Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


A.S.Makarenkonun tərbiyə haqqında fikirləri. A.S.Maka­renkonun



Yüklə 3,59 Mb.
səhifə86/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   443
A.S.Makarenkonun tərbiyə haqqında fikirləri. A.S.Maka­renkonun pedaqoji sisteminin əsas tələbi-kollektivdə, kollektiv vasitəsi ilə, kollektiv üçün tərbiyə prinsipidir. O, deyirdi ki, bizim tərbiyənin əsas vəzifəsi kolektivi ilk öncə təşkil və tərbiyə etməkdir. Kollektiv adamların təsadüfi toplanışı deyil, ümumi məqsədə çat­maq üçün müəyyən səlahiyyət, məsuliyyət hiss edən adamların birliyidir.

Kollektiv-mütəşəkkil şəxslərin, kollektiv orqanlara malik şəx­siyyətlərin məqsədə yönəlmiş kompleksidir. Kollektiv canlı ic­ti­mai orqanizmdir, ona görə orqanizmdir ki, onun orqanları vardır, bu­rada vəkalət, məsuliyyət, hissələr arasında nisbət, asılılıq vardır; bunlar olmazsa, kollektiv də ola bilməz, sadəcə qurum və ya yığım ola bilər.

A.S.Makarenkonun tərbiyə sistemində “paralel təsir” prinsipi mühüm yer tutur. Bu prinsipə görə, kollektiv üzvinə şəxsən pe­da­qoji təsir etməklə yanaşı, həm də kollektiv vasitəsi ilə də təsir edil­mə­lidir. Onun tərbiyə sistemində əsas məsələlərdən biri hu­ma­nizm­dir, insanlara qayğıdır. O deyirdi ki, insandan mümkün qədər daha çox tələb etmək və ona olduqca ehtiramla yanaşmaq lazımdır.

A.S.Makarenkonun tərbiyə sistemində digər əsas məsələ­lərdən biri “perspektiv xətlər sistemi”dir. Görkəmli pedaqoq qeyd edirdi ki, insan öz gələcəyində sevindirici bir şey görməsə, dünyada yaşaya bilməz. İnsanın həyatının əsil stimulu sabahkı sevincdir. Pe­daqoji prosesdə bu sabahkı sevinc çox mühüm əhəmiyyətə malik­dir.

Odur ki, qarşıya hər zaman yeni-yeni məsələlər qoyulmalı və onların əldə edilməsi uğrunda mübarizə aparılmalıdır. Bu sistem uşaq­ları həmişə fərəhli və gümrah saxlayır, onları yaradıcılıqla işləməyə, dayanmadan irəli getməyə alışdırar. Bu çox ciddi, düşü- nülmüş, planlı iş üsuludur.

A.S.Makarenko insanın tərbiyə və yenidəntərbiyə edilmə­sində əməyin rolunu yüksək qiymətləndirirdi. O, deyirdi ki, intizam tərbiyənin təkcə vasitəsi deyil, həm də tərbiyənin nəticəsidir.

Pedaqoqun fikrincə, günahkar və intizamsız adamları cəzasız buraxmaq olmaz. Əsas məsələ cəzanı necə tətbiq etməkdədir. Cəza sistemsiz, mənəvi cəhətdən təhqiredici və tələsik olmamalıdır, cəza fərdi səciyyə daşımalı və günaha müvafiq verilməlidir. Cəza ver­məz­­dən əvvəl izahat işi aparılmalıdır.

A.S.Makarenko intizam tərbiyəsində cəzalandırma ilə yanaşı, rəğbətləndirmənin böyük əhəmiyyət kəsb etdiyini əsaslandırmışdır. O, rəğbətləndirməyə müəllifin tərifini, yoldaşların ehtiramını, əmrlə təşəkkür verməyi, uşaqlara məsul işlər tapşırmağı aid edirdi.

A.S.Makarenko uşaqlara təsir göstərən tədbirlər sırasında ictimai rəyin, şəxsi nüfuzun və nümunənin, sərəncamın, inandırma və izahatın, ənənə və rejimin əhəmiyyətini xüsusi vurğulayırdı.

A.S,Makarenko yazırdı: “Normal uşaqlar və normal vəziyyətə gətirilmiş uşaqlar tərbiyənin daha çətin obyektləridir. Onların xasiy­yəti çox yumşaq, tələbləri müxtəlif, mədəniyyəti dərin, münasi­bət­ləri müxtəlifdir. Onlar sizdən güclü iradə, yüksək həyəcan deyil, yüksək texnika tələb edirlər”.

A.S.Makarenko koloniya və kommunada işləyərkən fiziki tər­bi­yənin gəzinti, turizm, oyun, idman, gimnastika vasitələrindən ge­niş istifadə etmiş, bədii tərbiyəni əqli, əxlaqi, fiziki tərbiyə ilə əla­qə­lən­dirmişdir.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin