Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir


YG yarımstansiyalarının elektrik avadanlığı



Yüklə 0,94 Mb.
səhifə3/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19
Avadanlıqlar

YG yarımstansiyalarının elektrik avadanlığı


  • Paylayıcı qurğular

  • Transformatorlar

  • Avtotransformatorlar

  • Voltaəlavə transformatorlar

  • Şuntlayıcı reaktorlar

  • Açarlar və ayırıcılar

MÜHAZİRƏ 2

1.AYIRICILARIN SİNİFLƏRİ VƏ ONLARA VERİLƏN TƏLƏBLƏR

Ayırıcı 1000 V-dan yuxarı gərginlik üçün kommutasiya aparatıdır. Onun əsas vəzifəsi elektrik qurğularının, ayrılıqda aparatların qabaqcadan dövrədən açmaq (açarlarla) şərti ilə gərginlik altında olan hissələrini, təhlükəsiz təmir etmək məqsədi üçün, izolə etməkdir. Göstərilən əsas təyinatından başqa ayırıcılar başqa məqsədlər üçün də istifadə edilir, buna onların konstruksiyası imkan verir: 1) yüklənməmiş güc transformatorlarının və müəyyən şəraitdə məhdud gücü və uzunluğu olan xətlərin açılması və bağlanması üçün; 2) cərəyan kəsilmədən paylayıcı qurguların bir şin sisteminin digərinə birləşməsinin (normal şəraitdə) çevirilməsi üçün; 3) sistemin açılmış və izolə edilmiş hissələrinin, bu məqsədlər üçün nəzərdə tutulmuş yardımçı açarlar vasitəsi ilə, torpaqlanması üçün.


Ayırıcılar nisbətən sadə konstruksiyaya malikdirlər. Onların “açılma” vəziyyətində havada ayrılma vəziyyəti olmalıdır ki, baxılan hissələrin həqiqətən açılmış, bitişik hissələrdən izolə edilmiş olması tam görünsün.
Ayırıcılar müxtəlif konstruksiyalara malikdirlər, onlar bu və ya digər əlamətlərinə görə siniflərə ayrılırlar.
Müxtəlif tip ayırıcılar arasında konstruktiv fərq ilk növbədə onların kontaktının (bıçağının) hərəkətinin xarakterindədir. Bu əlamətinə görə ayırıcıların aşaəıdakı qrupları vardır:
- vertikal-kəsici tipli, verilmiş qütbün izolyatorlarını saxlayan oxlara paralel olan müstəvidə bıçağı fırlanan;
- horizontal-dönən tipli, verilmiş qütbün izolyatorlarını saxlayan oxlara perpendikulyar müstəvidə bıçağı fırlanan (şəkil 1.1);
- yellənən tipli, verilmiş qütbün izolyatorlarını saxlayan oxlara paralel olan müstəvidə bıçağı onu saxlayan izolyatorla birgə fırlan;
- yayılan tipli, dayaq izolyatorunun onun üzərinə bərkidilmiş hərəkət edən kontaktın tətpənməz kontakta doğru düzxətli hərəkəti olan;
- pantoqraf tipli, yığılan açarlarla (şəkil 1.2);
- asılqan tipli, tərpənməz asma izolyatorların oxlarına paralel müstəvidə bıçağın onu saxlayan izolyatorlarla birgə hərəkəti olan;

Şəkil 1.1. Horizontal – döndərici tipli ayırıcı (PHДЗ-2-110/2000); 1- çərçivə;


2-dayaq izolyatoru; 3-şinlərin birləşdirilməsi üçün ucluq; 4-elastik əlaqə; 5- əsas bıçaq (lamel ilə); 6- əsas bıçaq (lamelsiz); 7- torpaqlayıcı bıçaqlar; 8- intiqala dartqı; 9- intiqal


Şəkil 1.2. Horizontal-açıcı ayırıcı

Bundan başqa ayırıcılar aşağıdakı əlamətlərinə görə siniflərə bölünürlər:
- quraşdırılma növünə görə (daxili və ya xarici qurğunun ayırıcıları; onların hər biri iqlim amilinə görə bir neçə yerləşmə kateqoriyalı sinifə ayrılır);
- qütblərin sayına görə (birqütblü və üçqütblü ayırıcılar; üçqütblü ayırıcıların qütbləri bir ümumi çərçivədə və ya hər qütb ayrı çərçivədə yerləşə bilər);
- idarə üsuluna görə (əl ilə və elektrik mühərriki idarə olunan intiqallı ayırıcılar);
- torpaqlayıcı bıçaqların olub olmamasına görə;
Qütbləri ümumi idarəli üçqütblü ayırıcıların tətbiqi üstünlük təşkil edir.
Nominal davamedici cərəyanı 1000 A-ə qədər olan ayırıcılarda (şəkil 1.3) bıçaqlar düzbucaqlı en kəsikli iki miş zolaqdan (1) ibarət olmaqla kontakt dayağı əhatələyir. Dayağın yan səthləri silindrik formada olur və bıçağın lövhələri ilə xətti kontakt yaradırlar.

Şəkil 1.3. Ayırıcının kontakt sistemi (PBP-10kB tipli)


Kontaktda təzyiq çubuqlara oturdulmuş yaylarla (3) yaradılır. Bıçaqlara təzyiq çıxıntıları olan polad lövhələr (4) vasıtəsi ilə verilir. Qısa qapanmada və cərəyanın kəskin artmasında bıçağın lövhələri bir-birinə cəzb olunmaqla kontaktda təzyiqi artırır. Polad lovhələr maqnit induksiyasını artırır və kontakda əlavə təzyiq yaradır. Belə növ maqnit-açarlarla ayırıcıların çoxu təmin olunur.
Torpaqlama üçün ayırıcılar bir və ya iki zolaqlı əlavə bıçaqlarla təmin edilir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin