Əxlaqi söhbətlər ən çox aşağı siniflərdə aparılır və konkret mövzuya həsr edilir. Məs. “Dostluq və yoldaşlıq haqqında”, “Böyüklərə hörmət və qayğı”, “Düzlük və doğruçuluq haqqında”, “Sadəlik və təvazökarlıq haqqında”, “Milli bayramlarımız”, “Dini bayramlarımız”, “Novruz bayramı haqqında”, “Adət və ənənələrimiz haqqında”, Burada sinifdə oxuyan şagirdlərin hər hansı bir hərəkəti mövzu ola bilər.
Disputlar. «Disput» latın sözü olub mübahisə etmək deməkdir. Disput ən çox yuxarı sinif şagirdləri ilə təşkil edilir. Disputların mövzusu müxtəlif ola bilir. Məsələn, “Nəzakətli adam kimdir? Qəhrəmanlıq nə deməkdir”?” “Kimə oxşamaq istərdin“?,“Bilikli adam kimə deyirlər“? “Gözəlliyi necə başa düşürsən”?, “Vətən haradan başlanır”? və s.
Disputlar şagirdlərin mənəvi tərbiyəsinin, düzgün davranışlarının formalaşmasına, onların nitq və məntiqi təfəkkürünün inkişafına böyük təsir edir. Disputlar məzmununa görə üç böyük problemi əhatə edir:
1. Əxlaqi, etik;
2. Estetika və estetik zövq;
3. Siyasi və beynəlxalq hadisələr.
Disputların mövzu və dairəsi çох əhatəlidir. Mütəşəkkil şəkildə təşkil olunan disputlar şagirdlərdə əxlaqi keyfiyyətlərin formalaşmasına şərait yaradır.
Disputu aşağıdakı plan üzrə keçirmək müsbət nəticə vеrər.
• Disputun mövzusunu müəyyən etmək;
• Disputa aid ədəbiyyatı qeyd etmək, sualları tərtib etmək;
• Şagirdləri disputa hazırlamaq;
• Disputun keçirilməsi;
• Disputla əlaqədar şagirdlərin əməli işlərdə iştirakını təmin etmək.
Disputlar şagirdləri düşündürməklə, fəallaşdırmaqla bərabər, həm də onları ölkəmizin tarixi ilə tanış edir, vətən uğrunda mübarizəyə ruhlandırır, müxtəlif fakt və hadisələri təhlil etməyə, mübahisələr aparmağa sövq edir. Burada şagirdlər müxtəlif əxlaqi kateqoriyalar haqqında öz fikirlərini sərbəst deməyə çalışırlar. Disputlar yuxarı sinif şagirdlərində maraq yaradır, ətrafda baş verən hadisələrin gerçəkliiyini dərk etməyə, əxlaq normalarını mənimsəməyə, mənəvi ideyalara yiyələnməyə imkan verir.
Disput özünün məqsədi, məzmunu, ideya istiqaməti cəhə- tindən təlim prosesinin davamıdır.Disputlar yanlış əxlaqi təəsəv- vürlərlə düzgün əxlaqi təsəvvürləri qarşılaşdırmağa və müxtəlif əx- laqi görüşlərin bir-biri ilə müqayisəsi əsasında, onların hansının olub olmadığını müəyyən etməəyə imkan verir.
Disput şifahi təbliğatın asan va maraqlı formasıdır. Burada ilk addım mövzunun seçilməsidir. Disputun mövzusu bu günün tə- ləblərinə cavab verməli, ziddiyyətli fikirlər yaradan problemi həll etməlidir. Disputun əsas məqsədi tərbiyə prosesini mənəvi keyfiy- yətlərə yönəltməkdən ibarətdir.
Disput şagirdlərin doğma vətəninin tarixini, ayrı-ayrı gör- kəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməyə, məruzələr hazırlamağa həvəsini artırır, respublikada və dünyada baş verən ictimai-siyasi hadisələrə maraqlarını gücləndirir. Şagirdlər gördük- ləri, müşahidə etdikləri bu və ya digər hadisələri müzakirə etməyə, onlara öz münasibətlərini bildirməyə, düzgün mühakimə yürüt- məyə can atırlar.
Onlar elm, texnika, incəsənət yenilikləri ilə tanış olur, ölkə- mizdə baş verən hadisələrin mahiyyətini, məzmununu dərk edir, onlarda iqtisadi və hüquqi təfəkkür inkişaf edir, milli şüur və milli ləyaqət, milli iftixar hissi güclənir.
Məktəblərdə təşkil edilən müxtəlif məzmunlu disputlar şagirdlərin elmi dünyagörüşünün zənginləşməsinə, mənəvi keyfiy- yətlərinin formalaşması və təkmilləşməsinə böyük şərait yaradır.
Disputda yuxarı sinif şagirdləri əxlaqi təsəvvürlər, anlayış- lar, mühakimələr və əqli nəticələrlə qarşılaşır, onları öz hərəkət və davranışlarında göstərməyə çalışırlar. Məktəbli, adətən, öz hərəkət və davranışından daha çox başqasının hərəkətini, davranışını və s. münasibətləri qiymətləndirir.
Disputlarda gənclərin mənəvi tərbiyəvi geniş yer tutmalıdır. Burada başlıca vəzifə gənclərdə mənəvi əqidə formalaşdırmaqdır. Bunun üçün disputlarda həyatdan müsbət nümunələr, nəsihətlər gətirmək və yaxud onu incəsənət, əxlaq mövzusunda keçirmək va-ibdir.
Disputların mütəşəkkil, sistemli, müntəzəm təşkili və keçiril-əsi cansıxıcı və formalizmi aradan qaldırır. Disput şagirdlərdə doğ- ma yurdun tarixini öyrənmək həvəsini artırır, ictimai hadisələrə marağı gücləndirir, onların əxlaqına, dünyagörüşünə, siyasi biliyinə güclü təsir göstərir. Burada şagirdlərin fərdi xüsusiyyətləri, qabiliy- yət və yaradıcılıq meylləri daha da inkişaf etdirilir.
Şagirdlərdə bilik qazanmağa marağın yaradılmasında verilən ədəbiyyatların, görkəmli adamlarla görüşlərin əhəmiyyəti bö- yükdür. Disput şagirdlərin dərsdə aldığı biliyi dərinləşdirməkdə, müstəqil işləmək vərdişi əldə etməkdə, əqli fəaliyyətin hüdudunu daha da genişləndirməkdə çox faydalıdır.Disputa cəlb edilən şagird- lərin bacarığı və qabiliyyəti, maraq və meyli ciddi surətdə nəzərə alınmalıdır.
Disput mövzusu maraqlı olduqda buraya daha çox şagird cəlb olunur. Mövzu şagirdlərin diqqətini cəlb edir, onları maraqlandırır. Şagirdlər mövzuya aid ədəbiyyatlar oxuyurlar, məruzə hazırlayırlar, müzakirəyə qoşulmaqla öz fikirlərini söyləməyə böyük həvəs göstərirlər.
Disputlar məktəbin tədris işi ilə üzvi surətdə bağlı olmalıdır. Disputu keçirməkdə məqsəd fənlərin tədrisi prosesində şagirdlərin aldıqları nəzəri və təcrübi bilikləri daha da möhkəmləndirmək və dərinləşdirməkdən, onlara nəzəri biliyi təcrübədə tətbiq etmək baca- rığı aşılamaq və yüksək əxlaqi sifətlər tərbiyə etməkdən ibarədir.
Dostları ilə paylaş: |