Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   45
 
 
 
 


59 
 
AORTANIN A TİPLİ ( I və II TİP )  
LAYLANAN ANEVRİZMASI 
 
 
 
Aorta  qövsünün  kəskin  laylanan  anevrizmasının  müalicəsi 
çətin həll olunan məsələdir.Hal-hazırda belə təsəvvür formalaşmışdır 
ki,aorta  qövsünün  istənilən  laylanmasının  vəziyyətini  qan  dövranın 
hipotermik  dayandırılması  zamanı  qiymətləndirmək  lazımdır.  Cırıl-
manın  olmadığı  hallarda,  aorta  qövsü  və  qalxan  aortanın  birləşdiyi 
yerdə  aorta  divarına  birləşdirilmiş  layla  birgə  transplantatın  açıq 
distal  anostomozunun  yaradılması  kimi  faktiki  yanaşma  düzgün 
sayılır.  Kəskin  laylanan  anevrizmalı  xəstələrin  30%  -  də  intimanın 
aralanması baş verir.  
Distal  istiqamətə  yayılan  laylanan  və  laylanmayan  anevrizmalar 
zamanı, Bors və həmkarları tərəfindən təsvir edilmiş cərrahi üsullardan 
biri olan “fil xortumu” prinsipi üzrə transplantasiya əməliyyatı aparılır. 
Ümumiyyətlə,qəbul edilmiş enən aorta və transplantatın sonu arasındakı 
anastomoz  əvəzinə,  əksinə,bu  zaman  transplantat  sərbəst  surətdə  aorta 
mənfəzinə  nüfuz  edir  –  “üzür”.  Sonradan  aparılan  müdaxilə  zamanı  – 
“fil  xortumunun”  kəsilməsi  transplantat  birbaşa  cərrahi  olaraq  enən 
aortanın  distal  hissəsi  ilə  birləşdirilir  yaxud  digər  borulu  protezin 


60 
 
köməkliyi  ilə  uzadılır.  Bundan  başqa  onun  mənfəzinə  damar  daxilinə 
əvvəlcədən  sifarişlə  hazırlanan  stent-qraft  yerləşdirmək  olar.Sonradan 
aortanın  distal  şöbəsinin  ehtiyac  duyulan  səviyyəsi  ilə  anastomozla 
birləşdirirlər.  
Beləliklə, A tipli (I və II tiplər) kəskin laylanan anevrizmalar za-
manı  ləngimədən  cərrahi  müdaxilə  göstərişdir.  Bu,  aortanın  cırılma-
sının, ürək tamponadasının  və ölümün qarşısının alınmasına,  həmçinin 
baş verən aorta qapaq çatışmazlığının zəiflədilməsinə yönəldilmişdir.  

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin