Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir



Yüklə 0,94 Mb.
səhifə8/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
Avadanlıqlar

MÜHAZİRƏ 6




3.3. Eleqaz açarlar
Eleqaz – (SF6 – altıflüorlu kükürd) inert qazdır. Sıxlığı havadan beş dəfə çoxdur. Eleqazın elektrik möhkəmliyi havanın möhkəmliyindən 2-3 dəfə çoxdur. 0,2 MPa təzyiqdə eleqazın elektrik möhkəmliyi yağın elektrik möhkəmliyi ilə müqayisə edilə bilər.
Eleqazda atmosfer təzyiqində həmən şəraitdə hava ilə müqayisədə 100 dəfə artıq olan cərəyanın yaratdığı qövs söndürülə bilər. Eleqazın qövsü belə yaxşı söndürməsinə səbəb onun elektronlarla əlaqəsidir. Qaz molekulları qövs sütunu elektronlarını tutaraq nisbətən tərpənməz mənfi ionlar yaradırlar. Elektronlarını itirən qövs qeyri stabil olur və o asanlıqla sönür. Eleqaz axınında, yəni qaz üfürülməsində, qövs sütunundan elektronların udulması daha intensiv olur.
Daha geniş tətbiqini avtopnevmatik və ya maqnit üfürülməli konstruksiyaya malik olan açarlar tapmışlar. Avtopnevmatik qövssöndürücü qurğularda qaz açılma prosesində porşen qurğusu ilə sıxılır və qövs zonasına istiqamətlənir. Beləliklə, eleqaz açar qapalı sistemdir (qazı kənara verməyən). Eleqaz açarlar kolonkalı və çənli olur. Ayrılan kontaktlar arasında qövsə maqnit üfürülməsi olan qövssöndürücü qurguların sxemlərində sabit maqnitin yaratdığı radial maqnit sahəsi olur. Qövs sürətlə çevrə boyu hərəkət edir, tez soyuyur və sönür. Belə qurğular yük açarlarında tətbiq edilir.
Hava açarlarından fərqli olaraq açılma səssiz olur. Eleqaz açarlarının üstünlüyü fəaliyyətinin cəldliyi, yüksək açma qabiliyyəti, qövssöndürücü kontaktların az yeyilməsidir.
Hazırda eleqaz açarları 35 kV və daha yüksək gərginlikli paylayıcı qurğularda geniş tətbiq edilir, onlar çoxhəcmli yağ və hava açarlarını əvəz edir. İki tip eleqaz açarları tətbiq edilir: kolonkalı və çənli. Şəkil 3.3-də çənli eleqaz açarı, şəkil 3.4-də isə kolonkalı eleqaz açarı gostərilir.

Şəkil 3.3. Çənli eleqaz açarının xarici görünüşü (ВЭБ -11011-40/2500-У1)



Şəkil 3.4. Kolonkalı eleqaz açarının xarici görünüşü (ВГТ -11011-40/2500-У1)



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin