Bədii əsərlərin müzakirəsi. Bədii əsərlərin müzakirəsini təşkil etmək üçün əvvəlcədən elan yazılır və əsərdəki obrazlar haqqında danışmaq konkret şagirdlərə tapşırılır. Şagirdlər hazırlaşdırılır. İştirak edəcək müəllif və ya qonaqlar müəyyənləşdirilir. Kitabın müzakirəsi üçün kitab bir neçə şagird və müəllimlər tərəfindən oxunur, müəllif və kitab haqqında müxtəsər yazı və ya elan yazılır, vaxt müəyyənləşir və müzakirə keçirilir. Müzakirə rəhbərin, təşkilatçının giriş sözü ilə başlayır və yekun sözü ilə də bitir. Müzakirə 1.5 saatdan çox çəkməməlidir.