MÜHAZİRƏ 13
7. GÜC TRASFORMATORLARI
Elektrik stansiyalarında və yarımstansiyalarda qoyulmuş güc trasformatorları elektri enerjisini bir gərginlikdən digərinə çevirmək üçündür. Ən çox tətbiq olunan üçfazalı trasformatorlardır, çünki onlarda enerji itkisi eyni gücdə olan üç birfazalı transformator qrupunda olduğundan 12 -15 % azdır.
Birfazalı trasformatorlarlar, lazımı gücdə üçfazalı trasformatorların hazırlanması mümkün olmadıqda və ya onların nəqli çətin olduğu halda, tətbiq edilir.
Hər fazasındakı müxtəlif gərginlikli dolaqların sayına görə trasformatorlardır ikidolaqlı və üçdolaqlı olurlar. Bundan başqa, eyni gərginlikli (adətən aşağı) dolaqlar bir birindən və torpaqlanmış hissələrdən izolə edilmiş iki paralel qoldan ibarət olur. Belə trasformatorlardır parçalanmış dolaqlı trasformatorlardır adlanır. Yüksək, orta və alçaq gərginlikli dolaqlar YG (BH), OG (CH), AG (HH) kimi işarələnir.
7.1. Trasformatorların soyudulma sistemi
Transformator işlədikdə enerjinin itməsi hesabına onun dolaqları maqnitkeçiricisi qızır. Trasformator hissələrinin qızma həddi iş müddəti temperaturdan asılı olan izolyasiya ilə məhdudlaşır. Transformatorun gücü çox olduqca , onun soyudulma sistemi intensiv olmalıdır.
Aşağıda trasformatorların soyudulma sisteminin qısa izahı verilir.
1. Trasformatorların təbii hava soyudulması havanın təbii konveksiyası və qismən havada şüaburaxma ilə olur. Bellə transformatorlar “quru” adlanır. Şərti olaraq açıq icralı təbii hava soyudulması - C ilə, mühafizəli icrada – CЗ ilə, germetik icrada CГ ilə işarələnir.
Belə soyudulma sistemi az səmərəlidir, ona görə o gücü 1600 kVA -a qədər, gərginliyi 15 kV-a qədər olan trasformatorlarda tətbiq edilir. Həmçinin həmən güc və gərginlik üçün yanğın təhlükəsiz maye dielektrikli transformator (THЗ tipli) tətbiq edilə bilər. Əvvələr sovtol geniş tətbiq olunurdu, lakin onlar zəhərli (toksik) olduğundan hazırda qadağan edilmişdir, onun əvəzinə MİDEL tipli dielektrik tətbiq edilir.
2. Təbii yağ soyudulması (M) gücü 16000 kVA -ə qədər olan transformatorlarda tətbiq olunur. Belə transformatorlarda dolaqlarda və maqnitkeçiricidə ayrılan istilik ətrafdakı yağa verilir, yağ isə çəndə və radiator borularında sikulyasiya edərək isiliyi ətraf mühitə verir. Transformatorlarun nominal yükündə yağın yuxarı, daha çox qızmış laylarında +95 -dən çox olmamalıdır.
İstiliyin ətraf mühitə daha yaxşı verilməsi üçün transformatorun çəni qabırğa ilə, soyuducu borular və gücündən asılı olaraq radiatorlarla təmin edilir. Çəni qofralanmış (büzülmüş) transformatorlardan da istifadə edilir, onlar sökülə bilən soyuducular olmadan lazımi soyutma səthini təmin edirlər ki, bu da transformatorların etibarlığını artırır. Kütləvi istehsala buraxılmadan qabaq qofralanmış çən onların transformatorda 25 il iş resursunu təsdiq etmək üçün dövru mexaniki təsirlə sınanır (maksimal və minimal təzyiqdə 100000 dövr).
TMГ transformatorları germetik hazırlanır ( onların daxili həcminin ətraf mühitlə əlaqəsi yoxdur). Transformatorlar tam olaraq transformator yağı ilə dolmuşdur. Genişləndirici və hava və ya qaz “yastığı” bu transformatorlarda yoxdur. Bu da yağın iş şəraitini yaxşılaşdırır, onun nəmlənməsini, oksidləşməsini və ilamyaranmasını yox edir. Transformator yağı transformatora tökülməmişdən əvvəl qazsızlaşdırılır. Ona görə yağ öz xassələrini transformatorun tam iş müddətində praktiki olaraq dəyişmir, ona görə sınaq üçün yağ nümunəsinin ğötürülməsi tələb olunmur. TMГ transformatorlarında praktiki olaraq işəburaxma işlərinə və istismar qulluğuna ehtiyac olmur, istismar müddətində onlar profilaktik təmirə və yoxlamalara məruz qalmırlar. Çənin tam dolmasına nəzarət üçün TMГ transformatorlarının qapağında üzğəc yağgöstəricisi var.
Yağ transformatorları və alışmayan maye dielektrikli transformatorları üçün istənilən dolağın, gərginliyin nominal gərginlikdən çox olmadığı halda, nominal cərəyandan 5% çox olmaqla uzunmüddətli yüklənməsinə icazə verilir. Quru transformatorların uzunmüddətli buraxılabilən yükləri transformatorların konkret qrup və tiplərinin standartlarında və texniki şərtlərində verilir.
Yağ və quru transformatorlarda, həmçinin alışmayan maye dielektrikli transformatorlarda, qiyməti və müddəti istehsalçı zavodun təlimatına uyğun olaraq sistematik artıqyüklənmə ola bilər.
Qəza rejimlərində istənilən soyutma sisteminə malik olan transformatorların, əvvəlki yükün müddətindən və ətraf mühitin temperaturundan asılı olmayaraq, ifrat cərəyandan çox olan qısamüddətli artıq yüklənməsi aşağıda göstərilən həddlərdə mümkündür:
Yağ transformatorları:
Cərəyana görə artıqyüklənmə, % 30 45 60 75 100
Artıqyüklənmə vaxtı, dəq. 120 80 45 20 10
Quru transformatorlar:
Cərəyana görə artıqyüklənmə, % 20 35 40 50 60
Artıqyüklənmə vaxtı, dəq. 60 45 32 18 5
3.Üfürmə və təbii sirkulyasiya ilə yağla soyutma (Д) çox güclü transformatorlarda tətbiq edilir. Bu halda radiator borulu asma soyuducularda ventiyatorlar yerləşdirilir. Ventiyator havanı aşağı tərəfdən sorur və borunun qızmış yuxarı hissəsini üfürür. Ventilyatorun işə qoşulması və saxlanması yüklənmədən və qızmış yağın temperaturundan asılı olaraq avtomatik ola bilər. Belə soyudulan transformatorlar ,yükləmə nominalın 100%-ini keçmirsə, yağın yuxarı qatlarının temperaturu +55 -dən çox olmursa, həmçinin yüklənmədən asılı olmayaraq mənfi temperaturlarda və yağın temperaturu 45 -dən çox olmadığı halda da, üfürülmə tam dayandırıldıqda işləyə bilər.
Radiator botularının güclü üfürülməsi yağın, deməli transformatorun dolağının və maqnitkeçiricisinin soyudulma şəraitini yaxşılaşdırır, bu da gücü 100000 kVA –a çatan transformatorlar hazırlamağa imkan verir.
4. Üfürmə və yağın hava soyuducularından keçməklə məcburi sirkulyasiya ilə yağla soyutma (ДЦ) gücü 63000 kVA və daha çox olan transformatorlarda tətbiq edilir.
Soyuducular nazik qabırğalı borucuqlardan ibarət olub xaricdən ventiyatorla üfürülür. Yağ kəmərlərinə qoşulkuş elektrik nasoslarıyağın fasiləsiz olaraq soyuducularda məcburi sirkulyasiyasını yaradır.
Yağın sirkulyasiyada böyük sürəti, soyudulma səthinin genişliyi və intensiv üfürmə nəticəsində soyuducular böyük istiliötürməyə və yığcamlığa malikdirlər. Belə soyudulma sisteminə keçid transformatorların qabaritini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
Şəkil 7.1. Soyuducunun prinsipial sxemi (ДЦ sistemli):
1 – transformatorlarun çəni; 2 – elektrik nasosu; 3 – adsorb süzgəci;
4 – soyuducu; 5 – üfürmə ventilyatoru
Soyuducular transformatorlarla birlikdə bir özül üzərində və ya müxtəlif özüllərdə transformator çəninin yanında qoyula bilər.
ДЦ soyutma sistemli transformatorlarda yağın maksimal buraxıla bilən temperaturu + 75 -dir.
5. Yağın məcburi sirkulyasiyası ilə yağ - su soyudulması (Ц) prinsip etibarı ilə ДЦ sistemi kimi qurulmuşdur, lakin ondan fərqli olaraq soyuducular su sirkulyasiya edən borucuqlardan ibarətdir, onların arası ilə isə yağ axır.
Yağsoyuducunun girişində yağın temperaturu +70 -də çox olmamalıdır. Suyun transformator yağ sisteminə düşməməsi üçün yağsoyuducularda yağın təzyiqi onlarda sirkulyasiya edən suyun təzyiqindən ən azı 0,02 MPa çox olmalıdır. Bu soyutma sistemi səmərəlidir, lakin mürəkkəb konstruktiv quruluşludur və hirostansiyalarda və bağlı otaqlarda qoyulan güclü transformatorlarda (100 MVA və daha çox) tətbiq edilir.
ДЦ və Ц coyutma sistemli transformatorlarda yağın məcburi soyutma qurğuları transformatorun qoşulması ilə eyni vaxtda avtomatikqoşulmalıdır və transformator yükündən asılı olmayaraq fasiləsiz işləməlidir. Eyni zamanda işə qoşulan soyuducuların sayı transformatorun yükü ilə müəyyənləşir. Belə transformatorlar yağın sirkulyasiyasının, soyuducu suyun kəsilməsini və ventilyatorun dayanmasını bildirən siqnalizasiyaya malik olmalıdır.
Hər bir transformatorun aşağıda ardıcıllıqla göstərilən şərti hərfi işarəsi vardır:
1) fazaların sayı ( birfazalı – O, üçfazalı – T);
2) soyutmanın növü – yuxarıda göstərilən izahatla;
3) müxtəlif şəbəkələrə işləyən dolaqların sayı (əgər o ikidən çoxdursa); üçdolaqlı transformator üçün – T; parçalanmış dolaqlı transformator üçün – P ( fazaların sayından sonra);
4) dolaqlardan birinin PПH qurğusu ilə hazırlanıbsa əlavə H hərfi ilə işarələnir;
5) avtotransformatoru işarə etmək üçün birinci yerə A hərfi əlavə olunur;
Hərfi işarələrdən sonra nominal güc və gərginlik sinifi göstərilir.
Misal: TMH – 10000/10У3 – üçfazalı ikidolaqlı transformator təbii yağ soyudulması ilə, yük altında gərginliyin tənzimlənməsi ilə, nominal gücü 10000 kVA, gərginlik sinifi10 kV, konstruksiyası mülayim iqlimli rayonlar üçün, qoyuluşu qapalı otaqda təbii ventilyasiya ilə.
TPДН 40000/110У1 - üçfazalı transformator, alçaq gərginlikli parçalanmış dolaq ilə, məcburi hava sirkulyasiyası ilə, yük altında gərginliyin tənzimlənməsi ilə, nominal gücü 40 MVA, gərginlik sinifi110 kV, konstruksiyası mülayim iqlimli rayonlar üçün, açıq havada qoyulmaq üçün.
Transformatorların paralel işinə icazə verilir, bu şərtlə ki:
dolaqların birləşmə qruplaarı eynidir;
transformatorların güclərinin nisbəti 1:3 –dən çox deyil;
transformasiya əmsalları +/-0,5% -dən çox fərqlənmir;
qısa qapanma gərginlikləri +/- 10% -dən çox fərqlənmir;
transformatorun fazalaşması aparılıbsa.
Dostları ilə paylaş: |