İnsanla heyvan arasındakı fərq ədəbdir.
Gözünü aç və gör, Allahın bütün kəlamı
Quranın ayət-ayət mənası, ədəbi-dərs verir”.
O bildirirdi ki, insanın geyiminə, xarici görünüşünə görə deyil daxili aləminə, ədəb və əxlaqına görə qiymət verilməlidir. O bu mənada çox dəyərli fikirlər söyləyirdi: “Nə qədər paltar gördüm içində insan yox, nə qədər insan gördüm əynində paltar yox” – deyirdi.
Sir saхlamaq, sirri kimsəyə verməmək Mövləvilik əхlaqının əsas şərtlərindən sayılmışdır: “Üç şey haqqında dоdağını açma: Fikrini, pulunu, bir də məzhəbini kimsəyə söyləmə. Çünki bu üç şeyin düşməni çохdur. Düşmən bunları bilincə tələ qurar”. “Bir sirri bir kişiyə söylədinmi, artıq о sirrə vida et. İki kişiyə çatan sirr, yayılar, gedər”.
Başqa bir yerdə də Rumi insanı əxlaqlı, ədəbli və mərifətli olmağa, həddini bilməyə çağırır: “Ey insan! Həddini bil. Ticarət əhli deyilsən dükan açma. Hal ehli deyilsən ağzını açma. Böyüklərin olduğu məclisdə əhkam kəsmə. Korlar çarşısında ayna satma. Əhil ola bilmirsənsə barı ədəbli ol.. “.
Movlana Cəlaləddin Rumi insanda ən pis cəhət, ən böyük günah oğurluq saymışdır. Bütün pisliklərin başında oğurluq olduğunu bildirmiş və belə şərh etmişdir: “Sadəcə bir tək günah var, o da oğurluq. Bütün başqa günahlar oğurluğun növləridir. Bir adam öldürüldüyündə bir həyat çalınmış olur, ailə həyatında ər, arvad haqqı, uşaqların ata haqqı çalınmış olur.Yalan söyləyəndə, birinin həqiqəti öyrənmək haqqı çalınır. Oğurluqdan daha alçaqca bir hərəkət yoxdur...”
Mövlana təlim və tərbiyənin gücünə dərindən inanır və deyirdi ki, “Təlimlə hətta heyvanlar da dəyişir. Vəhşi at əhliləşir, ayı oynayır, keçi salam verir, it ovu tutur, çoban yanında gözətçi olur”. O göstərirdi ki, insan ömrünün sonuna qədər təlim və tərbiyə almalı, özünütəhsil, özünütərbiyə və özünütəkmilləşdirmə ilə məşğul olmalıdır. Elmi, biliyi öyrənərkən yalnız gözləri və qulaqları ilə deyil, onu hiss və duyğuları ilə, ürək və qəlbi ilə qəbul etməlidir: “Ey qardaş! Sən yalnız duyğu və düşüncədən ibarətsən, qeyri qalan isə sadəcə ət və sümükdür”. O bildirirdi ki, elmi ürəklə öyrənmək lazımdır ki, ürəklərə təsir göstərə biləsən. Yalnız o zaman öyrənilən bilik sahibinə “yar” olar. Əks halda elm sahibinə əziyyət verən bir yük (“bar”)olar:
“Elm qəlbə əks edərsə, sahibinə yar olur,
Dostları ilə paylaş: |