Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə85/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   443
5.2. Rusiya klassiklərinin

tərbiyə və təhsil haqqında fikirləri
K. D. Uşinskinin tərbiyə haqqında fikirləri. Böyük pedaqoq K.D.Uşinskinin (1824-1871) “İnsan tərbiyənin predmetidir” pedaqoji-psixoloji əsəri XIX əsrin 60-cı illərində Rusiyanın mütərəqqi ictimai fikrində mühüm rol oynamışdır. Bu əsərlə o, tərbiyə haqqında yeni fikirlər irəli sürmüşdür.

İnsan tərbiyənin predmetidir” əsəri 81 fəsildən ibarət olub 2 hissəni: “Fizioloji hissə”ni“Psixoloji hissə”ni təşkil edir. Burada irəli sürülmüş tərbiyəvi məsələlər həm fəlsəfi baxımdan işıqlandırılır, həm də onların mahiyyəti açıqlanır.

İnsan tərbiyənin predmetidir” traktatında təlim-tərbiyə nəzəriyyəsini elmi cəhətdən əsaslandıran Konstantin Dmitriyeviç Uşinski belə qənaətə gəlir ki, pedaqoji təcrübə ayrı-ayrı hallarda bir deyil, bir neçə səbəbə malik olan çox mürəkkəb prosesdir.

Əgər pedaqogika insanı hər cəhətdən tərbiyə etmək istəyirsə, o, əvvəlcə insanı hər cəhətdən də öyrənməlidir” müddəasına uyğun olaraq K.D.Uşinski aşağıdakı məşhur fikrini irəli sürür: “Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz dur­duğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün siniflərdə, bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında, yüksələn və alçalan hallarda, bədəncə sağlam və xəstə olan vaxt, hədsiz ümidlər içərisində və bütün insan təsəllilərinin gücsüz olduğu ölüm ya­ta­ğında olan zaman öyrənməlidir. O, ən çirkin və yüksək işlərin mey­da­na çıxması səbəblərini, cinayətlərin və yüksək fikirlərin baş ver­məsi tarixini bilməlidir. Yalnız bu zaman o, insan təbiətinin özün­dən tərbiyə vasitələrini əxz edə bilər bu vasitələr isə çoxdur”.

K.D.Uşinskiyə görə, səmərəli pedaqogikanın əsas yolu insanı tərbiyə predmeti kimi əsaslı surətdə öyrənməkdən ibarətdir. Peda­qoq alim K.D.Uşinski “İctimai tərbiyədə xəlqilik haqqında” əsə­rin­də yazırdı: “Hamı üçün ümumi olan tək bircə fitri meyl var ki, tər­bi­yə ona hər zaman arxalana bilər. Biz buna xəlqilik adı veririk”.

K.D.Uşinskinin tərbiyə sistemində xəlqilik əsas ideyanı təşkil edir. Bu onun pedaqoji konsepsiyasının əsas mərkəzidir.

K.D.Uşinski xəlqiliyi hər bir xalqın öz tarixinə və həmin xalqın səciyyəvi xüsusiyyələrinə müvafiq kimi başa düşürdü. Onun fikrincə, gənc nəslin tərbiyəsi xəlqilik üzərində qurulmalı və uşaqlarda milli iftixar hissi oyatmalıdır.

K.D.Uşinski yazırdı ki, hər xalqın özünəməxsus milli tərbiyə sistemi vardır: ona görə ki, bir xalqın başqa xalqdan tərbiyə sis­tem­lərini əxz etməsi mümkün deyildir. K.D.Uşinski əxlaq tərbiyəsinə böyük əhəmiyyət vermişdir. Onun fikrincə, tərbiyənin məqsədi-həm zehni, həm əxlaqi, həm də fiziki cəhətdən inkişaf etmiş və öz zəhməti ilə xalqına fayda verən mükəmməl insan yetişdir­məkdir.

Tərbiyə insanın formalaşmasında həlledici rol oynayır, insan tərbiyə nəticəsində insan olur. K.D.Uşinski tərbiyəni yalnız insan cəmiyyətinə xas olan ictimai hadisə hesab etmiş və onu biolojiləş­dirməyə çalışan hər cür təşəbbüsə qarşı çıxmışdır.

K.D.Uşinski gənc nəsildə vətənpərvərlik, xalqa bağlılıq, icti­mai vəzifə hissi, insanpərvərlik, əqidədə möhkəmlik, işgüzarlıq, çə­tin­liklərlə mübarizə üçün yüksək iradə və əzm, əməyə sevgi, doğ­ru­çu­luq, namuslu və intizamlı olmaq kimi müsbət əxlaqi key­fiy­yət­lərin tərbiyə edilməsini vacib sayırdı.

K.D.Uşinski şəxsiyyətin formalaşmasında əməyi mühüm şərt hesab edirdi. O, “Əməyin psixi və tərbiyəvi əhəmiyyəti” adlı mə­qa­lə­sində əməyi maddi sərvətlər yaradan mühüm şərt adlandıraraq yazırdı: “Əgər tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu xoş­bəxt­lik üçün tərbiyə etməməli, bəlkə də əmək həyatına hazırlamalıdır... Tərbiyə insanda əməyə adət və məhəbbət inkişaf etdirməlidir”.

Fiziki əməyə böyük əhəmiyyət verən K.D.Uşinski onun zehni əməklə birləşdirilməsini faydalı hesab etmişdir. Onun fikrincə, təlim əməkdir, özü də ağır zehni əməkdir; bu sahədə vərdişi olma­yan adam daha tez yorulur, buna görə də uşaqları zehni əməyə tədricən alışdırmaq lazımdır.

K.D.Uşinski qeyd edirdi ki, ictimai tərbiyə sahəsində hər kəsin öz yeri vardır. Lakin, bu orqanizmdə ən mühüm üzv müəllim­dir, tərbiyəçidir. Tərbiyəvi təsir inkişaf etmiş xarakterin yeni təşək­kül edən xarakterə təsiri deməkdir, xarakter insanın şəxsiy­yətin­dədir. Ona görə də tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsas­lan­­malıdır, çünki tərbiyə qüvvəsi ancaq insan şəxsiyyətinin canlı mənbəyindən axır.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin