Pedaqoq və psixoloq alimlər valideyn davranışının aşağıdakı göstəricilərini fərqləndirirlər:
1. Tərbiyə prosesində himayəçiliyin səviyyəsi. Burada söhbət valideynlərin yeniyetmələrin tərbiyəsinə nə qədər diqqət və vaxt sərf etmələrindən gedir. Himayəçilik səviyyəsində iki cür kənarlaş-ma müşahidə olunur. Biri həddindən artıq (hiperhimayəçilik), digəri isə bir qədər az (hipohimayəçilik).
Hiperhimayəçilikhaqqında valideynlər yeniyetməyə həddindən artıq qüvvə, vaxt və diqqət yetirdiklərindən danışırlar. Yeniyetmələrin tərbiyəsi valideynlərin həyatının əsas hissəsini təşkil edir. Valideynlər öz həyatlarını uşaqlarının tərbiyəsinə həsr edirlər.