Layihələndirmə
mərhələsində
“Tipik
nümunənin
yoxlanılması” modulu B təklif olunur. Sifarişçi səlahiyyətli orqana
aşağıdakı sənədləri təqdim edir: məmulatın (tipin) nümunəsini,
nümunəni şərh edən sənədləri, layihənin konsepsiyasını, çertyojları,
komponentlərin sxemlərini, tam, yaxud qismən tətbiq olunan stan-
dartla
rın siyahısını; hesabatların və ekspertizaların nəticələrini,
sınaqların protokollarını.
Sınaqların nəticələri müsbət olduqda səlahiyyətli orqan
sifarişçiyə “AB” tipini təsdiq edən sertifikat verir. Sertifikat
ekspertizanın nəticələrini, onun qanuniliyini, təsdiq olunmuş
nümunənin eyniləşdirilməsi üçün verilənləri və digər məlumatları əks
480
etdirməlidir. Sertifikatlaşdırma üzrə digər orqanlar təcili olaraq
verilmiş tipi təsdiq edən sertifikatın verilməsi haqqında
məlumatlandırılır. Əgər sınaqların nəticələri mənfi olarsa, yaxud
əvvəllər verilmiş “AB” sertifikatı ləğv olunarsa, onda sınaq orqanı bu
barədə digər səlahiyyətli orqanları və ona bu səlahiyyətləri vermiş
dö
vlətləri məlumatlandırmağa borcludur. Edilmiş dəyişikliklər təhlü-
kəsizlik tələblərinə uyğunsuzluğa gətirə bildiyi halda, təsdiq olunmuş
nümunənin modifikasiyaları sınaqlardan keçməlidir.
İstehsal mərhələsi üçün dörd modul təklif olunur.
Modul S “
Məhsulun uyğunluğu haqqında istehsalçının
deklarasiyası (variant 1)”. Istehsalçı bildirir ki, onların təqdim etdiyi
məhsullar “AB” sertifikatı almış nümunəyə tam uyğundur. Istehsalçı
məmulatı
uy
ğunluq nişanı ilə bağlamada, onu müşayiət edən
sənədlərdə, yaxud məmulatın özündə həkk etməklə markalaya bilər.
Istehsalçı istehsalın bütün mərhələlərində keyfiyyətin sabitliyini
təmin edən lazımi tədbirlərin görülməsinə və bütün məmulatların
sertifikatlaşdırılmış tipə tam uyğunluğuna görə məsuliyyət daşıyır.
Modul 0 “
Məhsulun uyğunluğu haqqında istehsalçının
deklarasiyası (variant 2)”. İstehsalçı üçün Modul S-də nəzərdə
tutulmuş bütün öhdəliklərə uyğun olaraq bu modulda keyfiyyətin
təmin edilməsi sisteminin istehsalatda təşkil edilməsi və ona AB-nin
nəzarət xidməti tərəfindən nəzarətin vacibliyi nəzərdə tutulmuşdur.
Sertifikat
laşdırma üzrə səlahiyyətli orqan keyfiyyət sistemini 29000
seriyalı (İSO 9000) Avropa standartına uyğunluğu qiymətləndirir.
Keyfiyyət sisteminə nəzarət istehsalçının sertifikatlaşdırma
(
qiymətləndirmə) ilə bağlı öhdəlikləri yerinə yetirdiyinə arxayın olmaq
üçün
aparılır.
Modul E “
Məhsulun uyğunluğu haqqında istehsalçının
deklarasiyası (variant 3)” keyfiyyətin sabit səviyyəsini istehsalın
bütün
mərhələlərində təmin etməyə və bütün məmulatların “ES”
sertifikatında göstərilmiş tipə və həmçinin bu məmulatların
direktivlərin tələblərinə uyğunluğuna nail olmağa borcludur.
Istehsalçı səlahiyyətli orqanı seçir və o da bütün məmulatların key-
fiy
yətinin aşağıdakı prosedurlardan biri ilə uyğunluğunu yoxlayır.
Yoxlamalar
seçilmiş məmulatlar üçün aparılır.
Birinci prosedur–
məhsul statistik nəzarətə uğradılır: istehsalçı
481
məmulatlar partiyasını təqdim edir və hər partiyadan bir nümunə
seçilmiş meyarlara uyğunluğa yoxlanılır. Əgər məmulatlar partiyası
qeyri kondision,
yəni şərtlərə uyğun olmayan kimi qəbul edilmişdir-
sə, nəzarətedici orqan məhsulun təchizatının qarşısını alan tədbirlər
görür.
İkinci prosedur–yerlərdə məhsulun dövri yoxlamalarıdır.
Nümunə, tələblərinə uyğun hazırlandığı standartda nəzərdə tutulmuş,
ekspertizaya
və sınaqlara uğradılır. Qüsurlar üzə çıxdıqda
nəzarətedici orqan lazımi tədbirlər görür.
Modul F. “
Səlahiyyətli orqan tərəfindən yoxlama (variant 1)”.
Səlahiyyətli orqan yoxlamaların nəticələrinə görə məmulatın “ES”
tipli sertifikata
və həmçinin Direktivlərin müvafiq tələblərinə uyğun-
lu
ğunu (yaxud uyğunsuzluğunu) təsdiq edir. Hər məmulat
uyğunluq nişanı ilə markalanır, istehsalçıya isə uyğunluq sertifikatı
verilir.
nişanı onu verən orqanın rəmzi ilə müşayiət olunur.
Layihələndirmənin və istehsalın birləşdirilmiş mərhələləri.
Bu
mərhələlərdə üç modul məsləhət görülür.
Modul A.
Uyğunluq haqqında istehsalçının deklarasiyası.
Istehsalçı yazılı surətdə rəsmi olaraq bildirir ki, onların hazırladığı
məmulat Direktivin tələblərini ödəyir və
nişanı ilə markalanır.
Modul G. “AB”-
də uyğunluğun yoxlanması (variant2). Ayrıca
gö
türülmüş məmulatın, yaxud kiçik seriyalı məhsulların yoxlanması
üçün
istifadə olunur. Səlahiyyətli orqan yoxlamanın nəticələrinə görə
məmulatın uyğunluğunu təsdiq edir və
nişanı ilə markalamaq
hüququ
ilə uyğunluq sertifikatını verir. Hər bir məmulat standarta
uyğun ekspertizaya və sınaqlara uğradılır. Səlahiyyətli orqana layihə
üzrə bütün lazımi sənədlər təqdim olunur.
Modul N. “
Layihənin və məhsulun uyğunluğu haqqında
istehsalçının deklarasiyası”. Istehsalçı müəyyən tipin layihəsinin
Direktivin
tələblərinə uyğunluğunu və məhsulun verilmiş tipə
uyğunluğunu rəsmi olaraq bildirir. Bundan başqa istehsalçı, AB
xidmətləri tərəfindən nəzarətə götürülməli və keyfiyyətin təmin
edilməsi sistemi mütləq tətbiq edilməlidir.
Bütün
modulların bir-birini tamamlamasına baxmayaraq,
onlardan
ayrı-ayrılıqda istifadə etmək olar. Modullu yaxınlaşma AB
482
çərçivəsində uyğunluğun təsdiq edilməsi sisteminin çevikliyini təmin
edir.
Belə yaxınlaşmadan milli sistemlərdə də istifadə etmək müm-
kündür.
Direktivlər müəyyən növ məhsullar üçün uyğunluğun
qiymətləndirilməsinin alternativ üsullarından istifadə edilməsini
mümkün
sayır. Məsələn: 93/42/AB direktivi dərman vasitələri üçün
keyfiyyətin təmin edilməsi üsullarını və alternativ nəzarət növlərini
müəyyən edir.
nişanı standarta uyğunluq haqqında şəhadət vermir,
lakin ES
Direktivinə uyğunluğunu təsdiq edir. Beləliklə,
nişanlı məhsul “əsas tələblərə” (təhlükəsizlik, ekoloji) cavab verir və
AB-
yə üzv ölkələrin bazarlarında sərbəst dövr edə bilir. “Köhnə”
direktivlərdən fərqli olaraq “yeni” direktivlərdə Avropa standartlarına
(Avronormalara) istinadlar
vardır. Ona görə də
ni
şanlı məhsul
faktiki olaraq
tamamilə standarta uyğun olur və bu uyğunluğun hər
hansı bir sübuta ehtiyacı olmur.
Avropalı istehsalçıya ixtiyari normativ sənədə uyğun məhsul
buraxmaq
hüququ
verilmişdir.
Lakin
o,
məhsulun
xarakteristikalarının AB tərəfindən qoyulan tələblərə tam uyğun
olduğunu sübut etməlidir. Əgər istehsalçının buraxdığı məhsulun pa-
rametrləri
direktivdə
gö
stərilmiş
standartın
tələblərindən
yüksəkdirsə, onda o, bunu məhsulu könüllü qaydada sınaqdan
keçirməklə sübut etməlidir. Bu zaman keyfiyyətin yüksək olduğunu
təsdiq edən nişandan istifadə mümkündür. Məsələn: belə hal üçün
Finlandiyada Fi
nişanı mövcuddur.
Konkret olaraq AB
Direktivində məhsulun təchizatçısının,
yaxud
istehsalçısının istəyi ilə bir neçə (iki-üç) modulun tətbiq
edilməsinin mümkünlüyü müəyyən olunmuşdur.
Modulların
izahından
görünür
ki,
uyğunluğun
qiymətləndirilməsi prosedurları qarışıq xarakter daşıyır. Onlarda
istehsalçının və sertifikatlaşdırma üzrə səlahiyyətli orqanın fəaliyyəti
nəzərdə tutulur. Buna uyğun olaraq istehsalçının ərizə-
deklarasiyasında və sertifikatlaşdırmanın atributları kimi
sertifikatdan
və uyğunluq nişanından istifadə edilir. Səlahiyyətli
orqan üçüncü
tərəf olduqda, modullar sertifikatlaşdırma proseduruna
yaxın olur. Istehsalçının və səlahiyyətli orqanın fəaliyyətinin
483
uzlaşdırılması modullara nəinki qiymətləndirmə, həmçinin uyğun-
luğu təmin edən üsul kimi baxmağa imkan verir.
uyğunluq nişanı, məhsulun ona aid olan yeni qaydalı
direktivlərin bütün tələblərinə uyğun olduğunu təsdiq edən vahid və
yeganə nişandır. Direktivlər, yaxud standartlar haqqında məlumat
sınaq protokollarında və uyğunluq sertifikatlarında verilməlidir.
Sertifikatlaşdırılmamış məhsuldan təyinatına görə istifadə
edildikdə, istifadə edəndən müəyyən ehtiyat tədbirlərinin görülməsi
tələb olunur. Direktiv belə vəziyyət üçün xüsusi xəbərdarlıq nişanı–
“
Istehlakçı, ehtiyatlı ol” nişanını nəzərdə tutmuşdur.
AB ö
lkələri üçün vahid uyğunluq qiymətləndirilməsi sistemini
tətbiq edərkən, milli sertifikatlaşdırma sistemlərinin bu sistemdə yeri,
rolu
və prosedurların qarşılıqlı tanınması ilə bağlı bir sıra, heç də
sadə olmayan problemləri meydana çıxmışdır. Bu problemlərin həlli
yollarından biri xüsusi orqanın-Sınaqlar və sertifikatlaşdırma üzrə
Avropa
təşkilatının ( SSAT-EOIS) yaradılması olmuşdur.
Sınaqlar və sertifikatlaşdırma üzrə Avropa təşkilatı. 1990-
cı ildə qarşılıqlı anlaşma haqqında Memoranduma əsasən AB
Komissiyası, azad ticarət üzrə Avropa assosiasiyasının (ATAA–
EAST) Katibliyi
və Standartlaşdırma üzrə Avropa Komitəsi (SAK–
SEN), Elektrotexnikada
standartlaşdırma üzrə Avropa Komitəsi
(ESAK–SEHELEK))
tərəfindən sınaqlar və sertifikatlaşdırma üzrə
Avropa
təşkilatı (SSAT–EONS) təsis edilmişdir. 1993-cü ildə SSAT
asılı olmayan qeyri-ticarət Beynəlxalq assosiasiyası statusunu
almışdır.
SSAT-a,
fəaliyyətləri sertifikatlaşdırma və sınaqlarla bağlı olan
uyğunluğun qiymətləndirilməsi üzrə 18 Avropa ölkəsinin və 8 Avropa
təşkilatının milli komitələri daxildir. Bunlar informasiya texnikası üzrə
Avropa
komitəsi (ITAK–ESITC), keyfiyyət sisteminin attestasiyası və
sertifikatlaşdırılması üzrə Avropa komitəsi (KSASAK–EQS), laborato-
ri
yaların akkreditasiyası üzrə Qərbi Avropa təşkilatı (LAQAT–
WELAC),
AB
istehsalçılarının Məsləhətçi Şurası, ATAA
istehlakçılarının Məsləhətçi Şurası, laboratoriyaların attestasiyası üzrə
Avropa
təşkilatı (LAAT–EUROLAB), kalibrləyici laboratoriyaların
akkredita
siyasının qarşılıqlı tanınması üzrə Qərbi Avropa təşkilatıdır
(KLAQTQAT–WECC).
484
SSAT-
ın əsas vəzfəsi məhsulların və xidmətlərin sərbəst
yerdəyişməsini, təmiz rəqabəti təmin etmək üçün uyğunluğun
qiymətləndirilməsi ilə məşğul olan üzv ölkələrdə və Avropa
təşkilatları arasında qarşılıqlı anlaşmanın və qarşılıqlı inamın
bərqərar edilməsidir. SSAT-ın məqsədi elə bir mühitin
yaradılmasıdır ki, burada maraqlı tərəflər üçün sınaqlardan, yaxud
sertifikatlaşdırmadan keçmiş məhsulların, xidmətlərin və texnoloji
proseslərin təkrar yoxlamalardan keçirilməsinə ehtiyac qalmasın.
SSAT
həm həqiqi, həm də assosiasiya olunmuş üzvlük nəzərdə
tutur.
Təşkilatın həqiqi üzvləri səsvermə hüququna malikdir. Həqiqi
üzvlər milli və milli Avropa üzvlərinə bölünürlər. Milli üzv–AB-nin
və ATAA-nın üzv ölkələrinin bütün maraqlı təşkilatlarını təmsil
etməyə hüququ olan orqandır. Avropa üzvü–AB-nın və ATAA-nın
beşdən az olmayaraq üzv ölkəsini birləşdirən və həmçinin
sahələrarası maraqları əks etdirən ixtiyari qrupdur. Gəlirsiz işləyən
ixtiyari Avropa
təşkilatı, səsvermə hüququ olmadan, SSAT-ın
assosiasiya
olunmuş üzvü ola bilər.
SSAT xarici
əlaqələri (AB-nin üzvü olmayan ölkələrlə
sınaqların və sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması
haqqında müqavilələrin bağlanması) yerinə yetirir və sahə
komitələrinin qüvvələri ilə AB-nin daxilində EN 45000 seriyalı
Avropa standart
ları əsasında, uyğun müqavilələrin bağlanmasına kö-
mək edir. Məhsulu xarici ölkələrə göndərənlər (ixrac edənlər)
bilməlidirlər ki, Qərbi Avropa ölkələrinin bazarlarında 45000 seriyalı
Avropa
normalarının tələblərinə uyğun mərkəzlər tərəfindən verilmiş
sertifikatlar ta
nınır.
EN 45000
seriyalı yeddi Avropa standartı sınaqlara,
sertifikatlaşdırmaya və sınaq mərkəzlərinin akkreditasiyasına
aiddirlər. Onlarda sınaq laboratoriyalarının fəaliyyətinin
qiymətləndirilməsi (EN 45000 və EN 45002), sınaq laborato-
riyalarının akkreditasiyası üzrə orqanların qiymətləndirilməsi (EN
45003) meyarla
rı saxlanılır. EN 45011, EN 45012, EN 45013, EN
45014
standartları sertifikatlaşdırma orqanlarının, keyfiyyət
sisteminin
və heyətin sertifikatlaşdırılması üzrə orqanların işlərinə
tələbləri əks etdirir. Bu standartda məhsulun standartın tələblərinə
uy
ğunluğu haqqında təchizatçının deklarasiya forması da verilir. Bu
485
standartların rəsmi olaraq milli standartlar kimi qəbul olunması,
müxtəlif sertifikatlaşdırma və sınaq mərkəzlərinin sertifikatlaşdırma
və sınaqlarının nəticələrinə yüksək inam səviyyəsinin yaranmasını
mümkün edir. AB ö
lkələrində hökumət səviyyəsində ancaq o mər-
kəzlər tanınır ki, onlar öz fəaliyyətlərini 45000 seriyalı Avropa
normalarına tam uyğun təşkil edir.
SSAT strukturunda
aşağıdakı qurumlar fəaliyyət göstərir: şura,
xüsusiləşdirilmiş komitələr, sahə komitələri, müqavilələri idarə etmə
qrupları, kömək üçün inzibati infrastruktur.
Şura, uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyəti
əlaqələndirir, qiymətləndirmə prinsiplərinə və prosedurlarına
yanaşmada aşkarlığı təmin edir, təşkilatın fəaliyyəti haqqında
informasiyanı nəşr edir, sınaqların nəticələrinin qarşılıqlı
tanınmasında, perspektivliliyin təyin edilməsində AB Komitəsinə
kö
mək edir və prosedurların düzgünlüyünə nəzarət edir. Şura aşağıda
adı çəkilən 14 üzvdən ibarətdir: bir üzv təşkilatda olan dövlətlərin
ümumi
maraqlarını təmsil edir; üç üzv–istehlakçı təşkilatlardan,
həmkarlardan və Avropa Sənayesi Təşkilatından; bir üzv–hər xüsusi
və sahə komitələrindən, AB Komissiyasından və standartlaşdırma
üzrə hər Avropa Təşkilatından.
Xüsusiləşdirilmiş komitələr qaydaları və prosedurları
işləyir, onların yerinə yetirilməsinə nəzarət edir, öz ekspertlərinin
qüvvələri ilə texniki ekspertizaları təşkil edir, sertifikatlaşdırma,
sınaqlar, yaxud nəzarət üzrə qarşılıqlı tanınma haqqında müqavilə-
lərin bağlanmasına kömək edir, məhsulun keyfiyyətinin idarə
olunması sahəsində EN 29000 və sınaqlar sahəsində EN 45000
əsas Avropa standartlarının şərhi (interpretasiyası) və tətbiqi üzrə
məsləhətlər verir və texniki kömək göstərir.
Sahə komitələri, istehsalçılar, istehlakçılar və digərləri də
daxil
olmaqla
üzv
ö
lkələrdən və maraqlı tərəflərin
nümayəndələrindən təşkil olunurlar. Onların fəaliyyəti istehsalın
müəyyən sahəsinin xüsusiyyətlərinə və tələbatlarına uyğun
konkretləşdirilir. Ümumiyyətlə, sahə komitələri maraqlı tərəfləri
lazımi informasiya ilə təmin etməlidir; qarşılıqlı tanınma haqqında, o
cüm
lədən beynəlxalq səviyyədə müqavilələrin bağlanması üzrə
sahələrdə görülən işləri uzlaşdırmalıdırlar; AB-nin hüdudlarından
486
kənarda digər regionların və ölkələrin analoji təşkilatları ilə əlaqələr
saxlamalıdırlar.
Müqavilələri idarəetmə qrupları qarşılıqlı tanınma haqqında
müqavilələrin bağlanması üçün qaydalar işləyir və onların yerinə
yetirilməsinə nəzarət edir, milli sertifikatlaşdırma sistemlərinin
fəaliyyətini müşahidə edir, şura, sahə və xüsusiləşdirilmiş
komitələrlə daimi əlaqə saxlayır, onları öz işi və yaranmış
ehtiyaclarla (
tələbatlarla) tanış edir.
Kö
mək üçün inzibati infrastruktura standartlaşdırma üzrə
Avropa
Komitəsinin
(SAK–SEN)
və
elektrotexnikada
standartlaşdırma üzrə Avropa Komitəsinin (ESAK–SENќLEK)
imkanları ilə təmin olunur. Infrastrukturda əsas yeri informasiya ilə
təmin etmək tutur. Standartlaşdırma üzrə vahid informasiya sis-
temindən (SVIS–ISIS) AB-nin üzv ölkələrinin standartlaşdır-ma üzrə
bütün
təşkilatları istifadə edir.
Sertifikatlaşdırma, sınaqlar və sınaq laboratoriyaları haqqında
informasiyanı “Promoloq-Sertifikat” sistemi təqdim edir. Bu sistemə
müəyyən normativ sənədlərə uyğunluğa sertifikatlaşdırılmış
məhsullar, bu sənədlərin özləri, müəyyən növ məmulatlar üçün
sertifikatlaşdırma
sisteminin
xüsusiy
yətləri,
konkret
sertifikatlaşdırma sisteminin qaydaları və prosedurları, uyğunluq
nişanları, konkret məmulatın analoqları, onu hazırlayanlara, təhlükə-
sizlik
xarakteristikalarına, keyfiyyətə və s. aid ətraflı və geniş
məlumatlar daxil edilmişdir. Nəzərdə tutulur ki, bu informasiya
sisteminə, gələcəkdə, SVIS-in bir hissəsi kimi baxılacaqdır:
Sertifikatlaşdırma sahəsində AB-nin siyasəti keyfiyyət üzrə
siyasətlə uzlaşdırılır ki, onun da əsas müddəaları aşağıdakılardır.
İnsanların sağlamlığını qorumaq, onların təhlükəsizliyini təmin
etmək, ətraf mühiti qorumaq vacib olduğundan məhsulun əsas
tələblərə uyğunluğu məcburi olmalıdır. Məcburi uyğunluğa,
effektivliyin
yüksəldilməsinə,
rəqabətə
davamlılığa
və
mükəmməlliyə nail olmağa yönəlmiş, idarəetmə metodlarını tətbiq
etmək qeyri-məqbuldur. AB-nin keyfiyyət sahəsində siyasəti “ üfiqi
yaxınlaşma” prinsipi bazasında qurulur. Onun əsas mahiyyəti
rəqabətə davamlılığı aşağı olan sahələri irəli “çəkmək” və üstünlük
əldə etməklə orada mövqeləri möhkəmləndirməkdir. Bu, sənayenin
487
hər hansı bir sahəsində bütün qüvvələrin cəmləşdirilməsi ilə bağlı
olmamalıdır. Bu konsepsiyanın əsas məqsədi Avropa İttifaqı
vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsidir.
Keyfiyyətin idarə olunmasına belə yanaşma strateji idarə
olunmaya yeni metodla
yaxınlaşmanı tələb edir. Bu da keyfiyyətin
ümumi
idarə olunması TQM (total dualite manegment)
konsepsiyasına daha çox uyğundur. Xarici ölkələrdə TQM-ə
keyfiyyətin idarə olunmasının daha yüksək pilləsi kimi baxılır.
AB
keyfiyyət sahəsində siyasətin aşağıdakı əsas məqsədlərini
təyin edir:
• Avropa
firmalarının daxili və xarici bazarlarda rəqabətə
davamlılığının yüksəldilməsi;
• vahid
bazarın texniki əsasını təmin edən infrastrukturun
inkişaf etdirilməsi;
•
təchizatçıların və istehlakçıların partnyorluğunun möh-
kəmləndirilməsi;
•
əməyin keyfiyyətinin və effektivliyinin yüksəldilməsi;
•
Avropanın sənaye potensialının artırılması.
Gö
stərilən məqsədlər uyğunluğun qiymətləndirilməsi siyasəti
ilə uzlaşır. Sertifikatlaşdırma praktikası isə öz növbəsində, keyfiyyət
və rəqabətə davamlılıq sahəsində, AB-nin siyasətinin ümumi
məqsədlərinə nail olmasına kömək edir.
AB-
də sertifikatlaşdırma məhsulun keyfiyyətinin idarə
olunması sferasına dərin nüfuz etmişdir. Faktiki olaraq, bütün Qərbi
Avropa ö
lkələri keyfiyyət sistemlərini İSO 9000 standartlarının
uyğunluğuna sertifikatlaşdırmışdır və daha yüksək pilləyə–TQM-dən
istifadəyə keçirmişdir. Bu da öz növbəsində keyfiyyətin idarə
olunmasının strategiyası kimi qəbul edilmişdir.
18.2. MDB-
də sertifikatlaşdırma
MDB
məkanında sertifikatlaşdırma üzrə fəaliyyətin
istiqamətini təyin edən əsas sənəd 1992-ci ildə imzalanmış
Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində
razılaşdırılmış siyasətin aparılması haqqında” Müqavilədir.
Müqavilənin sertifikatlaşdırmaya aid müddəaları əsasında birliyin
488
ö
lkələri
sertifikatlaşdırma
sisteminin
forma
laşdırılmasında,
realizəsində və bu sahədə işlərin təşkilində tam sərbəstliyə
malikdirlər. Onlar İSO/BEK-in Rəhbəredici sənədləri və bu sahədə
yığılmış təcrübəni nəzərə almaqla milli sertifikatlaşdırma sistemlərini
formalaşdırır.
Rusiyanın ГОСТ R Sistemi daha çox beynəlxalq qaydalarla
uzlaşdırıldığından MDB ölkələri sertifikatlaşdırma üzrə metodik
sənədləri tərtib edərkən Rusiyanın qaydalarını əsas götürmüşdür.
Müqaviləni imzalayan dövlətlər sertifikatlaşdırma üzrə
orqanların, sınaq laboratoriyalarının sınaqlarının və sertifikatlaşdır-
manın nəticələrinin, qarşılıqlı təchiz olunan məhsula sertifikatların və
uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında razılıq əldə
etmişlər. Sonrakı qarşılıqlı tanınma üçün aşağıdakı akkreditasiya
şərtləri də qəbul edilmişdir: milli sertifikatlaşdırma sistemində
orqanların və laboratoriyaların akkreditasiyası; sınaq laboratoriyala-
rının sınaqları dövlətlərarası standartlar əsasında aparmaq üçün
praktiki
təcrübəsinin olması; MDB ölkələrinin qoşulduğu və tanınma
haqqında məsələləri həll edən, beynəlxalq sertifikatlaşdırma
sistemlərində akkreditasiya.
Beynəlxalq sertifikatlaşdırma sistemlərində tərəflər müstəqil
iştirak edir. Müqavilə, tərəflərin beynəlxalq sertifikatlaşdırma
sisteminin
qaydalarından irəli gələn hüquq və vəzifələrinə toxunmur.
Sertifikatlaşdırma sınaqları ixtiyari ölkənin akkreditasiya
olunmuş laboratoriyasında aparıla bilər.
Müqavilənin iştirakçısı olan ölkələrdə tanınmış beynəlxalq,
dö
vlətlərarası, yaxud milli standartlar sertifikatlaşdırmanın normativ
bazası kimi qəbul edilmişdir.
Müqaviləni imzalayan ölkələr qarşılıqlı təchizolunan məhsulun
məcburi sertifikatlaşdırılmasının mərhələli tətbiq olunma qaydasını
razılaşdırmaq, sınaqların nəticələrinin obyektivliyini və məhsulun
sertifikatlaşdırılmasının nəticələrinin düzgünlüyünü təmin etmək
barədə razılığa gəlmişlər.
Məhsulu idxal edən ölkədə sertifikatlaşdırmanın tələblərinin
gö
zlənilmədiyi müəyyən olunduğu halda milli sertifikatlaşdırma
orqanı öz ölkəsində sertifikatların tanınmasını saxlama səlahiyyətinə
malikdir, bu
barədə məhsulu ixrac edən ölkənin milli orqanına və
489
standart
laşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlət-
lərarası Şuranın Texniki katibliyinə xəbər verməlidir.
Sertifikatlaşdırma üzrə razılaşdırılmış siyasətin sonrakı inkişafı
1994-cü il üçün
imzalanmış “Sertifikatlaşdırma üzrə işlərin
aparılması və qarşılıqlı tanınması prinsipləri haqqında Müqavilə”
sənədində öz əksini tapmışdır. Bu Müqavilənin əsas müddəaları
aşağıdakıların tanınmasını təmin edir:
•
təsdiq olunmuş siyahıya uyğun olan və məcburi
sertifikatlaşdırılmalı məhsullara və xidmətlərə sınaq protokollarını,
sertifikatların və uyğunluq nişanlarının qarşılıqlı tanınması; milli
sertifikat
laşdırma sistemlərinin və onların verdikləri sertifikatların,
müəyyən olunmuş prosedurların gözlənildiyi şərt daxilində qarşılıqlı
tanınması;
•
Müqavilənin iştirakçısı olan ölkələrin ekspertlərinin
fikirlərini (rəylərini, mülahizələrini) nəzərə almaqla standartlaşdırma,
metrologiya
və sertifikatlaşdırma üzrə milli orqanlar tərəfindən
sertifi
katlaşdırma üzrə orqanların akkreditasiyası;
•
Müqavilənin iştirakçısı olan ölkələrin sertifikatlaşdırılmış
məhsula inspeksion nəzarətin yerinə yetirilməsi hüququ;
• MDB-
yə üzv ölkələrin heç də hamısı eyni səviyyədə
qarşılıqlı tanınma haqqında çoxtərəfli müqavilələrin bağlanmasına
hazır olmadığı üçün qərara alınmışdır ki, hələlik ikitərəfli
müqavilələr bağlansın. Belə müqavilələr milli sertifikatlaşdırma
orqanları səviyyəsində bağlanır.
Sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında
müqavilə aşağıdakıları təyin edir:
• milli
sertifikatlaşdırma sistemlərində akkreditasiya olunmuş
sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriya-larının qarşılıqlı
tanınması şərtlərinin və prosedurlarının konkret müddətlərini;
•
qarşılıqlı tanınma haqqında Müqavilə çərçivəsində göndə-
rilən məhsulun təhlükəsizliyinin təsdiq olunması qaydasını,
istehsalçının və sertifikatı verən orqanın ixrac olunan məhsulun
təhlükəsizliyinə cavabdehliyini. İxrac edən ölkənin sertifikatını məh-
sulu
qəbul edən tərəf, xarici sertifikatların tanınması üçün nəzərdə
tutulmuş qaydada tanıyır.
MDB
məkanında sertifikatlaşdırmanın inkişafı istiqamə-tində
490
mütərəqqi addım, Müqavilənin iştirakçısı olan ölkələr üçün,
standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə vahid
tələbləri müəyyən edən normativ sənədlərin qəbul edilməsi
olmuşdur. Bunlar, həmcins qrup məhsulların sertifikatlaşdırılması
qayda
sını və bir sıra xidmət növlərini müəyyən edən, dövlətlərarası
normativ
sənədlərdir.
Dö
vlətlərarası Şuranın qəbul etdiyi qərarlar arasında bütün
iştirakçı ölkələr üçün laboratoriyaların akkreditasiyası üzrə Avropa
təşkilatına oxşar akkreditasiya üzrə Avropa - Asiya regional təşkilatı
(EAL) haq
qında razılıq mühüm əhəmiyyətə malikdir.
Sertifikatlaşdırmanın təşkilində Dövlətlərarası Şura tərəfindən
ö
lçmə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamənin
qəbul edilməsini də irəliləyiş saymaq olar. Əsasnamədə deyilir
«
Müqavilənin iştirakçısı olan ölkədən ölçmə vasitələrinin idxalına
(
ixracına) maraqlı olan təşkilat öz milli orqanı vasitəsilə ixrac (idxal)
edən ölkənin milli orqanına sertifikat və yoxlama metodikası ilə
birlikdə istismar sənədlərini təqdim edir». Bu vəziyyət qarşılıqlı
təchiz olunan məhsulun sınaqlarının nəticələrinin iştirakçılar
tərəfindən tanınması üçün prinsipial əhəmiyyətə malikdir.
Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə
Dö
vlətlərarası Şura daimi fəaliyyətdə olan texniki katibliyin və bir
neçə işçi qrupun işinə rəhbərlik edir. Onların arasında aşağıdakı
qrupları göstərmək olar: standartlaşdırma, vaxtın və tezliyin
vahidliyinin
təmini, texniki-iqtisadi və sosial informasiyanın
sinifləşdirilməsi və kodlaşdırılması, standart nümunələr və s. üzrə
qruplar.
Dö
vlətlərarası Şuranın fəaliyyətində aşağıdakıları əsas
nailiyyət saymaq olar:
•
keçmiş SSRİ-nin normativ sənədlərinin, bütün fondlarının
və etalonlar bazasının saxlanılması. Bu MDB çərçivəsində
standartlaşdırmanın və metrologiyanın təkmilləşdirilməsi üzrə
dö
vlətlərarası proqramların işlənməsi üçün mühüm əhəmiyyət kəsb
edir;
• MDB-
yə üzv ölkələrin standartlaşdırma, metrologiya və
sertifikatlaşdırma üzrə milli qanunlarının harmonikləşdirilməsi;
•
standartlaşdırma,
metrologiya
və
sertifikat
laşdırma
491
sahələrində, ümumi iqtisadi məkanın və istehsal sferasında
inteqrasiyanın möhkəmləndirilməsinə kömək edən, dövlətlərarası və
sahələrarası müqavilələrin hazırlanması.
Sertifikatlaşdırmada əsas istiqamət qarşılıqlı təchiz olunan
məhsulun təhlükəsizliyinin təmin edilməsidir. Bu da milli
sertifikatlaşdırma sistemlərinin qarşılıqlı tanınması ilə bağlıdır. Bu
sahədə çətinlik təşkilatın inkişafının MDB-nin üzv ölkələrində
sertifikatlaşdırma praktikasının eyni səviyyədə olmamasıdır. Bu
problemin
həlli həmcins məhsulun sertifikatlaşdırılmasının dövlətlər-
arası sistemlərinin yaradılmasına imkan verəcəkdir.
Milli
sertifikatlaşdırma sistemləri təşkilati və metodik planda
təkmilləşməkdə davam edir.
|