MÜHAZİRƏ 12
6. REAKTORLAR
Reaktorlar güclü elektrik qurğularında qısaqapanma cərəyanlarını məhdudlaşdırmaq, həmçinin reaktordan sonra zədələnmələrdə şinlərdə gərginliyi müəyyən səviyyədə saxlamaq üçündür
Reaktor maqnit materialdan nüvəsi olmayan induktiv makaradır. Ona görə o axan cərəyandan asılı olmayan sabit induktiv müqavimətinə malikdir.
Reaktorun əsas parametri onun induktiv müqavimətidir Xr = ω L, Om. Bəzi kataloqlarda:
Xr % = 100
verilir, burada Inom – reaktorun nominal cərəyanı, Unom – reaktorun nominal gərginliyidir.
Qalıq gərginliyin daha yüksək səviyyədə saxlanması zədələnmiş dövrənin də qidalandığı dövrədən qidalanan elektrik enerji istehlakçıları üçün əlverişlidir. Bunu nəzərə almaqla qısaqapanma rejimində induktiv müqavimətin Xr böyük olması məqsədəuyğundur.
Lakin normal rejimdə elektrik qurğusunun iş şəraitinə görə reaktorun müqavimətini çoz artırmaq olmaz, çünki işşi cərəyan axdıqda eyni vaxtda gərginlik itkisi artacaq. Bu xüsusilə reaktorların qrup və fərdi şəkildə istifadəsində nəzərə çarpır.
Hazırda PБ markalı alüminium dolaqlı beton reaktorlar geniş tətbiq olunur (şəkil 6.1).
Şəkil 6.1. Reaktorun fazası (PБ markalı):
1 – dolaq; 2 – beton sütunlar; 3 – dayaq izolyatorları
Reaktorun dolağının alüminium naqilləri bir necə qat kabel kağızı və pambıq-kağız hörğü illə örtülür. Dolaq bir neçə karkasa dolanır, sonra müəyyən yerlərinə beton tökülür. Beton sütunlar təşkil edir, onlar dolaq sarğılarını bərkidir, onların öz çəkisinin və qısaqapanma cərəyanı axdıqda elektrodinamik qüvvələrin təsirindən yerdəyişməsinin qarşısını alır.
Reaktor tipinin işarələri belədir: P –reaktor, Б – betonlu, С – ikili, Д – məcburi üfürmə ilə, (Д hərfinin olmaması təbii soyumanı göstərir), У – fazaların pilləli qoyuluşu, Г - fazaların horizontal qoyuluşu (У və Г hərfləri olmadıqda fazalar vertikal qoyulur); hərflərdən sonrakı rəqəmlər müvafiq olaraq nominal gərginliyi, kV; qolların sayı; hər qolun nominal cərəyanı, A; bir qolun induktiv müqaviməti, Om (o bri qolda cərəyan olmadıqda); У (rəqəmlərdən sonra) - mülayim iqlimli rayon üçün; 1 – açıq havada işləmək üçün; 3 - təbii ventilyasiyalı qapalı otaqlarda işləmək üçün.
Dostları ilə paylaş: |