrin normalarını qeyd etmək mümkündür: 
- Mülki-hüquqi (məsələn, hərəkət (hərəkətsizlik) nəticəsində şirkətə 
dəymiş ziyana görə idarəetmə orqanlarının üzvlərinin məsuliyyətini 
müəyyən edən müddəalar); 
- Cinayət-hüquqi (məsələn, emitent haqqında informasiyaları, onun 
maliyyə-təsərrüfat fəaliyyəti və qiymətli kağızlar haqqında məlumatları 
verməkdən qəsdən boyun qaçırmağa görə və ya investorlara bilərək yalan 
və qeyri-dəqiq məlumatların verilməsinə görə məsuliyyət müəyyən edən 
normalar); 
- intizam (əmək) və inzibati-hüquqi məsuliyyət. 
Müxtəlif hallarda korporativ hüquqi münasibətlərin iştirakçıları hüququn bir 
neçə sahəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olan hərəkətlər edə bilərlər. 
Bu zaman şəxsin hüquqi məsuliyyətin bir növünə cəlb edilməsi ona hüququn 


208 
başqa sahələri ilə nəzərdə tutulmuş tədbirlərin tətbiqini istisna etmir. Publik 
hüququn normaları eyni hərəkətə görə mülki-hüquqi (əmlak) məsuliyyətin 
tətbiqini istisna etmir, çünki sonuncu (hüququn) bərpaedici funksiyasını həyata 
keçirir, birinci isə cəzalandırma xüsusiyyətinə malikdir. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin