Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə80/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   76   77   78   79   80   81   82   83   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Şirkətin məsuliyyəti 
Hazırkı qanunvericilik korporativ hüquq münasibətlərinin vacib iştirakçısı olan 
şirkətin özünün məsuliyyətinə müəyyən diqqət yetirir. Qanunvericilikdə şirkətin 
ona məxsus olan bütün əmlakla öz öhdəliklərinə görə məsuliyyət daşıması 
prinsipi müəyyən edilmişdir.
307
Bundan əlavə, müəyyən edilmişdir ki, MMC öz 
iştirakçılarının borclarına görə cavabdeh deyil.
308
SC-yə aid normada qeyd edilir 
ki, səhmdarlar şirkətin öhdəliklərinə görə məsuliyyət daşımırlar və yalnız onlara 
məxsus səhmlərin dəyəri hüdudunda zərər riski daşıyırlar.
309
Belə yanaşma 
mülki-hüquqi məsuliyyətin ümumi prinsiplərindən irəli gəlir – mülki-hüquqi 
münasibətlərin hər bir subyekti öz öhdəliklərinə görə müstəqil məsuliyyət 
daşıyır. Şirkətin onun səhmdarlarının (iştirakçılarının) öhdəliklərindən müstəqil 
olduğunu nəzərdə tutan ümumi prinsipdən bir istisna mövcuddur ki, o da 
şirkətin fəaliyyətinin xüsusi dövrü - onun təsis edilməsi - ilə bağlıdır.
Hüquqi şəxs haqqında müvafiq məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə 
daxil edildikdən sonra yaradılmış hesab edilir. Lakin onun bilavasitə 
yaranmasına qədər şirkətin təsisçiləri bu proseslə əlaqədar müəyyən hərəkətlər 
edə bilərlər. Məsələn, yaradılacaq şirkət tərəfindən müəyyən xidmətlərin 
göstərilməsi, işlərin yerinə yetirilməsi və s. Bununla əlaqədar, qanunvericilikdə 
307
MM-nin 43.1-ci maddəsi 
308
MM-nin 87.1-ci maddəsi
309
MM-nin 98.4-cü maddəsi 


209 
təsisçilərin şirkətin dövlət qeydiyyatına qədər yaranan öhdəlikləri üzrə 
məsuliyyəti müəyyən edilib.
310
Lakin bununla yanaşı, hüquqi şəxsin yaradılması ilə bağlı təsisçilərin öhdəlikləri 
üzrə məsuliyyətin məhz həmin şirkətin üzərinə qoyulması da mümkünlüyü 
yaranmış olur. Məsuliyyətin şirkətin üzərinə keçirilməsi səhmdarların 
(iştirakçıların) ümumi yığıncağının qərarı ilə və kreditorun razılığı ilə 
mümkündür.
311
Beləliklə, MM-in 46-cı maddəsinə
312
əsasən hüquqi şəxsin təsisçiləri onun 
yaranması və dövlət qeydiyyatına qədər yaranan öhdəliklər üzrə birgə 
məsuliyyət daşıyırlar. Hesab edirik ki, bununla bağlı müəyyən amillərə xüsusi 
diqqət ayırmaq lazımdır. İlk növbədə, təsisçilərin öhdəlikləri şirkətin yaranması 
ilə bağlıdır. İkincisi, bu öhdəliklər zamanına görə şirkətin dövlət qeydiyyatından 
əvvəl, yəni şirkətin hüquqi şəxs statusunu əldə etməsindən əvvəl yaranıb. Hesab 
edirik ki, qanunvericilik məhz şirkətin yaradılması haqqında (qərarın qəbul 
edilməsi) təsis müqavilənin bağlanması anından şirkətin dövlət qeydiyyatı 
anınadək olan təsisçilərin məsuliyyətini birgə məsuliyyət hesab edir. 
Qanunvericiliyə əsasən birgə məsuliyyət, öhdəliyin və ya tələbin birgəliyini 
nəzərdə tutan müqavilə və ya qanunla müəyyən edildiyi zaman yaranır.
313
Öz 
mahiyyətinə görə borcluların birgə öhdəliyi (birgə məsuliyyət) “hamı bir nəfər 
üçün” prinsipi əsasında qurulur. MM-in 501-ci maddəsinə uyğun olaraq, 
kreditor birgə məsuliyyətin icra edilməsini bütün borclulardan birgə və ya ayrı-
ayrı tələb etmək hüququna malikdir. Kreditorun öz tələbini və tələbinin 
miqdarını (yəni tam və ya müəyyən hissəsini) iradəsindən asılı olaraq, birgə 
(solidar) borcluların birinə də yönəldə bilər. Birgə öhdəliyə görə hər bir borclu 
310
MM-nin 87.7 və 98.14-cü maddələri 
311
MM-nin 552-ci maddəsi 
312
Oxşar norma ayrıca olaraq MMC və SC-yə aid maddələrə də daxil edilib. 
313
MM-nin 500-cü maddəsi 


210 
onu bütövlükdə yerinə yetirmək məsuliyyətindədir. Lakin əgər kreditorun tələb 
irəli sürdüyü borclu hansısa səbəblərə görə (məsələn, borclunun müflisliyinə 
görə) bu tələbləri tam yerinə yetirmək vəziyyətində deyilsə, kreditor həmin 
tələbi (qalan hissəsini) istənilən digər borcluya və ya hamısına birgə yönəldə 
bilər. Birgə borclular öhdəliyin tam ödənilməsinə qədər borclu qalırlar.
Borclu kreditorun tələbinə qarşı həmin borclunun iştirak etmədiyi digər 
borclular ilə kreditor arasındakı münasibətlərə əsaslanmış (etiraz) tələb irəli sürə 
bilməz.
314
Məsələn, birgə borclulardan birinin kreditora qarşı tələbi olduğu halda, 
onun kreditorun tələbi ilə əvəzlənməsi öhdəliyin xitamına səbəb ola bilər. Lakin 
əgər kreditorun tələbi digər borcluya yönəldilibsə, borclu həmin qarşılıqlı tələbin 
əvəzlənməsi imkanından istifadə edə bilməz.
Bununla yanaşı, birgə öhdəliyin tam şəkildə bir borclu tərəfindən ödənilməsi 
digər borcluları həmin tələbin icrasından azad edir.
315
Bu zaman əgər birgə 
borclular arasındakı münasibətlərin mahiyyətində və ya müqavilədə ayrı qayda 
müəyyənləşdirilməyibsə, birgə öhdəliyi icra etmiş borclu qalan borclular 
barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress 
qaydasında tələb hüququna malik olur.
316

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin