3. Ailədə yeniyetməyə olan tələblərin sayı. Yeniyetməyə olan tələblər tərbiyə prosesinin mühüm hissəsidir. Birincisi,bu həm də yeniyetmənin vəzifəsidir, daha doğrusu, yeniyetmənin yerinə yetirdiyi tapşırıqlardır. İkincisi, bu qadağan tələbləridir ki, yeniyetmə onları etməli deyil. Bu tələb həm də yeniyetmənin yerinə yetirmə sanksiyalarını (yumşaq mühakimədən sərt cəzalandırmaya qədər) nəzərdə tutur. Yeniyetməyə qarşı tələblər sisteminin pozulma forması müxtəlifdir.
Ailədə yeniyetmənin tələblər sisteminin pozulması hallarını nəzərdən keçirək:
Tələblərin həddindən artıq çoxluğu;
Son dərəcə yüksək mənəvi məsuliyyət. Belə olduğu halda yeniyetmələrə verilən tələblər son dərəcə böyükdür, bu onun imkanlarına uyğun gəlmir və onun şəxsiyyətinin inkişafına kömək etmir.
Yeniyetmənin vəzifələrinin natamamlığı. Belə halda yeniyetmə ailədə son dərəcə az sayda vəzifələri yerinə yetirir, nəticədə onları hər hansı bir ev işinə cəlb etmək çətin olur.