ŞƏXSLƏRARASI DAVRANIŞ
NECƏ TƏƏSSÜRAT OYADIRSINIZ?
ÜNSİYYƏTİN 4 NÖVÜ
Güclü təzyiq
göstərən həmsöhbətlər həddən artıq aqressiv və sərt olurlar. Arqumenti qazana
biləcəklərini hiss etsələr də, empatiya qurmadan yaratdıqları obraz ilə özlərini məğlubiyyətə aparır,
insanları uzaqlaşdırırlar. Güclü təzyiq göstərən arxetipik insan hər kəsin yaxşı tanıdığı "ikinci əl"
avtomobil satıcısı obrazını yaradır.
"İstəyirsiniz razılaşın, istəyirsiniz razılaşmayın"
deyən həmsöhbətləri nə qarşı tərəfin, nə də
özlərinin düşündükləri (təəccüblü olsa da) maraqlandırır. Bütöv prosesə marağın göstərilməməsi
hər şeyin puça çıxması ilə nəticələnir. Arxetipik "istəyirsən qəbul et, istəyirsən etmə" tipi hamımıza
yaxşı tanış olan laqeyd müştəri xidməti əməkdaşını xatırladır.
Zəif
həmsöhbətlər – barələrində etinasızlıqla "niyyətləri yaxşıdır" deyilən insanlardır. Elədir ki, var:
qarşı tərəfə qarşı həsasslıq göstərir, əsasən, xeyirxah təsir bağışlayırlar, lakin dinləyənin tərəfini o
dərəcədə tuturlar ki, inandırıcılıq yox olur və onlar öhdəliklərini yerinə yetirə bilmirlər.
Dostları ilə paylaş: