Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə63/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   443
Mərifətdir haqqı yaymaq;

Xətir almaq¸ xətir saymaq!

Sənə düşməz könül qırmaq;

İncinsən də incitmə sən.

deyərək könül sındırmamağı, “Ağır başlı ol”- deyərək səbirli və təmkinli olmağı, “Bir olalım iri olalım, diri olalım!- deyərək insanları birliyə, bərabərliyə səfərbər etməyi öyüdləmiş, “Kirləri arıtan baxsana suya/ Üzü yerlərdə, göydə deyildir”- deyərək insanları sadə, səmimi, təbii və təvazökar olmağa, “72 millətə eyni nəzərlə bax” - deyərək insanları irqindən, rəngindən, dinindən, dilindən asılı olmayaraq bir birindən ayırmamağa, humanizmə, bəşəri duyğulara, bütöv bir dünya insanı olmağa çağırmışdır.

Hacı Bektaş Vəli insanlara daim yaxşılıq etməyi, həmişə yaxşı əməl sahibi olmağı öyüdləmişdir. O deyirdi: “Mənim üç dostum vardır. Nə zaman ki, mən ölürəm birisi evdə qalır, birisi yolda qalır, birisi isə mənimlə bərabər gəlir. Evdə qalan mənim ma­lımdır, yolda qalan mənim yaxınlarım və ailə üzvlərimdir, mə­nim­lə gələn yaxşılıqlarım və əməllərimdir”.

Bu müdrik fikirlər Bektaşi mısralarından belə süzülüb gəlmişdir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin