Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Ararsan Mövlanı özündə ara



Yüklə 3,59 Mb.
səhifə65/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   443
Ararsan Mövlanı özündə ara

Nə yerdə, nə göydə, nə masivanda

Adəm də sənsən, şeytan da sənsən

Pak eylərsən könlünü rəhman səndədir.

Bektaşilikdə qadına, onun hüquqlarına, təhsil almasına böyük önəm verilir, “Qadın təhsil almalıdır” deyilir və qadın - kişi bərabərliyinə xüsusi diqqət yetirilir:



Kişi qadın sorulmaz məhəbbətin dilində

Haqqın yaratdığı hər şey yerli yerində

Bizim nəzərimizdə qadın kişi fərqi yox

Nöqsanlıq, əksiklik sənin görüşündə!

Bektaşilikdə insanın kamilləşməsinə xüsusi önəm verilmiş və kamilliyə çatmağın da şərtləri müəyyənləşdirilmişdir. Həmin şərt­lə­rə əməl edənlər – “Mürşidi-kamil” adlanır və ya “Ata” kimi mü­qəd­dəs ada layiq görülür. “Mürşid” və “Ata” haqqını ala bilmək üçün aşağıdakı şərtlərə əməl edilməlidir: 1) Bilik sahibi оlmalı və bütün davranışlarda islam qayda-qanunlarına əməl etməli; 2) Batini elmi anlamalı. (İnsanın öz daxili aləmi ilə özünü təkmilləşdirmə ilə bağlı elm); 3) Sakit və ağır təbiətli оlmalı; 4) Səxavətli, mərhəmətli və co­mərd olmalı; 5) Şücaət sahibi olmalı (könlünü haqq-taalaya bağ­la­malı); 6)Nəfsə uymamalı, şəhvət hisslərindən qorunmalı; 7) Dün­yaya çox məhəbbət və ülfət etməməli, istəklərdən keçməli; 8) Kim­sə­yə acı və zərər verməməli, hər zaman xeyirxah və yardımçı olma­lı; 9) Yumşaq təbiətli, əffedici olmalı; 10) Gözəl əxlaq və mə­nə­viyyat sahibi olmalı; 11) Özünə rəva bilmədiyini, başqasına da rəva görməməli; 12) Kərəm sahibi olmalı (ətrafındakı insanlarla xoş­rəftar olmalı, onlara hədiyyələr verməli); 13) Təvəkkül sahibi ol­malı; 14) Təslim və riza sahibi olmalı (haqqa təslim olmaq və daim ondan razı qalmaq); 15) Qəzaya riza göstərməli; 16) Təvazökar olmalı və əhdə vəfa göstərməli; 17) Səbrli, təmkinli olmalı; 18) Əhd edib, söz verdiyini yerinə yetirməli.

Bektaşinin həmişə özündən əmin olması, son nəticədə bütöv bir toplumun bir-birindən əmin olmasına gətirib çıxarır. “Müsəlman kimdir?” sualına Məhəmməd Peyğəmbər (s) belə cavab verir: – “Müsəlman, müsəlmanın əlindən, dilindən əmin olan kimsədir”. Yəni əlinə, dilinə sahib olmaq müsəlman olmağın vacib şərti hesab edilmişdir. Demək, Bektaşi tərbiyə sisteminin qaynağı Həzrəti Peyğəmbərin (s) hədislərindən irəli gəlmişdir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin