Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Kimya  sənaye  əhəmiyyətli  resursların  istifa-



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə22/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   89
DƏRSLİK

Kimya  sənaye  əhəmiyyətli  resursların  istifa-
dəsi.  Kimya  sənayesi  çox  funksional  sturuktura 
malikdir. Başqa sənaye sahələri ilə müqayisədə  Elmi 
Texniki  Tərəqqinin  nailiyyətlərindən  səmərəli  isti-
fadə  dünyanın  inkişaf  etmiş  ölkələrində  bu  sahənin 
sürətlə  inkişafına  təsir  göstərmişdir.  Kimya  səna-
yesində istər əhalinin lazımı təsərrüfat mallarına olan 
tələbatını  təmin  etmək,  istərsə  də  xalq  təsərrüfatının 
digər  sahələrinin  kimya  sənaye  məhsullarına  olan 
tələbatını təmin etmək üçün məhsullar istehsalını hə-
yata  keçirir.  Kimya  sənaye  əhəmiyyətli  resursların 
dünyanın  bir  çox  ölkələrində  yayılmasına  baxma-


77 
 
yaraq,  bu  sahənin  ilkin  inkişafı  Avropa  regionunda 
başlamış,  sonrakı  inkişaf  mərhələsində  dünyanın  bir 
çox  ölkələrində  surətlə  inkişaf  tapmışdır.  Hazırda 
dünya iqtisadiyyatının dayanıqlı inkişafında prioritet 
sahələrdəndir. 
Kimya sənayesi ETT-nin nailiyyətləri sayəsin-
də  təbiətdə  mövcud  olan  əsas  resurslar,  neft,  təbii 
qaz, kokslaşan kömür, yod, brom,  mineral duzlar və 
s.  xammal  şəklində  istehsal  dövriyyəsinə  cəlb  olun-
maqla  bir  çox  istiqamətlərdə  kimya  sənaye  məhsul-
ları istehsalına zəmin yaradır. Dünya iqtisadiyyatının 
davamlı  inkişafında  kimya  sənayesi,  xüsusilə  neft-
kimya  sənayesi  strateji  cəhətdən  xüsusi  əhəmiyyət 
kəsb  edir.  Kimya  sənayesinin  əsas  məhsulları  mine-
ral  gübrələr,  plastik  kütlələr,  kimyəvi  liflər,  sintetik 
kauçuk, müxtəlif turşular, yağlar və s. hesab olunur. 
Qeyd  olunmalıdır  ki,  dünyada  ildə  200  milyon  ton 
mineral  gübrələr,  100  mln.  tondan  artıq  plastmas 
materiallar,  20  milyon  ton  kimyəvi  liflər,  10  mln. 
tondan artıq sintetik kauçuk istehsal olunur. Mineral 
gübrələrin  istehsalçıları  ABŞ,  Çin,  Kanada,  Rusiya, 
Hindistan,  Fransa,  Almaniya,  İndoneziya,  Ukrayna 
və Belarus hesab olunur (şəkil 5). 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin