Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Ey daşa, turabə gövhər deyən insan



Yüklə 3,59 Mb.
səhifə70/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   443
Ey daşa, turabə gövhər deyən insan,

İnsan öz lütfü-hüsnüylə gövhər deyilmi.

Bu gün pedaqoji elmin ən mühüm problemlərindən biri kimi təhsilin humanist, demokratik prinsiplər əsasında qurulması, insan şəxsiyyətinə böyük hörmət və məhəbbət Nəsimi ideyaları ilə həma­həng səsləşir.

Nəsiminin “Bəhrül-əsrar”əsəri bir çox illər, hətta XVIII-XIX əsrlərə qədər məktəb və mədrəsələrdə tədris edilmişdir ki, buradakı qəsidələr didaktik və tərbiyəvi əhəmiyyətli olmuşdur.

Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Tür­kiyə və İran xalqları arasında geniş yayılmışdır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilmişdir. Onun əsərləri bir çox dillərə çevrilmiş və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid etmişlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da belə keçmişlər.

Şairin əsərləri ilə tanış olduqda Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil almışdır. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologi­ya­ya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, elə­cə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əbu Əli ibn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüs­tərini, Əvhədi Marağalını və başqalarını göstərə bilərik.

Nəsimi “Bulunmaz” rədifli qəzəlində insanlıqdan danışarkən göstərir igidlik iddiasında olan kişi bunu əməli işində göstərməlidir. Sözü ilə əməli bir olmayan, hər çalma qoyan, amma xalqının işinə yaramayanları, hünər, mənsəb sahiblərinin insanlara yardım etməməsini kişilik saymaq olmaz:




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin