179
(iştirakçıların) səs sayı
yetərincə olmaya bilər, həmçinin menecment müəyyən
hərəkətləri majoritar səhmdarların dəstəyi ilə edə bilər.
Şirkət menecmenti öz fidusiar öhdəliklərini pozaraq şirkətə zərər vurduğu halda,
səhmdarların məhkəmə müdafiəsinə malik olmaları təbii və məntiqli görünür.
268
Lakin burada müəyyən kolliziya yaranır. Zərər kimə dəyib?
Menecment kimin
adından çıxış edir? Menecment kimə qarşı müəyyən öhdəliklər daşıyır? İddiaçı
kim olmalıdır?
Oxşar suallar 1843-cü ildə
Foss v. Horbottle
269
işində ingilis məhkəməsinin
qarşısına çıxmışdı. Bu işdə "
The Victoria Park Company" şirkətinin səhmdarları
Foss və digərləri şirkətin direktorlarını şirkətə zərər vurduqları üçün
məhkəməyə vermişdilər. İddialarını onunla əsaslandırmışdılar ki, direktorlar
şirkət üçün torpaq sahələrini çox baha qiymətə alaraq şirkətə ziyan vurublar.
Foss iddianı öz adından verərək şirkətə dəymiş zərərin əvəzinin ödənilməsi tələb
edirdi. İddia təmin edilmədi və hakim Viqram (
Wigram) qərarını belə
əsaslandırdı: “
"The Victoria Park Company” korporasiyadır və cavabdehlərə qarşı
iddianın predmeti iddiaçılara birbaşa dəyən zərər deyil. Bu zərər korporasiyanın
maraqları naminə səlahiyyətlərini icra etməli olan şəxslər tərəfindən korporasiyaya
vurulub. İddia korporasiyanın adından verilmək əvəzinə, korporasiyanın müəyyən
səhmdarları tərəfindən verilib. Bununla da iddiaçılar (səhmdarlar) korporasiyanın
adından çıxış etmək, onu təmsil etmək və onun adından iddia vermək səlahiyyətini
mənimsəmiş olublar. Korporasiyanın istənilən səhmdarı tərəfindən korporasiya adından
məhkəmədə çıxış etmək (təmsil etmək) hüququnun mənimsənilməsinin təbii olması
haqqında arqumentlər əsaslandırılmadı. Qanuna görə korporasiya və onun səhmdarları
bu məqsədlər üçün eyni şəxs hesab edilmirlər. Yeganə sual odur ki, şirkətin....adından
268
Lakin ABŞ-ın ünlü hüquqşünası, ABŞ Ali Məhkəməsinin hakimi O. Holmsun (
Justice O.W. Holmes Jr.) söylədiyi kimi,
“qanun məntiq deyil, qanun təcrübədir”
269
(1843) 67 ER 189