Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Malım mülküm , sərvətlərim - hamısı evdə qaldı



Yüklə 3,59 Mb.
səhifə64/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   443
Malım mülküm , sərvətlərim - hamısı evdə qaldı

Oğlum, qızım, əqrabam, getdiyim yolda qaldı

Dostlarımdan, birisi, məndən heç ayrılmadı

Allah üçün yapdığım yaxşılıqlar məndə qaldı.

Bu baxımdan Hacı Bektaş Vəli insanlara dünya malına sarı­lan­lara heç nə əldə etməyəcəklərini, sonunda onlara həsrətlə ba­xa­caq­larını bildirir, mal-mülk toplamaq əvəzinə elm, bilik top­lamağı, mənəvi zənginliklərlə zənginləşməyi tövsiyə edərək yazırdı:



Dünyanın varlığına ey hirslə sarılanlar

Yeməyib, gətirməyib, yük altında qalanlar,

Başqasına qalırlar, həsrətlə toplananlar

Həsrətlə ayrılırlar axirətə yollananlar.

Bu fikirlərin davamı olaraq Bektaşilik insanoğlunun ən böyük bədbəxtçiliyinin də aşağıdakılar olduğunu söyləyir:



1.Mal, mülk və mövqe hərisliyi; 2) Yalançılıq və boğazına düşkünlük; 3) Qeybət, xəyanət, haqqı inkar və ədəbsizlik.

İnsanoğlunun xoşbəxtliyinin isə aşağıdakılar olduğu söylə­nilir:



1. Doğru, dürüst olmalı; 2) Gözəl əməl sahibi olmalı; 3) Özü­nü kamilləşdirmək üçün göstərilən səy; 4) Haramdan uzaq durmalı; 5) Hal əhli ilə söhbət etmək.

Beş ünsür də hər şeyin yazığı olduğunu göstərir:



  1. Günəşə qarşı yanan işıq; 2) Görməyən gözə qarşı gözəllik; 3) Corat torpağa qarşı gözəl yağmur; 4) Qarnı toxa qarşı xoş bir yemək; 5) Axmağa qarşı haqq sözü.

Bektaşi düşüncəsinə görə hər şey- xoşbəxtlik də, bədbəxtlik də, insanın “mələk”, ya “şeytan” olması da öz əlindədir, hər şey onun nüvəsində, kökündədir. Bu xüsusda Bektaşi belə deyir:


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin