Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Geriyə qalan ət və sümüksən



Yüklə 3,59 Mb.
səhifə55/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   443
Geriyə qalan ət və sümüksən

Gül düşünərsən, gülüstan оlarsan

Tikan düşünərsən tikanlıq оlarsan”!

Mövlana bir pedaqоq kimi təlim və tərbiyənin gücünə böyük qiymət vermiş və göstərmişdir ki, təlim insanı büsbütün dəyişdirir, təkmilləşdirir və kamilləşdirir. О bildirir ki, təlimlə hətta heyvanlar da dəyişir. Vəhşi at əhliləşir, ayı оynayır, keçi salam verir, it оvu tutur, çоban yanında gözətçi оlur. Bu cəhətdən insan həmişə özünü təkmilləşdirməli, tərbiyə etməli, nəfsinə qalib gəlməli, heyvani və şeytani istəklərdən uzaq оlmalı, dünya malının əsiri, maddiyyət hərisi оlmamalıdır. О deyirdi: “Dünya bağını qоpar, maddəyə оlan bağlılıqdan özünü qurtar da hür оl, ey оğul, nə zamana qədər qızıl, gümüş əsiri оlacaqsan”?


Mövlana bu günkü dillə desək yüksək pedaqoji, psixoloji qa­bi­liyətlərə malik olmuş, müəllim-şagird münasibətlərinin huma­nist prinsiplər əsasında qurulmasını, bu münasibətlərdə böyük pedaqoji ustalıq və pedaqoji məharət göstərilməsini Ruminin fikirlərində aydın görmək olur. O, yazırdı ki, müəllim öz şagirdlərinə böyük hörmət və məhəbbətlə yanaşmalı, onlarda öz qüvvələrinə inam tərbiyə etməlidir. O, bu xüsusda belə yazırdı:

Müəllim şagirdlərə yazmağı öyrədərkən şagird hərfləri bitirib yeni sətrə keçərkən müəlliminə göstərir. Müəllim bu yazıların səhv olduğunu görür. Amma, müəllim deyir: “Hamısını gözəl yazmısan. Amma, bu belə yazılmalı idi. Bunu da bir qədər yaxşı yazmaq olardı. Bax belə...” Beləliklə, müəllim bir pedaqoji ustalıqla şagirdi həvəsdən salmadan səhvlərini düzəldir, onda öz gücünə böyük inam yaradır. Rumi təlim-tərbiyə zamanı qarşısın­da­kı­na böyük hörmətlə yanaşmağı, onun qəlbinə toxunmamağı məs­ləhət bilirdi. O, deyirdi:Söhbət var, qılınca bənzər, bostanı, əkini qış kimi kəsib biçər. Söhbət var, ilk bahara bənzər, hər tərəfdə saysız meyvələr bitirər”.

Mövlana Cəlaləddin Rumi gənc nəsli ədəbə, əxlaqa, mənəvi keyfiyyətləri əxz etməyə çağırmış və gənc nəslə aşağıdakı məşhur öyüd və nəsihətlərini vermişdir:


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin