Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə268/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   264   265   266   267   268   269   270   271   ...   516
 

Şakir Musayev  

 

266



prosessual hərəkətlərdə  iştirak təcrübəsi və ya mütəxəssisin işlədiyi 

müəssisədə ekspertiza prosesinin təşkili prinsipləri və başqa amillər 

öz təsirini mütləq göstərməlidir. Ekspertin şəxsi mövqeyini 

bildirməsi, müsbət  haldır – çünki, onun işinin yaradıcılıq mənbəyi 

vardır. Norbert Vinerin məhkəmə  təbabəti elminə yaxın olan bir 

kəlamını başqa cür ifadə etdikdə demək olur ki, «qiymətləndirici 

təfəkkür mütəxəssis işinə  təşrih ruhu gətirir. Bunun olmaması isə 

mərhum üzərində mərasim ağlamağı atmosferi yaradır ». 

Cinayət-prosessual qanunvericilik  ekspertdən konkret faktlara 

əsaslanmayan öz şəxsi qiymətverici fikirlərini məhdudlaşdırmağı 

tələb edir. İstintaq eksperimenti nəticələrinin iş üzrə sübutların 

ümumi sxeminə daxil edilməsi üçün onlara ciddi obyektiv və məntiqi 

yoxlanılmış qiymət verməyi tələb edir. Bu cür qiymətləndirmə 

aşağıdakı sualların həllini vacib sayır: 

• 

istintaq eksperimenti (ifadələrin yoxlanılması) qarşıya 



qoyulmuş məqsədə çatmaq üçün adekvat vasitədirmi; 

• 

istintaq hərəkəti keçirilərkən mütləq prosessual tələblər 



yerinə yetirilmişdirmi; 

• 

əldə edilmiş  məlumatlar nə  dərəcədə doğrudur (ilkin 



məlumatlar, müqayisə meyarları düzgün seçilmişdirmi, 

təcrübələrin keçirilməsində  zəruri taktiki şərtlərə  əməl  

olunmuşdurmu, alınmış  məlumatlar nə  dərəcədə davamlıdır, 

eksperiment nəticələrinin  şərhində  rəsmi-məntiqi vasitələrdən 

düzgün istifadə olunmuşdurmu); 

• 

istintaq hərəkətinin faktiki nəticələri işin digər materiallarına 



uyğundurmu və  istintaq olunan hadisəyə aid edilə bilərmi. 

Mütəxəssis işində  əsas sadalanan sonuncu bəndlər yəni, təcrübə 

nəticələrinin düzgünlüyünün müəyyən edilməsi və onların digər 

ekspert materialları ilə tutuşdurulması istintaq eksperimenti 

nəticələrinin qiymətləndirilməsində müstəntiqin (məhkəmənin) 

müstəsna hüququdur. Bu vəzifələri nəzərə alaraq istintaq 

eksperimentinin müxtəlif növlərini iki qrupa bölmək olar: birinci - 

artıq məlum olan məlumatların, müstəntiq versiyalarının (mütəxəssis 

ehtimallarının) yoxlanılması üçün keçirilən hərəkətlər; ikincisi - 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin