Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə272/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   268   269   270   271   272   273   274   275   ...   516
 

Şakir Musayev  

 

270



qiymətləndirilməsi çətinləşir. Belə ki, insanın həqiqi bacarıqları 

haqda təhqiqata məlumat verməmək istəyi kimi subyektiv amili 

istisna etmək olmaz.    

Beləliklə, hər hansı bir halların yoxlanılması üçün keçirilən 

istintaq eksperimenti nəticələrinin qiymətləndirilməsində ekspertin 

vəzifəsi aşağıdakıları müəyyən etməkdən ibarətdir: təcrübələrin 

qoyulma şərtlərini düzgün, onların nəticələrini doğru saymaq olarmı, 

əldə edilmiş  nəticələrin işin digər materiallarındakı  məlumatlarla 

(məsələn, ekspertiza rəyləri) nə  dərəcədə uyğun olub-olmamasını, 

həmin nəticələrin  əvvəllər ekspertiza ilə düzgün müəyyən edilmiş 

digər faktlarla müvafiqliyi və ziddiyyətliliyini, istintaq edilən 

hadisənin həqiqətdə eksperimentdə müəyyən edildiyi kimi baş 

verməsinin nə dərəcədə ehtimallığını. 

Qiymət vermənin mühüm elementi cinayət hadisəsinin şəraiti və 

nəticəsi ilə istintaq hərəkətinin  şərait və  nəticələrinin oxşarlıq 

dərəcəsi və ya fərqlənmə  əhəmiyyəti haqda məsələsinin həllidir. 

Eksperimentin (ifadələrin yoxlanılmasının) düzgün planlaşdırılması 

və təşkilində, bir qayda olaraq, bu məsələni həll etmək mümkün olur. 

Nəticələrlə isə  çətinlik yaranır. Bəzən elə hallara rast gəlinir ki, 

müqayisə edilən vəziyyətlərin minimal fərqi (məsələn, zərərəçəkənin 

bədənindəki  əsil yara kanalının istiqaməti ilə güman edilən 

eksperimental yaranın istiqaməti arasında 20-30 dərəcə hüdudunda 

olan fərq) verilmiş  şəraitdə  xəsarətlərin yetirilməsinin qeyri 

mümkünlüyünün sübutu kimi birmənalı  və  qəti  şərh olunur. 

Müstəntiq və ekspert bəzən bu fərqlərin nə qədər əhəmiyyətli olduğu 

barədə heç düşünmürlər. Çox hallarda istintaq eksperimenti 

nəticələrini qiymətləndirmək üçün,  ehtimal nəzəriyyəsinin riyazi 

aparatından istifadə etmək olmaz. Belə qeyri-müəyyən hallarda 

təcrübələri təkrarlamaq, onların keçirilmə  şərtlərini dəyişmək, 

minimal yol verilən şəraitlərdə hadisəni yenidən qurmağa cəhd etmək 

lazımdır. Müstəntiqlə razılaşdırıldıqdan sonra eksperiment 

iştirakçılarının diqqətini onların ifadələrinin məhkəmə-tibb ekspertiza 

məlumatları ilə ziddiyyət təşkil etməsi və ya hissəvi uyğunsuzluğuna 

yönəltmək və onlara bu ziddiyyətləri özlərinin izah etmələrini təklif 

etmək lazımdır. Bəzən mütəxəssislərin şəxsi, peşəkarlıq təcrübəsinə, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin