Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Tələblərdə ardıcıl olmaq və mümkün olmayanı tələb et­mə­mək prinsipi



Yüklə 3,59 Mb.
səhifə322/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   318   319   320   321   322   323   324   325   ...   443
10. Tələblərdə ardıcıl olmaq və mümkün olmayanı tələb et­mə­mək prinsipi. Ailədə uşaqlara müəyyən tələblər də verilir, müəy­yən qaydalara əməl etməsi də tələb olunur. Bu ailə tərbi­yə­si­nin mühüm şərtlərindən biridir. Valideynlər uşaqlara verilən tələb­lər­də ardıcıl olmalı, onların yerinə yetirilməsinə nəzarət etməli­dir­lər. Əlbəttə, tələblər də uşaqların gücünə, yaşına, sağlamlı­ğına, psi­xo­­logiyasına uyğun olmalıdır.

Bu prinsiplərdən başqa, bir sıra xüsusi prinsiplər də vardır ki, onlar da ailə tərbiyəsi üçün mühüm qaydalardır:

1.Ailədə fiziki və psixoloji təsirlərin qadağan edilməsi prin­sipi.

2.Başqalarının, ailə üzvlərinin məktub və gündəliklərini oxu- mağın qadağan edilməsi prinsipi.

3.Ailədə çox danışmağın, ucadan danışmağın qadağan edil­məsi prinsipi.

4.Uşaqları hədələməyin qadağan olunması prinsipi .

5. Ailədə erkən oyanma qayadasına əməl etmək prinsipi.

6. Ailədə səhər idmanı ilə məşğul olmaq prinsipi.

Bu prinsiplərə ailədə ciddi riayət edilməsi tərbiyənin düzgün qurulmasına səbəb olar.

Deməli, ailə tərbiyəsinin məqsədi şəxsiyyətdə müsbət keyfiy­yət­ləri formalaşdırmaqdır ki, onlar uşağın inkişafında yaranan çətin-likləri vaxtında dəf etməyə imkan yaradır. İntellektin inkişafı, yara­dı­cı bacarıqlar, qabiliyyət, ilkin əmək fəaliyyəti təcrübəsi, mənəvi və estetik cəhətdən formalaşma, mədəniyyət və uşaqların fiziki sağ­lam­lığı, onların xoşbəxtliyi-bütün bunların hamısı ailədən, valideyn­lərdən asılı olmaqla ailə tərbiyəsinin əsasını təşkil edir. Valideynlər birinci tərbiyəçilər kimi uşaqlara daha güclü təsir etmək qüvvəsinə malikdir.



Ailə tərbiyəsinin öz metodları vardır. Bunların sırasında şəxsi nümunə, birlikdə müzakirə, inam və etibar, sevgi-məhəbbətin büru­zə verilməsi, bu və ya digər işlə bağlı ailə üzvünün qayğısına qalma, nəzarət, yumor və zarafatlar, ənənələr, tərifləmələr, mükafatlan­dır­ma və s. ola bilər. Burada seçim yalnız konkret situativ şərait nəzərə alınmaqla fərdi şəkildə həyata keçirilə bilər.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin